Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-187/2023 27.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X31 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Roqhayeh Hassanzadeh Norouzali qızı, 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğvi, miras əmlaka vərəsəlik hüququnun tanınaraq, müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı A.E.Əziminin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin, eləcə də xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş “Miras payın bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilməsinə, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsinə və ünvan 1 ünvanında yerləşən bağ evinə mənim (X14) vərəsəlik hüququmun tanınaraq, müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı A.E.Əziminin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə əlavə verərək, X29, Cavabdeh7, Cavabdeh5 Eynullah qızı, Cavabdeh6 cavabdeh qismində işə cəlb edilməsini və 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və Mülkiyyət hüququ haqqında Şəhadətnamənin, eləcə də xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və Mülkiyyət hüququ haqqında Şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş “Miras payın bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilmələrinə, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsinə və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı (X14) vərəsəlik hüququnun tanınaraq, müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin 1 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6533/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X29, Cavabdeh7, Cavabdeh5 Eynullah qızı, Cavabdeh6 cavabdeh qismində işə cəlb edilmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının atası Azimi Einollahilə anası X11 faktiki nikah münasibətlərində olmuş və birgə nikahlarından xx xxxxxxxx 2002-ci il tarixdə iddiaçı – X24 doğulmuşdur. ünvan 1 ünvanında yerləşən bağ evi iddiaçının anası X6 atası X5 məxsus olmuşdur. Belə ki, sözügedən bağ evinin yerləşdiyi 0,16 ha torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Bağ təsərrüfatı sahəsi ilə bağlanmış 25 iyun 2004-cü il tarixli, 4309 saylı Müqaviləyə əsasən 10 il müddətinə babası A.Ağayevin istifadəsinə verilmişdir. Bundan sonra babası tərəfindən həmin sahədə bir neçə tikili tikilmişdir. Tikilmiş tikililərdən-bağ evindən birinin ümumi sahəsi 45,52 kv.m, digəri isə 3 mərtəbəli yaşayış binası olmuşdur. 2007-ci il tarixdə atası Əzimi Eynullah bildirmişdir ki, Azərbaycanda 5 illik oturum icazəsi almaq üçün onun mülkiyyətində daşınmaz əmlakın olması zəruridir. Bu səbəblə babası A. Ağayev atası Ə. Eynullah ilə alqı-satqı müqaviləsi bağlayaraq, ümumi sahəsi 45,52 kv.m olan bağ evini Ə.Eynullaha satmışdır. Sözügedən alqı-satqı müqaviləsi bağlanılarkən atası Əzimi Eynullah tərəfindən Ağakişi Ağayevə (babama) hər hansı bir məbləğdə pul ödənilməmişdir. Ağakişi Ağayev 2008-ci il tarixdə vəfat etmişdir. O, vəfat etməzdən əvvəl də həmişə bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən bağ evini nəvəsi - Əzimi Eynullahın oğlu, X19 vermək niyyətindədir. A.Ağayevin özünə məxsus olmuş bağ evini nəvəsinə vermək niyyətinin olmasını mərhum atası Ə.Eynullah da bilmişdir. 2017-ci il tarixdə atası ilə anası Firəngiz Ağayeva arasında belə bir razılaşma olmuşdur ki, bağ evi bütövlükdə atasının adına qeydiyyata alınmasına razılıq verilir, o, (atası Ə.Eynullah) isə həmin bağ evini oğluna bağışlayır. Müvafiq sənədləşmə işlərinin aparılması üçün atası Ə.Eynullah tərəfindən yaxın münasibətlərdə olduğu, eləcə də Ə.Eynullahın özünün də bütün məsələlərdə etibar etdiyi X12 adına etibarnamə verilmişdir ki, mübahisəli bağ sahəsinə dair bütövlükdə mülkiyyət hüququnu təsdiq edən Çıxarış əldə edildikdən sonra, bağ sahəsini oğlu X19 bağışlanmasını həyata keçirsin. Bundan sonra 16 aprel 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən bağ evi Ə.Eynullahın oğlu olaraq iddiaçıya (X19) bağışlanmışdır. Lakin hazırkı mülki iş üzrə cavabdeh Roqhieh Hassanzadeh və digərləri tərəfindən iddiaçıya bağışlanmış və mülkiyyətində olmuş ünvan 2 ünvanındakı bağ evinə dair bir sıra məhkəmə mübahisələri açılmışdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında iddiaçılar Ali Azimi, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 və Roghieh Hassanzadehin cavabdehlər X9, iddiaçıya (X19) və qeyrilərinə qarşı “bağışlama müqaviləsinin hissəvi etibarsız hesab edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun etibarsız hesab edilməsi və mənzildən çıxarma barədə” iddiaları ilə bağlı 2(060)-9286/2019 saylı mülki iş olmuşdur. İddiaçılar sözügedən iddia ilə məhkəməyə müraciət edərək, Azimi Einollah tərəfindən ünvan 1 ünvanında yerləşən bağ evinin cavabdeh İddiaçı hədiyyə edilməsinə dair 16 aprel 2018-ci il tarixli 4Ə-692 reyestr nömrəli bağışlama müqaviləsinin bağ evinin 5/10-nə aid hissədə ləğv edilməsinə, iddiaçıların hər birinin həmin evin 1/10 hissəsinə və torpaqdan istifadə hüququnun 1/10 hissəsinə vərəsəlik hüquqlarının tanınmasına, evə köçürülmələrinə, evdən və torpaq sahəsindən istifadələrinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsinə, cavabdeh X6 yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə və onun bağ evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçılar Ali Azimi, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 və Roghieh Hassanzadehin iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilərək, ünvan 1 ünvanında yerləşən bağ evinin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (iş №2(060)-9286/2019, sədrlik edən hakim A. İsmayılov) iddiaçılar Ali Aziminin, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Roghieh Hassanzadehin cavabdehlər İddiaçı, X9, üçüncü şəxslər Sumqayıt 4 saylı Notariat konturuna və DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin hissəvi ləğv edilməsi, çıxarışın ləğv edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarma tələbinə dair” iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılarkən mülki iş üzrə icraat bir neçə əsasla dayandırılmışdır. Bundan əlavə iddiaçılar X30, Hassanzadeh Roqhayeh Norouzalı qızı, Cavabdeh6 Einollah qızı, Cavabdeh7 Einollah oğlu və Cavabdeh5 Einollah qızı tərəfindən cavabdehlər X16, X19 və üçüncü şəxs Sumqayıt şəhəri, 4 saylı Notariat Kontoruna qarşı “etibarnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət edilmişdir. Qubadlı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçıların iddialarının qismən təmin edilməsi, iddiaçılar X20, Hassanzadeh Roqhayeh Norouzalı qızının, Cavabdeh6 Einollah qızının, Cavabdeh7 Einollah oğlunun və Cavabdeh5 Einollah qızının Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda Azimi Einollah tərəfindən X16 verilmiş xx.xx.2017-ci il tarixli, 560267 saylı etibarnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi, Azimi Einollaha məxsus ünvan 1-nin X19 bağışlaması haqqında Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən X14 adına ünvan 1-yə dair verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən X21 tərəfindən apellyasiya şikayəti verilərək, Qubadlı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsinin qismən - iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməsinə, iddia tələblərinin bütünlüklə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 18 mart 2021-ci il tarixli qətnaməsi ilə № 2(105)-755/2021 apellyasiya şikayətinin təmin edilməməsi, Qubadlı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(028)-346/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər X21 və X24 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli qərarı ilə №2(102)-4174/2021 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-755/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti ilə bağlı mülki iş üzrə icraat təzələnmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar Ali Azimi, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Roghieh Hassanzadehin apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Roghieh Hassanzadehin ünvan 1 ünvanında yerləşən bağ evinə köçürülməsi, iddia tələblərinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iddiaçılar Ali Azimi, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 və Roghieh Hassanzadehin cavabdehlər X9, iddiaçıya və qeyrilərinə qarşı “bağışlama müqaviləsinin hissəvi etibarsız hesab edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun etibarsız hesab edilməsi və mənzildən çıxarma barədə” iddiaları ilə bağlı 2(060)-9286/2019 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilməmiş və beləliklə də Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən bağ evinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa da götürülməmişdir. Buna baxmayaraq, bir müddət əvvəl iddiaçıya məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən bağ evinin 11/12 hissəsi cavabdeh Hassanzadeh Roqhayehin adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış, 1/12 hissəsi isə açıq pay kimi saxlanılmışdır. Bundan sonra 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müvafiq sorğu verilmişdir. Əldə edilmiş sorğuya cavab əsasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən bağ evinin ½ hissəsinə Hassanzadeh Roqhayehin adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, həmin bağ evinin ½ hissəsinə dair isə Hassanzadeh Roqhayehin və digər şəxslərin adına xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmiş və digər şəxslər öz miras paylarını Hassanzadeh Roqhayehə bağışlamışlar. Beləliklə də Hassanzadeh Roqhayeh ünvan 1 ünvanında yerləşən bağ evinin 11/12 hissəsinə mülkiyyət hüququ əldə etmişdir. İddiaçı A.E.Əziminin nümayəndəsi və vəkili Nümayəndə məhkəmədə iştirak edən zaman eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının nümayəndəsi və vəkili Vəkil2 məhkəmədə iştrak edən zaman iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanda yerləşən bağ evi Cavabdeh4 mərhum əri Azimi Einollaha məxsus olmuş, həmin ev Cavabdeh4 ilə mərhum Azimi Einolahın birgə nikahları dövründə, 2007-ci ildə əldə edilməklə onların ümumi birgə mülkiyyətində olmuşdur. Belə ki, həmin şəxslər 1979-cu ildən etibarən rəsmi nikahda olmuşlar və Azimi Einollah vəfat edənədək həmin nikah pozulmamışdır. Həmin şəxslərin birgə nikahlarından X30, Cavabdeh6 Einollah qızı, Cavabdeh7 Einollah oğlu, Cavabdeh5 Einollah qızı adlı uşaqları anadan olmuşdur. ünvan 4 ünvanda yerləşən bağ evinə dair ilkin olaraq Azimi Einollahın adına xx.xx.2007-ci il tarixli ********* saylı Çıxarış verilmiş, sonradan həmin Çıxarış xx.xx.2018-ci il tarixli ********** saylı Çıxarışla əvəz edilmişdir. 2017-ci ildə Azimi Einollahın səhhətində problemlər yaranmış, onkoloji xəstəlikdən əziyyət çəkmişdir. 2017-ci ilin ortalarından başlayaraq onun şüurunda da problemlər əmələ gəmişdir. Onun xəstəliyi öz hərəkətlərinin mənasını başa düşmək imkanından məhrum etmişdir. Cərrahiyyə əməliyyatından sonra - 2017-ci ilin dekabrında X37 diaqnozu ilə X35 şəhərində müalicə olunmaq üçün həkim Mohammad Fotouhiyə müraciət etmişdir. Onun üzərində müalicə aparılmış, ağ ciyər infeksiyasi və kəskin nəfəs darlığı ilə yanaşı həmçinin həkim tərəfindən şüurunun arabir dayanması diaqnozu da qoyularaq 'Arad' xəstəxanasına yerləşdirilmişdir. Müalicələrin təsiri olmamış və Azimi Einollah 10 may 2018-ci ildə vəfat etmişdir. Azimi Einollah vəfat etməmişdən əvvəl onun rəsmi nikahda olduğu Cavabdeh4, həmçinin rəsmi nikahdan anadan olmuş övladlarının hamısı daima həmin evə gəlib-getmişlər və Azimi Einollahın ailə üzvləri kimi orada qalmışlar. Azimi Einollahın vəfatından sonra onun vərəsələri öz aralarında miras əmlakların bölünməsi məsələsini həll etmək istəyən zaman məlum olmuşdur ki, mərhum Azimi Einollahın adından xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı Notariat X1 560267 saylı etibarnamə vermiş və X21 da həmin etibarnaməyə əsasən ünvan 1-ni xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən X19 bağışlamışdır. X8 Einollahın rəsmi nikah olmadan yaşadığı Firəngiz adlı qadından xx xxxxxxxx 2002-ci ildə anadan olmuşdur. Həmin bağışlama müqaviləsi bağlanarkən saxtakarlığa yol verilmiş, guya Azimi Einollahın həmin vaxt subay olması barədə Nicat Novruzov notariat orqanına ərizə vermiş və bu yolla bağ evinin bağışlanılmasına nail olunmuşdur. Bundan sonra Ali Azimi, Cavabdeh6, Cavabdeh5, Roghieh X2, X9, üçüncü şəxslər 4 saylı Notariat Kontoruna və ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı bağışlanma müqaviləsinin hissəvi ləğv edilməsi, çıxarışın ləğv edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarma tələbinə dair iddia ərizəsi ilə Sumnqayıt şəhər Məhkəməsinə müraciət etmişlər və Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsi iddianı ona görə rədd etmişdir ki, Azimi Einollah vəfat edən zaman ünvan 2 ünvanda yerləşən bağ evi artıq Abbas Əziminin mülkiyyətində olmuş, həmçinin Azimi Einollah mirasa dair vəsiyyətnamə tərtib etməmişdir. Bundan sonra X30, Cavabdeh4 Norouzalı qızı, Cavabdeh6 Einollah qızı, Cavabdeh7 Einollah oğlu, Cavabdeh5 Einollah qızı cavabdehlər X16, İddiaçı və üçüncü şəxs Sumqayıt şəhəri 4 saylı Notariat Kontoruna qarşı etibarnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Qubadlı rayon məhkəməsinə müraciət etmişlər və həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 2(029)-346/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, etibarnamənin etibarsız hesab edilməsi tələbi təmin edilməmiş, Azimi Einollaha məxsus Sumqayıt şəhəri Novxanı bağ massivi ev 137V-ni İddiaçı bağışlaması haqqında Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz Əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilmiş və həmin müqaviləyə əsasən X14 adma Sumqayıt şəhəri Novxanı bağ massivi ev 137V-yə dair verilmiş Çıxarış ləğv edilmişdir. Həmin qətnamədən X21 tərəfindən apelyasiya şikayəti verilərək Qubadlı rayon məhkəməsinin həmin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuş və Sumqayıt Apellyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Qubadlı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-346/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da, X12 Azimi Einollahın xəstəliyindən sui-istifadə edərək, guya Azimi Einollahın subay olması barədə saxta ərizə verməklə Azimi Einollaha məxsus bağ evini İddiaçı adına keçirməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı qəbul edildikdən sonra Azimi Einollahın Sumqayıt şəhəri Novxanı bağ massivi ev 137V- yə dair mülkiyyət hüququ bərpa edilmiş və adına yeni Çıxarış verilmişdir. Bundan sonra isə Azimi Einollahın mirasına dair 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində Notariat ofisində qanun üzrə vərəsəlik müəyyən olunmuş, həmin ev mərhum X23 Hassanzadehin ümumi birgə mülkiyyətlərində olduğundan notariat ofisi tərəfindən həmin evin hissəsinə dair Cavabdeh4 adına xx.xx.2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, evin qalan hissəsi Azimi Einollahın miras kütləsinə daxil edilmiş və həmin mirasa dair vərəsəlik müəyyən olunmaqla vərəsələr arasında bölüşdürülmüşdür. Azimi Einollahın rəsmi nikahdan 4 övladı, qeyri-rəsmi nikahdan 1 övladı, cəmi 5 övladı olmuşdur. Bununla da, Azimi Einollahın mirasından pay almaq hüququ olan cəmi 6 vərəsəsi (həyat yoldaşı və övladları) olmuşdur. Evin 50 faiz hissəsi 6 vərəsə arasında bölünmüş, 5 vərəsə öz miras payını qəbul etmiş, 4 vərəsə öz miras paylarını 1 vərəsəyə, yəni Cavabdeh4 bağışlamış, Abbas Əziminin payı isə açıq saxlanılmışdır. Bundan başqa, iddiaçılar Ali Azimi, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Roghieh Hassanzadehin Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-43/2022 saylı 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, iddiaçı Roghieh Hassanzadehin ünvan 2 ünvanında yerləşən bağ evinə köçürülməsi, iddia tələbləri qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi işə baxarkən artıq mübahisəli bağ evinin 11/12 hissəsi Roghieh Hassanzadehin mülkiyyətinə verildiyindən Sumqayıt şəhər məhkəməsində baxılan iddiaya vərəsəliyə dair hissədə hüquqi qiymət verilməsinə ehtiyac görülməmişdir. Beləliklə, Abbas Əziminin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mirasın qəbul edilməsi ilə bağlı münasibətləri tənzimləyən 1243, 1246-cı maddələrinə istinad etməsi tamamilə əsassızdır. Çünki, qeyd edildiyi kimi mərhum Azimi Einollah vəfat edən zaman, yəni onun mirasının açıldığı vaxt ünvan 2 ünvanında yerləşən bağ evi onun miras kütləsinə daxil deyildi, həmin bağ evi qanunsuz və saxtakarlıq yolu ilə, onun ölümündən əvvəl ağır xəstə olmasından sui-istifadə edilməklə mənimsənilmişdi. X38 vəfat edən zaman həmin ev onun miras kütləsinə daxil olsaydı həmin vərəsələr həmin mirası mirasın qəbul edilməsinin formal üsulu ilə, yəni notariat orqanına ərizə verməklə qəbul edəcəkdilər, yaxud faktiki üsulla qəbul edərək həmin evə sahiblənəcəkdilər. Lakin, həmin vərəsələr Azimi Einollah vəfat etdikdən sonra həmin bağ evinə gələrkən evin Abbas Əzimiyə məxsus olması bildirilərək həmin evə buraxılmamışlar və Sumqayıt şəhər məhkəməsində qaldırılan iddia tələblərindən biri də, məhz həmin şəxslərin həmin bağ evinə köçürülmələri tələbi olmuşdur. Bundan başqa, Azimi Einollahın həyat yoldaşı və uşaqları daima həmin evə gəlib orada qalırdılar, hətta Əli Aziminin övladı da həmin bağ evində qeydiyyatdadır. Evin təmir-tikinti işlərində də mərhum Azimi Einollahın rəsmi nikahdan olan övladları yaxından iştirak etmişlər. Azimi Eynullahın vəfatından sonra onun adları qeyd olunan 5 qanun üzrə vərəsələri mirası qəbul etmək istəyərkən mübahisəli bağ evinin qanunsuz və saxtakarlıq yolu ilə mənimsənildiyini müəyyən etmişlər və bundan sonra uzun müddət bağ evinin geri qaytarılması, ev üzərində əvvəlcə mərhum Azimi Einollahın mülkiyyət hüququnun bərpa edilməsi, daha sonra Roghieh Hassanzadehin birgə mülkiyyət hüququnun və vərəsəlik hüququnun, həmçinin digər vərəsələrin vərəsəlik hüquqlarının müdafiə olunması üçün mübarizə apararaq məhkəmələrə müraciət etmişlər, Qubadlı rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə onların həmin hüquqları tanınaraq müdafiə olunmuşdur. Bununla da. Ali Aziminin. Cavabdeh6, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh4 mirası istər formal, istərsə də, faktiki üsulla qəbul etmələrinə Nicat Novruzov, Firəngiz Ağayeva və Abbas Əzimi mane olmuşlar, həmin şəxslərin vərəsəlik hüquqlarını pozmuşlar. Məlumdur ki, mirasın qəbul edilməsi vərəsənin mirasın qəbul edilməsinin formal üsulu ilə notariat orqanına müraciət etməsi, yaxud mirasın faktiki üsulu ilə mirasa sahiblənmək istiqamətində müəyyən hərəkətlər etməsi ilə şərtləndirilmişdir. Lakin, Ali Aziminin, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh4 mərhum Azimi Einollahın mirasını hər hansı üsulla qəbul etmək istiqamətində müvafiq iradə ifadəsi nümayiş etdirmələri və ya müəyyən hərəkət etmələri onların iradələrindən asılı olmayan səbəblərə görə, Nicat Novruzovun, Firəngiz Ağayevanın və Abbas Əziminin qanunazidd əməllərinə görə mümkün olmamışdır. Bu səbəbdən də, həmin şəxslərin tərəfindən Mülki Məcəllənin 1246cı maddəsində nəzərdə tutulan mirasın qəbul edilməsi müddəti ötürülməmişdir. Beləliklə, hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi müddətinin mərhum Azimi Einollahın rəsmi nikahda olduğu həyat yoldaşının və həmin nikahdan olan övladlarının tərəfindən ötürülməsi barədə dəlilləri absurddur və qəbul edilə bilməz. Bundan başqa, hesab edir ki, mübahisəli bağ evinin özgəninkiləşdirilməsinin qadağan olunması barədə iddiaçının dəlilləri də əsassızdır. Çünki, miras kütləsinə daxil olan əmlakın hər hansı şəkildə yüklü olması vərəsəni vərəsəlik hüququndan məhrum edən hal kimi qəbul edilə bilməz, belə bir hal vərəsəlik hüquq münasibətlərini tənzimləyən hüquq normalarında nəzərdə tutulmamışdır. Odur ki, 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə, eləcə də xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş “Miras payın bağışlanması Müqaviləsi”, həmçinin Cavabdeh4 Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarış tam qanuni və əsaslıdır, Mülki Məcəllənin hər hansı tələbləri pozulmadan, o cümlədən Abbas Əziminin vərəsəlik hüququ pozulmadan verilmişlər. Beləliklə, X14 iddiası əsassız və qanunsuz olduğundan tam rədd edilməlidir. İş üzrə cavabdehlər X29, Cavabdeh7, Cavabdeh5 Eynullah qızı, Cavabdeh6, 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi məktubla müraciət edərək məhkəmə iclaslarını iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı A.E.Əziminin nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının nümayəndəsi və vəkili Vəkil2 dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş-X7 vərəsələri: ünvan 5 ünvanında qeydiyyatda olan Azimi Ali-(MY10******, xx.xx.2021-DMX FİN xxxxxxx, d/t-xx.xx.1986), arvadı-ünvan 6 ünvanında qeydiyyatda olan Haşranzadeh Roghayeh- (MY10541506, xx.xx.2021-DMX, FİNxxxxxxx, d/i: xx.xx.1961), qızı-Tehran şəhəri, Tehranpars rayonu, Serac küçəsi, 104-cü küçə, ev 43, mərtəbə 3 ünvanında qeydiyyatda olan Cavabdeh6 Einollah (A/15513278, xx.xx.2000-Kəhrizək, FİN:0000000, d/t xx.xx.1980), qızı Tehran şəhəri, Tehranpars rayonu, Serac küçəsi, 104-cü küçə, ev 43, mərtəbə 3 ünvanında qeydiyyatda olan, Cavabdeh5 Binollah (N11875, xx.xx.2020-Tehran şəhəri, FİN 0068375, d/t: xx.xx.1984), oğlu-Tehran şəhəri, Tehranpars rayonu, Serac küçəsi, 104-cü küçə, ev 43, mərtəbə 3 ünvanında qeydiyyatda olan Cavabdeh7 Einollah (N8524, xx.xx.2020-Tehran şəhəri, FİN0065811, d/t xx.xx.1982) və onların hər biri miras əmlakdan miras almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə, X10 verilmiş **********0-11801 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 167.1 kv.m olan bağ evindən ibarətdir. İşə əlavə olan xx.xx.2022-ci il tarixli “ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş-X3 qalmış arvadı (əri) ünvan 7 ünvanında qeydiyyatda olan Cavabdeh4-nin (MY10541506, xx.xx.2021-DMX, FİN xxxxxxx, d/t xx.xx.1961) onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Cavabdeh4-mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı-ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Əzimi Eynullah Ezzatollah oğluna verilmiş 3**********0-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 167.1 kv.m olan bağ evindən ibarətdir. O, cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı ünvan 1 ünvanında yerləşən bağ evinin ½ hissəsindən ibarətdir. Mirasın ½ hissəsinə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Miras payın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, Azimi Ali, Cavabdeh7 Einollah, Cavabdeh5 Einollah və Cavabdeh6 Einollah Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu A.S.Hacıyev tərəfindən verilmiş “26” yanvar iki min iyirmi ikinci il tarixli, 2V-125 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras paylarını Assanzadeh Roghayeh bağışlamışlar. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 olan bağ evi xüsusi mülkiyyət hüququ əsasında Əzimi Eynullanın adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №1210577 saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 olan bağ evi xüsusi mülkiyyət hüququ əsasında Əzimi Einollahın adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə Tehran şəhərində ölmüşdür. İşdə olan “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, Ali Azimi xx.xx.1986-cı il tarixdə Tehran şəhərində anadan olmuş, ata qrafasında Eynollah, ana qrafasında Roghayyeh qeyd edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Eimollahh Azimi ilə Cavabdeh4 ilə xx.xx.1979-cu il tarixdə nikaha girmişlər. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-346\2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, iddiaçılar X30, Cavabdeh4 Norouzalı qızı, Cavabdeh6 Einollah qızı, X28, Cavabdeh5 Einollah qızının Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda Azimi Einollah tərəfindən X16 verilmiş xx.xx.2017-ci il tarixli, 560267 saylı etibarnamənin etibarsız hesab edlməsi barədə iddia tələbi təmin edilməməsi, Azimi Einollaha məxsus ünvan 1-nin İddiaçı bağışlaması haqqında Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən İddiaçı adına ünvan 1-yə dair verilmiş çıxarışı ləğv edilməsi qət edilmişdir. İşə əlavə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 755/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh N.N.Novruzovun apellyasiya şikayəti təmin edilməyərək, Qubadlı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(028)-346/2020 saylı, qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4174/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, cavabdehlər X21 və İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9286/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Ali Aziminin, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Roghieh Hassanzadehin cavabdehlər İddiaçı, X9, üçüncü şəxslər Sumqayıt 4 saylı Notariat kontoruna və DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin hissəvi ləğv edilməsi, çıxarışın ləğv edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarma tələbinə” dair iddia tələbləri rədd edilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Ali Azimi, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Roghieh Hassanzadehin apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Roghieh Hassanzadeh ünvan 1 ünvanında yerləşən bağ evinə köçürülməsi və iddia tələbləri qalan hissədə rədd edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 saylı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X4, bağ evinin 11/12 hissədə Həsənzadeh Roghayehin adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər bərabər pay hüquqlu birinci növbəli vərəsələr sayılırlar: - 1159.1 və 1159.1.3-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı miras qoyanın nəvəsi o halda birinci növbə vərəsə hesab edilir ki, mirasın açıldığı zaman miras qoyanın vərəsəsi olacaq valideyn sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 58-ci maddəsinə əsasən mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Notariat işinin materiallarından görünür ki, notarius tərəfindən bütün vərəsələrin dairəsinin müəyyən olunması və razılığının alınması istiqamətində iş düzgün aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydası haqqında Təlimat”ın tələblərinə görə də şəhadətnamə alınan zaman vərəsə notariusa ondan başqa vərəsənin olub-olmaması barədə məlumat verərkən doğru məlumat verməyə borcludur, səhv məlumata görə məsuliyyəti müraciət etmiş vərəsə özü daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, miras qoyan E.Əzimi vəfat etdikdən sonra iddiaçı ünvan 8 ünvanında yerləşən bağ evində faktiki yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. Cavabdehlər isə mirası nə faktiki olaraq, nə də 3 ay ərzində sözügedən mirası qəbul etmələri üçün notariat orqanına müraciət etməmişlər. İşin faktiki halları ilə təsdiq olunur ki, mirasın açıldığı zaman - 26 yanvar 2022-ci il tarixdə miras qoyan X7 övladı X24 birinci dərəcəli vərəsə hesab olunduğu halda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin almış vərəsələr bu barədə notariat kontoruna doğru məlumat verməmiş və miras əmlakı şəhadətnamə əsasında qəbul etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Mirasın açılmasından xeyli müddət 3 il 8 ay keçdikdən sonra, notariat ofisinin notariusu tərəfindən Roqhayeh Hassanzadeh Norouzali qızının və digərlərinin adına «Qanun üzrə vərəsəlik haqqında» Şəhadətnaməsinin verməsini məhkəmə tamamilə qanunsuz hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, miras əmlak ünvan 1 ünvanında yerləşən bağ evinin özgəninkiləşdirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə qadağa mövcud olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.4-cü maddələrinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3-cü maddəsində müəyyən edilmişdir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci və 139-1.1.4-cü maddələrinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, vərəsəlik işi düzgün aparılmadığından 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və Mülkiyyət hüququ haqqında Şəhadətnamənin, eləcə də xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və Mülkiyyət hüququ haqqında Şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş “Miras payın bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilmələrinə, cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsinə və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı X14 vərəsəlik hüququ tanınmalı və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Roqhayeh Hassanzadeh Norouzali qızı, X29, Cavabdeh7, Cavabdeh5 Eynullah qızı, Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin 1 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində notariat Ofisinin üzərinə qoyulması hissəsində təmin etmir. Belə ki, həmin vəzifənin qoyulması məhkəmənin səlahiyyətinə aid deyildir və gələcəkdə bu məsələ ilə iddiaçı Notariat kontoruna müraciət etmək iqtidarındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin
152. 157, 220-221-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və Mülkiyyət hüququ haqqında Şəhadətnamənin, xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və Mülkiyyət hüququ haqqında Şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş “Miras payın bağışlanması Müqaviləsi” etibarsız hesab edilsinlər. Cavabdeh Roqhayeh Hassanzadeh Norouzali qızının adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarışın (müvafiq qeydiyyat yazısı) ləğv edilsin və ünvan 1 ünvanında yerləşən bağ evinə iddiaçı X14 vərəsəlik hüququ tanınsın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Roqhayeh Hassanzadeh Norouzali qızı, X29, Cavabdeh7, Cavabdeh5 Eynullah qızı, Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İddia tələbi müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsinə dair hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Sədrlik edən: Gülnarə Tağızadə