Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1697/2025 10.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG CHARGER, İmei kod **********62005 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon üçün, 2172.3 (iki min yüz yetmiş iki mant otuz qəpik) manat ödənilməmiş hissə, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 24 (iyirmi dörd) manat rüsum, 651.69 (alt yüz əlli bir manat altmış doqquz qəpik) manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod 47859/04ND02015 XİAOMİ PAD 6 markalı planşeütçün 963.3 (doqquz yüz altmış üç manat otuz əqpik) manat ödənilməmiş hissə, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 24 (iyirmi dörd) manat rüsum, 288.99 (iki yüz səksən səkkiz amnat doxsan doqquz qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod 55758/04QN00064 XİAOMİ PAD 6S PRO markalı planşet üçün 852.8 (səkkiz yüz əlli iki manat səksən qəpik) manat ödənilməmiş hissə, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 24 (iyirmi dörd) manat rüsum, 255.84 (iki yüz əlli beş amnat, səksən dörd qəpik) manat dəbbə olmaqla, ümumilikdə 5257 manat borcun və 72.57 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, ABC TELECOM” MMC arasında bağlanan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, SAMSUNG CHARGER, İmei kod **********62005 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon, İmei kod 47859/04ND02015 XİAOMİ PAD 6 markalı planşet, İmei kod 55758/04QN00064 XİAOMİ PAD 6S PRO markalı planşet almış və nəticədə 5257 (beş min iki yüz əlli yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3457.98 (üç min dörd yüz əlli yeddi manat doxsan səkzi qəpik) manat (18 ay x 167.11 manat + 450 manat ilkin ödəniş) olan SAMSUNG CHARGER, İmei kod **********62005 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon üçün ümumilikdə, 2848 (iki min səkkiz yüz qırx səkkiz) manat olmaqla ondan, 2172.3 (iki min yüz yetmiş iki mant otuz qəpik) manat ödənilməmiş hissə, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 24 (iyirmi dörd) manat rüsum, müştəriyə güzəşt olunaraq 651.69 (alt yüz əlli bir manat altmış doqquz qəpik) manat dəbbə. xx.xx.2024-cü il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1020.06 (min iyirmi manat altı qəpik) manat (18 ay x 56.67 manat + 0 manat ilkin ödəniş) olan İmei kod 47859/04ND02015 XİAOMİ PAD 6 markalı planşet üçün ümumilikdə, 1276 (min iki yüz yetmiş altı) manat olmaqla ondan, 963.3 (doqquz yüz altmış üç manat otuz əqpik) manat ödənilməmiş hissə, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 24 (iyirmi dörd) manat rüsum, müştəriyə güzəşt olunaraq 288.99 (iki yüz səksən səkkiz amnat doxsan doqquz qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1134.14 (min yüz otuz dörd manat, on dörd qəpik) manat (18 ay x 49.59 manat + 241.52 manat ilkin ödəniş) olan İmei kod 55758/04QN00064 XİAOMİ PAD 6S PRO markalı planşeütçün ümumilikdə, 1133 (min yüz otuz üç) manat olmaqla ondan, 852.8 (səkkiz yüz əlli iki manat səksən qəpik) manat ödənilməmiş hissə, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 24 (iyirmi dörd) manat rüsum, müştəriyə güzəşt olunaraq 255.84 (iki yüz əlli beş manat, səksən dörd qəpik) manat dəbbə borcu yaranmışdır Cavabdehin cəmi ödədiyi məbləğ 1623.78 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
3. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa, əsasən) xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdirdir. 4.Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin iş materiallarında olan poçt ünvanına məktub ünvanlanmış, məktub üzərində “Köçüb” poçt qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda elektron informasiya sistemində cavabdehin adına olan əlaqə nömrələrinə SMS bildiriş göndərilməsi mümkün olmamışdır (çatdırılmamışdır). Bu səbəbdən cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02707283 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod 55758/04QN00064 XİAOMİ PAD 6S PRO markalı planşet almışdır. 7.İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod 47859/04ND02015 XİAOMİ PAD 6 markalı planşet almışdır. 8.İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 11681110 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən SAMSUNG CHARGER, İmei kod **********62005 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon almışdır. 9.İş materiallarında olan 29 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə 5257 manat ödənilməmiş hissə məbləğində borcu vardır.
10. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 02707283 nömrəli, xx.xx.2024-cü il tarixli, ********* nömrəli və xx.xx.2024-cü il tarixli, 11681110 nömrəli müqavilələr bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
13. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
14. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.
15. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısındaməsuliyyət daşıyır (445.2.1). 16.Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələri üzrə yaranmış 3988.4 (2172.3+963.3+852.8) manat borc və 72 (24+24+24)manat İnnovativ Layihələr Mərkəzi rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
18. Məhkəmə hesab edir ki, iddiaçı 1196.52 (651.69+288.99+255.84) manat cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 190 (100+50+40) manat pul tutulmalıdır.
19. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 72.57 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir.
20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
23. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2172,3 (iki min yüz yetmiş iki manat otuz qəpik) manat ödənilməmiş hissə, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 24 (iyirmi dörd) manat rüsum, 100 (bir yüz) manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən 963,3 (doqquz yüz altmış üç manat otuz qəpik) manat ödənilməmiş hissə, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 24 (iyirmi dörd) manat rüsum, 50 (əlli) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 852,8 (səkkiz yüz əlli iki manat səksən qəpik) manat ödənilməmiş hissə, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 24 (iyirmi dörd) manat rüsum, 40 (qırx) manat dəbbə olmaqla, ümumilikdə 4250.4 (dörd min iki yüz əlli manat qırx qəpik) manat borc və 72,57 (yetmiş iki manat əlli yeddi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva