Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1815/2022 16.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X27 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, “FORD DESL” markalı, **-BS-*** dövlət nömrə nişanlı mikroavtobus 15.01.2019-cu ildən 15.01.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 08.01.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il aprelin 25-də Cavabdeh sürücülük kateqoriyası olmadığı halda idarə etdiyi “FORD DESL” markalı, **-BS-*** dövlət nömrə nişanlı mikroavtobusla Salyan–Noxudlu–Şirvan yolunun Salyan Salyan rayonu ərazisindən keçən 3.5-ci kilometrliyindəki nizamlanmayan yol ayırıcında X7 idarə etdiyi “MERCEDES BENZ E220” markalı, 90–LZ–187 dövlət nömrə nişanlı avtomobilə toqquşmuşdur. Hadisə nəticəsində X14 aldığı xəsarətlərdən ölmüş, X8 az ağır, Muradov Elməddin Yuris oğlu sağlamlığa az ağır, Kərimov Bilal Nazim oğlu sağlamlığa az ağır, X5 az ağır, Əliyeva Şəfa Famil qızı sağlamlığa az ağır, Əmənova Əzizə Əmir qızı sağlamlığa az ağır, X2 yüngül, X6 yüngül xəsarətlər almışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02.09.2019-cu il tarixli, 1(99)-386/2019 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsdə nəzərdə tutulmuş cinayətləri törətməklə təqsirli bilinmişdir. Neftçala rayon Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin eksperti Müşfiq Ağabəyov tərəfindən verilmiş 238 nömrəli ekspert rəyinə əsasən X11 aldığı xəsarətlərdən ölməsinin 25.04.2019-cu il tarixində baş vermiş yol–nəqliyyat hadisəsinin nəticəsində baş vediyi təsdiqlənmişdir. Neftçala rayon MTE və PA ETT Birliyinin eksperti Müşfiq Ağabəyov tərəfindən verilmiş 129 nömrəli ekspert rəyinə əsasən X20 aldığı xəsarətlərin 25.04.2019-cu il tarixində baş vermiş yol–nəqliyyat hadisəsi nəticəsində baş verməsi və sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olması təsdiqlənmişdir. Neftçala rayon MTE və PA ETT Birliyinin eksperti Müşfiq Ağabəyov tərəfindən verilmiş 130 nömrəli ekspert rəyinə əsasən Muradov Elməddin Yuris oğlunun aldığı xəsarətlərin 25.04.2019-cu il tarixində baş vermiş yol–nəqliyyat hadisəsi nəticəsində baş verməsi və sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olması təsdiqlənmişdir. Neftçala rayon MTE və PA ETT Birliyinin eksperti Müşfiq Ağabəyov tərəfindən verilmiş 131 nömrəli ekspert rəyinə əsasən X12 aldığı xəsarətlər 25.04.2019-cu il tarixində baş vermiş yol–nəqliyyat hadisəsi nəticəsində baş vermiş və sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olması təsdiqlənmişdir. Neftçala rayon MTE və PA ETT Birliyinin eksperti Müşfiq Ağabəyov tərəfindən verilmiş 133 nömrəli ekspert rəyinə əsasən Kərimov Bilal Nazim oğlunun aldığı xəsarətlərin 25.04.2019-cu il tarixində baş vermiş yol–nəqliyyat hadisəsi nəticəsində baş verməsi və sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olması təsdiqlənmişdir. Neftçala rayon MTE və PA ETT Birliyinin eksperti Müşfiq Ağabəyov tərəfindən verilmiş 134 nömrəli ekspert rəyinə əsasən X7 aldığı xəsarətlərin 25.04.2019-cu il tarixində baş vermiş yol–nəqliyyat hadisəsi nəticəsində baş verməsi və sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olması təsdiqlənmişdir. Neftçala rayon MTE və PA ETT Birliyinin eksperti Müşfiq Ağabəyov tərəfindən verilmiş 149 nömrəli ekspert rəyinə əsasən Əmənova Əzizə Əmir qızının aldığı xəsarətlərin 25.04.2019-cu il tarixində baş vermiş yol–nəqliyyat hadisəsi nəticəsində baş vediyi və sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olması təsdiqlənmişdir. Neftçala rayon MTE və PA ETT Birliyinin eksperti Müşfiq Ağabəyov tərəfindən verilmiş 150 nömrəli ekspert rəyinə əsasən Əliyeva Şəfa Famil qızının aldığı xəsarətlərin 25.04.2019-cu il tarixində baş vermiş yol–nəqliyyat hadisəsi nəticəsində baş verməsi və sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olması təsdiqlənmişdir. Fiziki şəxs qismində fəaliyyət göstərən X21 tərəfindən 11.10.2019-cu il tarixində verilmiş təmir smetasına əsasən hadisə nəticəsində “MERCEDES BENZ E220” markalı, 90–LZ–187 dövlət nömrə nişanlı avtomobilə 4370 manat məbləğində zərər dəymişdir. İddiaçı 27.09.2019-cu il tarixində 5000 manat məbləği X11 varisi X25 oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. İddiaçı 02.12.2019-cu il tarixində 19 nömrəli ödəniş tapşırığı ilə 1500 manat məbləği X23, 30.08.2019-cu il tarixində 1500 manat məbləği Muradov Elməddin Yuris oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına, 10.09.2019-cu il tarixində 1500 manat məbləği Kərimov Bilal Nazim oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına, 20.09.2019-cu il tarixində 1500 manat məbləği X12 nümayəndəsi X15, 30.08.2019-cu il tarixində 1500 manat məbləği Əmənova Əzizə Əmir qızına sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına, 30.08.2019-cu il tarixində 1500 manat məbləği Əliyeva Şəfa Famil qızına sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına, 31.10.2019-cu il tarixində 5120 manat məbləği X9 (750 manat aldığı xəsarətlərə və 4370 manat “MERCEDES BENZ E220” markalı, 90–LZ–187 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə) ödəmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdеh Cavabdeh 19120 manat məbləğində vurulmuş zərər və 147,36 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 19267,36 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etdiyini, məhkəmənin qəbul edəcəyi qətnamə ilə razılaşdığını, lakin hazırda həmin məbləği ödəmək iqtidarında olmadığını bildirdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “FORD DESL” markalı, **-BS-*** dövlət nömrə nişanlı mikroavtobus "xxxx" ASC-də 15.01.2019-cu il tarixindən 15.01.2020-ci il tarixə kimi sığortalanmışdır. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02.09.2019-cu il tarixli, 1(99)-386/2019 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsdə nəzərdə tutulmuş cinayətləri törətməklə təqsirli bilinmiş və ona 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan 27.09.2019-cu il tarixli PXA51209 saylı sığorta aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində AR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya EET Birliyinin 07.05.2019-cu il tarixli 9 saylı ekspert rəyinə uyğun olaraq maddi ziyanın ümumi məbləği 5000 manat hesablanmışdır. İş materiallarında olan 26.09.2019-cu il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartın təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişinin almaq üçün kart və ŞEN zərflər X13 təhvil verilmişdir. İş materiallarında olan 28.11.2019-cu il tarixli PXA54608 saylı sığorta aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində AR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya EET Birliyinin 01.05.2019-cu il tarixli 129 saylı ekspert rəyinə uyğun olaraq X23 dəymiş ziyanın ümumi məbləği 1500 manat hesablanmışdır. İş materiallarında olan 02.12.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, yolnəqliyyat hadisəsi nəticəsində 1500 manat dəymiş zərər "xxxx" ASC tərəfindən X23 ödənilmişdir. İş materiallarında olan Neftçala rayon MTE və PA ETT Birliyinin eksperti Müşfiq Ağabəyov tərəfindən verilmiş 129 nömrəli ekspert rəyinə əsasən 25.04.2019-cu il tarixində baş vermiş yol–nəqliyyat hadisəsi nəticəsində X4 az ağır zərər vurulmuşdur. İş materiallarında olan 02.09.2019-cu il tarixli PXA50769 saylı sığorta aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində AR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya EET Birliyinin 01.05.2019-cu il tarixli 130 saylı ekspert rəyinə uyğun olaraq Muradov Elməddin Yuris oğluna dəymiş ziyanın ümumi məbləği 1500 manat hesablanmışdır. İş materiallarında olan 29.08.2019-cu il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartın təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişinin almaq üçün kart və ŞEN zərflər Muradov Elməddin Yuris oğluna təhvil verilmişdir. İş materiallarında olan Neftçala rayon MTE və PA ETT Birliyinin eksperti Müşfiq Ağabəyov tərəfindən verilmiş 130 nömrəli ekspert rəyinə əsasən 25.04.2019-cu il tarixində baş vermiş yol–nəqliyyat hadisəsi nəticəsində Muradov Elməddin Yuris oğlunun sağlamlığına az ağır zərər vurulmuşdur. İş materiallarında olan 16.09.2019-cu il tarixli PXA51208 saylı sığorta aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində AR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya EET Birliyinin 15.05.2019-cu il tarixli 131 saylı ekspert rəyinə uyğun olaraq X16 dəymiş ziyanın ümumi məbləği 1500 manat hesablanmışdır. İş materiallarında olan 18.11.2019-cu il tarixli məlumatdan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində 1500 manat dəymiş zərər 20.09.2019-cu il tarixində "xxxx" ASC tərəfindən X12 nümayəndəsi X15 ödənilmişdir. İş materiallarında olan Neftçala rayon MTE və PA ETT Birliyinin eksperti Müşfiq Ağabəyov tərəfindən verilmiş 131 nömrəli ekspert rəyinə əsasən 25.04.2019-cu il tarixində baş vermiş yol–nəqliyyat hadisəsi nəticəsində X3 az ağır zərər vurulmuşdur. İş materiallarında olan 10.09.2019-cu il tarixli PXA51212 saylı sığorta aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində AR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya EET Birliyinin 01.05.2019-cu il tarixli 133 saylı ekspert rəyinə uyğun olaraq Kərimov Bilal Nazim oğluna dəymiş ziyanın ümumi məbləği 1500 manat hesablanmışdır. İş materiallarında olan 09.09.2019-cu il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartın təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişinin almaq üçün kart və ŞEN zərflər Kərimov Bilal Nazim oğluna təhvil verilmişdir. İş materiallarında olan Neftçala rayon MTE və PA ETT Birliyinin eksperti Müşfiq Ağabəyov tərəfindən verilmiş 133 nömrəli ekspert rəyinə əsasən 25.04.2019-cu il tarixində baş vermiş yol–nəqliyyat hadisəsi nəticəsində Kərimov Bilal Nazim oğlunun sağlamlığına az ağır zərər vurulmuşdur. İş materiallarında olan 25.10.2019-cu il tarixli PXA51210 saylı sığorta aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində X17 ATXS-nin təqdim etdiyi 11.10.2019-cu il tarixli təmir smetasına uyğun olaraq X9 dəymiş ziyanın ümumi məbləği 4370 manat hesablanmışdır. İş materiallarında olan 25.10.2019-cu il tarixli PXA51211 saylı sığorta aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində AR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya EET Birliyinin 15.05.2019-cu il tarixli 134 saylı ekspert rəyinə uyğun olaraq X9 dəymiş ziyanın ümumi məbləği 750 manat hesablanmışdır. İş materiallarında olan Neftçala rayon MTE və PA ETT Birliyinin eksperti Müşfiq Ağabəyov tərəfindən verilmiş 134 nömrəli ekspert rəyinə əsasən 25.04.2019-cu il tarixində baş vermiş yol–nəqliyyat hadisəsi nəticəsində X1 yüngül zərər vurulmuşdur. İş materiallarında olan məlumatdan görünür ki, 31.10.2019-cu il tarixində 5120 manat məbləğ "xxxx" ASC tərəfindən X9 (750 manat aldığı xəsarətlərə və 4370 manat “MERCEDES BENZ E220” markalı, 90–LZ–187 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə) ödənilmişdir. İş materiallarında olan 02.09.2019-cu il tarixli PXA51207 saylı sığorta aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində AR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya EET Birliyinin 15.05.2019-cu il tarixli 149 saylı ekspert rəyinə uyğun olaraq Əmənova Əzizə Əmir qızına dəymiş ziyanın ümumi məbləği 1500 manat hesablanmışdır. İş materiallarında olan 29.08.2019-cu il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartın təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişinin almaq üçün kart və ŞEN zərflər Əmənova Əzizə Əmir qızına təhvil verilmişdir. İş materiallarında olan Neftçala rayon MTE və PA ETT Birliyinin eksperti Müşfiq Ağabəyov tərəfindən verilmiş 149 nömrəli ekspert rəyinə əsasən 25.04.2019-cu il tarixində baş vermiş yol–nəqliyyat hadisəsi nəticəsində Əmənova Əzizə Əmir qızının sağlamlığına az ağır zərər vurulmuşdur. İş materiallarında olan 02.09.2019-cu il tarixli PXA51206 saylı sığorta aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində AR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya EET Birliyinin 15.05.2019-cu il tarixli 150 saylı ekspert rəyinə uyğun olaraq Əliyeva Şəfa Famil qızına dəymiş ziyanın ümumi məbləği 1500 manat hesablanmışdır. İş materiallarında olan 29.08.2019-cu il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartın təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişinin almaq üçün kart və ŞEN zərflər Əliyeva Şəfa Famil qızına təhvil verilmişdir. İş materiallarında olan Neftçala rayon MTE və PA ETT Birliyinin eksperti Müşfiq Ağabəyov tərəfindən verilmiş 150 nömrəli ekspert rəyinə əsasən 25.04.2019-cu il tarixində baş vermiş yol–nəqliyyat hadisəsi nəticəsində Əliyeva Şəfa Famil qızının sağlamlığına az ağır zərər vurulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsindən görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinin tələbinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığorta ilə bağlı mübahisələri məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi öz səlahiyyətinə müvafiq surətdə həll edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən törədilmiş hüqüq pozuntusu nəticəsində X7 idarə etdiyi “MERCEDES BENZ E220” markalı, 90–LZ–187 dövlət nömrə nişanlı avtomobilə yolnəqliyyat hadisəsi ilə bağlı dəymiş zərərin aradan qaldırılmasına görə 19120 manat məbləğində pul hesablanmış, zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən ümumilikdə 19120 manat məbləğində sığorta ödənişi edilmiş və həmin ödəniş üzrə tələb hüququ subroqasiya qaydasında "xxxx" ASC-nə keçmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallara qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASCnin xeyrinə 19120 manat sığorta ödənişi və 147,36 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbayjan Respublikası MPM-in 216-220, 360-jı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 19120 (on doqquz min yüz iyirmi) manat vurulmuş ziyanın əvəzi və 147,36 (yüz qırx yeddi manat otuz altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-1815/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1815/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver