Məhkəmə qərarları › İş №e-2(060)-1908/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1908/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1908/2024 25.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, LENOVO LEGİON 5 komputer 2398,76 (iki min üç yüz doxsan səkkiz manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 718,2 (yeddi yüz on səkkiz manat iyirmi qəpik) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, MOON markalı moped üçün 1729,96 (min yeddi yüz iyirmi doqquz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 530,4 (beş yüz otuz manat qırx qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG LED TV üçün 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 135 (yüz otuz beş) manat dəbbə; xx.xx.2021ci il tarixli müqaviləyə əsasən, SOFT2 - YUMSAQ - 3 YERLİ markalı mebel əşyası üçün 273.55 (iki yüz yetmiş üç manat əlli beş qəp) manat ödənilməmiş hissə, 79.2 (yetmiş doqquz manat iyirmi qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, TİKİŞ MAŞİNİ JANOME ML77 üçün 204.72 (iki yüz yetmiş dörd manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 61.21 (altmış bir manat iyirmi bir qəpik) manat dəbbə borcu, ümumilikdə 6563 manat borc, 85,63 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, LENOVO LEGİON 5 komputer, MOON markalı moped, SAMSUNG LED TV, TİKİŞ MAŞİNİ JANOME ML77 almış və nəticədə 6563 (altı min beş yüz altmış üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3024,96 (üç min iyirmi dörd manat doxsan altı qəpik) manat (24 ay x 126,04 manat + ilkin ödənişsiz) olan LENOVO LEGİON 5 komputer üçün ümumilikdə, 3116,96 (üç min yüz on altı manat doxsan altı qəpik) manat olmaqla ondan, 2398,76 (iki min üç yüz doxsan səkkiz manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 718,2 (yeddi yüz on səkkiz manat iyirmi qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2460,96 (iki min dörd yüz altmış manat doxsan altı qəpik) manat (18 ay x 136,72 manat + ilkin ödənişsiz) olan MOON markalı moped üçün ümumilikdə, 2260,36 (iki min iki yüz altmış manat otuz altı qəpik) manat olmaqla ondan, 1729,96 (min yeddi yüz iyirmi doqquz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 530,4 (beş yüz otuz manat qırx qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 900 (doqquz yüz) manat (18 ay x 50 manat + ilkin ödənişsiz) olan SAMSUNG LED TV üçün ümumilikdə, 567 (beş yüz altmış yeddi) manat olmaqla ondan, 432 (dörd yüz otuz iki) manat ödənilməmiş hissə, 135 (yüz otuz beş) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 540 (beş yüz qırx) manat (24 ay x 22,5 manat + 0 manat ilkin ödəniş) olan SOFT2 - YUMSAQ - 3 YERLİ markalı mebel əşyası üçünümumilikdə 352,75 (üş yüz əlli iki manat yetmiş beş qəpik) manat olmaqla ondan, 273,55 (iki yüz yetmiş üç manat əlli beş qəp) manat ödənilməmiş hissə, 79,2 (yetmiş doqquz manat iyirmi qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 535,32 (beş yüz otuz beş manat otuz iki qəpik) manat (18 ay x 29,74 manat + ilkin ödənişsiz) olan TİKİŞ MAŞİNİ JANOME ML77 üçün ümumilikdə 265,93 (iki yüz altmış beş manat doxsan üç qəpik) manat olmaqla ondan, 204,72 (iki yüz yetmiş dörd manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 61,21 (altmış bir manat iyirmi bir qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2422,25 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, aylıq 150-200 manat olmaqla ödənişlər etmişdir. Sonradan ödəyə bilmədiyi üçün faizlər və cərimələr yığılmışdır. Bunlardan əlavə başqa krediti də var. Odur ki qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ******* saylı, xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 3024,96 manat (24 ay x 126,04 manat + ilkin ödənişsiz) LENOVO LEGİON 5 komputer almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03231125 saylı, xx.xx.2022-ci il müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 2460,96 manat (18 ay x 136,72 manat + ilkin ödənişsiz) MOON markalı moped almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 149625 saylı, xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 900 manat (18 ay x 50 manat + ilkin ödənişsiz) Samsung markalı LED TV almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 149623 saylı, xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 540 manat (24 ay x 22,5 manat + ilkin ödənişsiz) SOFT2 - YUMSAQ - 3 YERLİ markalı mebel əşyası almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 149621 saylı, xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 535,32 manat (18 ay x 29,74 manat + ilkin ödənişsiz) TİKİŞ MAŞİNİ JANOME ML77 almışdır. -"xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh dəyəri 3024,96 manat olan, 24 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 126,04 manat olmaqla LENOVO LEGİON 5 komputer, həmçinin ümumi dəyəri 2460,96 manat olan, 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 136,72 manat olmaqla MOON markalı moped, həmçinin ümumi dəyəri 900 manat olan 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 50 manat olmaqla Samsung markalı LED TV, həmçinin ümumi dəyəri 540 manat olan 24 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 22,5 manat olmaqla SOFT2 - YUMSAQ - 3 YERLİ markalı mebel əşyası, həmçinin ümumi dəyəri 535,32 manat olan 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 29,74 manat olmaqla TİKİŞ MAŞİNİ JANOME ML77 almışdır. Alınan məhsulların 6267 manat olan ümumi dəyərindən 1759 manat ödəniş etmişdir. Bununla da 5864 manat borcu yaranmışdır. - "xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tsrixli və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən əsasən aldığı məhsulların 7461,24 manat olan ümumi dəyərindən cəmi 2422,25 manat ödəniş etmiş və nəticədə 5038,99 manat əsas borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh məhsulların 7461,24 manat olan ümumi dəyərindən 2422,25 manat ödəniş etmiş və nəticədə 5038,99 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi ödənilməmiş hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan 200 manat, 170 manat, 40 manat, 25 manat və 20 manat cərimə mütənasiblik baxımından məqsədəmüvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 5493,99 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 85,63 manat dövlət rüsumunun 5493,99 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 10,69 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, LENOVO LEGİON 5 komputer 2398,76 manat əsas borc, 200 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, MOON markalı moped üçün 1729,96 manat əsas borc, 170 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG LED TV üçün 432 manat əsas borc, 40 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, SOFT2 - YUMSAQ - 3 YERLİ markalı mebel əşyası üçün 273,55 manat əsas borc, 25 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, TİKİŞ MAŞİNİ JANOME ML77 üçün 204,72 manat əsas borc, 20 manat cərimə borcu, ümumilikdə 5493,99 manat borc və 74,94 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, dövlət rüsumu kimi ödənilmiş 10,69 manat iddiaçı "xxxx" MMC-nin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh: xx.xx.2021-ci il tarixli, ******* saylı müqaviləyə əsasən, LENOVO LEGİON 5 komputer 2398,76 manat əsas borc, 200 manat cərimə; xx.xx.2022-ci il tarixli, 03231125 saylı müqaviləyə əsasən, MOON markalı moped üçün 1729,96 manat əsas borc, 170 manat cərimə; xx.xx.2021-ci il tarixli, 149625 saylı müqaviləyə əsasən, SAMSUNG LED TV üçün 432 manat əsas borc, 40 manat cərimə; xx.xx.2021-ci il tarixli, 149623 saylı müqaviləyə əsasən, SOFT2 - YUMSAQ - 3 YERLİ markalı mebel əşyası üçün 273,55 manat əsas borc, 25 manat cərimə; xx.xx.2021-ci il tarixli, 149621 saylı müqaviləyə əsasən, TİKİŞ MAŞİNİ JANOME ML77 üçün 204,72 manat əsas borc, 20 manat cərimə borcu, ümumilikdə 5493,99 manat borc və 74,94 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC-nə ödənilsin. Ödənilmiş 10,69 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar