Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1792/2024 04.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, İmei kodu **********32527 olan “Samsung Galaxy A03”, İmei kodu **********54977 olan “Samsung Galaxy A03” markalı telefonlar, İmei kodu **********59320 olan “Xiaomi Redmi 10” markalı telefon, “X1” markalı əşyanı almış və nəticədə 1109 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 943,32 manat, İmei kodu **********32527 olan “Samsung Galaxy A03”, İmei kodu **********54977 olan “Samsung Galaxy A03” markalı telefonlar üçün ümumilikdə 719 manat olmaqla, ondan 653,82 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65,18 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 745,02 manat, İmei kodu **********59320 olan “Xiaomi Redmi 10” markalı telefon üçün ümumilikdə 318 manat olmaqla, ondan 289,15 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28,85 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 399,96 manat olan “X1” markalı əşya üçün ümumilikdə 72 manat olmaqla, ondan 65,83 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6,17 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1079,5 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********32527 olan “Samsung Galaxy A03”, İmei kodu **********54977 olan “Samsung Galaxy A03” markalı telefonlar üçün 653,82 manat ödənilməmiş hissə, 65,18 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********59320 olan “Xiaomi Redmi 10” markalı telefon üçün 289,15 manat ödənilməmiş hissə, 28,85 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “X1” markalı əşya üçün 65,83 manat ödənilməmiş hissə, 6,17 manat cərimə olmaqla, ümumilikdə 1109 manat borc və 31,09 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə:
7. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********59320 olan “Xiaomi Redmi 10” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 744,99 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 41,39 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
8. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC “X1” markalı əşyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 399,96 manat pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 33,33 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
9. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03771993 saylı müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********32527 olan “Samsung Galaxy A03”, İmei kodu **********54977 olan “Samsung Galaxy A03” markalı telefonları Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 943,39 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 48,64 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
10. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 19 yanvar 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 289,15 manat ödənilməmiş hissə, 28,85 manat cərimə borcu, cəmi 318 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 65,83 manat ödənilməmiş hissə, 6,17 manat cərimə borcu, cəmi 72 manat, xx.xx.2022-ci il tarixli, 03771993 saylı müqavilə üzrə 653,82 manat ödənilməmiş hissə, 65,18 manat cərimə borcu, cəmi 719 manat, ümumilikdə 1109 manat ödənilməmiş borcu vardır.
11. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
12. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
14. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
15. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
16. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
17. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
18. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
19. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 289,15 (iki yüz səksən doqquz manat, on beş qəpik) manat ödənilməmiş hissə, 28,85 (iyirmi səkkiz manat, səksən beş qəpik)manat cərimə borcu, cəmi 318 (üç yüz on səkkiz) manat, xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 65,83 (altmış beş manat, səksən üç qəpik) manat ödənilməmiş hissə, 6,17 (altı manat, on yeddi qəpik) manat cərimə borcu, cəmi 72 (yetmiş iki) manat, xx.xx.2022-ci il tarixli, 03771993 saylı müqavilə üzrə 653,82 (altı yüz əlli üç manat, səksən iki qəpik) manat ödənilməmiş hissə, 65,18 (altmış beş manat, on səkkiz qəpik) manat cərimə borcu, cəmi 719 (yeddi yüz on doqquz) manat, ümumilikdə 1109 (bir min yüz doqquz) manat məbləğində pul və ödənilmiş 31,09 (otuz bir manat, doqquz qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
22. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 289,15 (iki yüz səksən doqquz manat, on beş qəpik) manat ödənilməmiş hissə, 28,85 (iyirmi səkkiz manat, səksən beş qəpik)manat cərimə borcu, cəmi 318 (üç yüz on səkkiz) manat, xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 65,83 (altmış beş manat, səksən üç qəpik) manat ödənilməmiş hissə, 6,17 (altı manat, on yeddi qəpik) manat cərimə borcu, cəmi 72 (yetmiş iki) manat, xx.xx.2022-ci il tarixli, 03771993 saylı müqavilə üzrə 653,82 (altı yüz əlli üç manat, səksən iki qəpik) manat ödənilməmiş hissə, 65,18 (altmış beş manat, on səkkiz qəpik) manat cərimə borcu, cəmi 719 (yeddi yüz on doqquz) manat, ümumilikdə 1109 (bir min yüz doqquz) manat məbləğində pul və ödənilmiş 31,09 (otuz bir manat, doqquz qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Şəbnəm Həxiyeva