Məhkəmə qərarları › İş №e-2(060)-1761/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1761/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1761/2022 03.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbinə dair» ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat məbləğində vurulmuş zərər və 35 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1535 manat alınaraq iddiaçı "xxxx" ASCnin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “VAZ 21074” markalı, **-CJ-*** dövlət nömrə nişanlı avtomobil 14.05.2016-cı ildən 13.05.2017-ci ilədək "Xalq Sığorta” ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 13.05.2016-cı il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2016-cı il noyabrın 20-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “VAZ 21074” markalı, 5O-CJ-878 dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, Z.Hacıyev küçəsində köməkçi yolla, Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən “Şərq Bazarı” istiqamətində hərəkətdə olarkən yolun H.Əliyev adına parkın qarşısında piyada X2 vuraraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətlər yetirməklə, yol hərəkəti qaydalarını pozmuşdur. Bakı Hərbi Məhkəməsinin 21.08.2017-ci il tarixli 1(093)-85/2017 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüququ şəxsi tərəfindən verilmiş 25.01.2017-ci il tarixli, 111 nömrəli ekspert rəyinə əsasən X1 aldığı xəsarətlərin dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.4-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunan və ya üçüncü şəxs əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət aldıqda- 30 faizi nisbətlətində ödənilir (5000 manat bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə x 30% = 1500 manat). İddiaçı 10.06.2019cu il tarixində həmin məbləği zərərçəkmiş şəxs X1 yoldaşı Xasməmmədova Güllü Əmir qızına sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. İddia tələbinin hüquqi əsası olaraq İcbari Sığortalar haqqında Qanunun 63.1-ci maddəsinə istinad edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb MPM-nin 284-1ci maddəsinə uyğundur. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarına əlavə edilmiş: AKTİ PXA 48230 saylı sığorta aktından görünür ki, 20.11.2016-cı il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi **-CJ-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobil “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 14.05.2016-13.05.2017-ci illər müddətinə sığortalanmış, 20.11.2016-cı il tarixdə “VAZ 21074” markalı, **-CJ-*** dövlət nömrə nişanlı avtomobillə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində piyada X3 ağır dərəcədə xəsarət almış, nəticədə sığortalıya 1500 manat həcmində zərər dəymiş, 1500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-(093)-85/2017 saylı 21 avqust 2017-ci il tarixli hökmünün məzmundun görünür ki, Cavabdeh avtomobili idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan bir şəxsin ağır zərərvurmaya aid bədən xəsarəti almasına səbəb olan cinayət əməli törətmişdir. Cavabdeh Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə l (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və 1 il müddətinəd çınay müddəti təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Hərbi Kollegiyasının 1-1(105)-26/20218 saylı 21.11.2018-ci il tarixli qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin. 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair 21 avqust 2017-ci il tarixli hökmü dəyişdirilmiş. Hökmdən Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəa çıxarılmış, Cavabdeh hökmlə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 926.3-cü maddəsınə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbarı sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edılır; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermış sığortaçının istifadə etmək hüququdur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan- fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqorıyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərılmış əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinın sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 8.1-ci maddəsinə əsasən icbari sığorta muqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında müvafiq icbari sığorta şəhadətnaməsının sığortaliya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 8.2-ci maddəsinə əsasən bu Oanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbarı siğorta müqaviləsi 1 il müddətinə bağlanılır; Həmin Qanunun 25-ci maddəsində icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları nəzərdə tutulmuşdur. Həmin əsaslardan biri də iddiaçının iddia tələbinin əsası olaraq istinad etdiyi 25.1.8-ci maddəsində nəzərdə tutulmuş hallardır. Belə ki, həmin Qanunun 25.1.8-ci maddəsinə əsasən Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 63.1-ci maddəyə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə mülki iş üzrə toplanmış sübutlara qanunvericiliyin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində cavabdehə qarşı subroqasiya hüququ yaranması barədə iddiası əsaslı deyildir. Belə ki, İcbari Sığortalar Haqqında Qanunun 25-ci maddəsinin əsasları, yəni sürücünun hadisə yerindən yayınması təqdim edilmiş sübutlarla öz təsdiqini tapmadı. Bu səbəbdən iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbinə dair» iddiası rədd ediilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar