Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1793/2022 21.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx"ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx"ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdеh Cavabdeh 1700 manat məbləğində vurulmuş zərər və 37 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 1737 manat pulun alınaraq, iddiaçı «"xxxx"ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “MERCEDES BENZ C230” markalı, 90– EO–329 dövlət nömrə nişanlı avtomobil 30.10.2019-cu ildən 30.10.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 23.10.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il mayın 27-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “MERCEDES BENZ C230” markalı, 90–EO–329 dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, Corat qəsəbəsində “RENAULT MEGANE” markalı, 99–TX–116 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Sumqayıt şəhər DYPŞ tərəfindən 28.05.2020-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sumqayıt şəhər DYPŞ-in 28.05.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 28.05.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “RENAULT MEGANE” markalı, 99–TX–116 dövlət nömrə nişanlı avtomobilə 1700 manat məbləğində zərər dəymişdir. İddiaçı 09.06.2020-ci il tarixində həmin məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh etibarnamə hüququ olmadan “MERCEDES BENZ C230” markalı, 90– EO–329 dövlət nömrə nişanlı avtomobili idarə etmiş, 2020-ci il mayın 27-də idarə etdiyi avtomobil RENAULT MEGANE” markalı, 99–TX–116 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh avtomobilin mülkiyyətçisi deyildir, vaxtı bitmiş etibarnamə ilə avtomobili idarə etmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 28.05.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “RENAULT MEGANE” markalı, 99–TX–116 dövlət nömrə nişanlı avtomobilə 1700 manat məbləğində zərər dəymişdir. İddiaçı 09.06.2020-ci il tarixində həmin məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir. Onda görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etdi, bildirdi ki, etibarnamə hüququ olmadan “MERCEDES BENZ C230” markalı, 90–EO–329 dövlət nömrə nişanlı avtomobili idarə etmiş, 2020-ci il mayın 27-də idarə etdiyi avtomobil RENAULT MEGANE” markalı, 99–TX–116 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Dəymiş ziyanla bağlı pul ödəməli olmasından məlumatlı olmamışdır. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından olan: - Nəqliyyat vasitələrinin sığortası şəhadətnaməsindən görünür ki, MERCEDES BENZ C230” markalı, 90–EO–329 dövlət nömrə nişanlı avtomobil 30.10.2019-cu ildən 30.10.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır - "xxxx"ASC tərəfindən verilmiş 08.06.2020-ci il tarixli, PXA64122 saylı sığorta aktından görünür ki, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1700 manat təşkil edir. - AR DİN Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin məhkəməyə 02.12.2021-ci il tarixli məktubla göndərdiyi 27.05.2020-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh yol-nəqliyyat hadisəsi törətmiş və etibarnamə olmadan avtomobili idarə etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. - AR DİN Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin məhkəməyə 28.05.2020-ci il tarixli məktubla göndərdiyi TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh 27.05.2020-ci il tarixində, saat 14.00-da “Mercedes Benz C 230” markalı, **-EO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək törətdiyi yol-nəqliyyat hadisəsinə görə 40 manat məbləğinda inzibati qaydada cərimə edilmişdir. - 28.05.2020-ci il tarixli Avtomobillərin Rexniki Xidmət Mərkəzinin qüsur aktından görünür ki, RENAULT MEGANE” markalı, 99–TX–116 dövlət nömrə nişanlı avtomobilin təmiri üçün hesablanmış məbləğin miqdarı 1700 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “MERCEDES BENZ C230” markalı, 90–EO–329 dövlət nömrə nişanlı avtomobil 30.10.2019-cu ildən 30.10.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 23.10.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il mayın 27-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “MERCEDES BENZ C230” markalı, 90–EO–329 dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, Corat qəsəbəsində “RENAULT MEGANE” markalı, **-TX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Sumqayıt şəhər DYPŞ tərəfindən 28.05.2020-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sumqayıt şəhər DYPŞ-in 28.05.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 28.05.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “RENAULT MEGANE” markalı, 99–TX–116 dövlət nömrə nişanlı avtomobilə 1700 manat məbləğində zərər dəymişdir. İddiaçı 09.06.2020-ci il tarixində həmin məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 1700 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 37 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdеh Cavabdeh 1700 manat məbləğində vurulmuş zərər və 37 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1737 manat pul alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin olunsun. Cavabdеh Cavabdeh 1700 manat məbləğində vurulmuş zərər və 37 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1737 manat pul alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-1793/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1793/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver