Məhkəmə qərarları › İş №e-2(060)-1914/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1914/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1914/2023 09.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Xiaomi Redmi qulaqlıq üçün 33 (otuz üç) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X2qlıq üçün 32.5 (otuz iki manat əlli qəp) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMi True qulaqlıq üçün 20 (iyirmi) manat ödənilməmiş hissə, xx.xx.2021-ci tarixli müqaviləsinə əsasən, İmei Kodu **********14790 Samsung Galaxy A32 markalı telefon üçün 694.4 (altı yüz doxsan dörd manat qırx qəp) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Router TP-Link üçün 72.4 (yetmiş iki manat qırx qəp) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********27001 Xiaomi Redmi 9A markalı telefon üçün 79 (yetmiş doqquz) manat ödənilməmiş hissə, ümumilikdə 931.3 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Xiaomi Redmi qulaqlıq, X2qlıq, İMi True qulaqlıq, İmei Kodu **********14790 Samsung Galaxy A32 markalı telefon, Router TP-Link, İmei Kodu **********27001 Xiaomi Redmi 9A markalı telefon almış və nəticədə 931.3 (doqquz yüz otuz bir manat otuz qəp) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 77.5 (yetmiş yeddi manat əlli qəp) manat (18 ay x 4.3 manat + 0 manat ilkin ödəniş) Xiaomi Redmi qulaqlıq üçün ümumilikdə, 33 (otuz üç) manat olmaqla ondan, 33 (otuz üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 64.8 (altmış dörd manat səksən qəp) manat (12 ay x 5.4 manat + 0 manat ilkin ödəniş) X2qlıq üçün ümumilikdə, 32.5 (otuz iki manat əlli qəp) manat olmaqla ondan, 32.5 (otuz iki manat əlli qəp) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 68.4 (altmış səkkiz manat qırx qəp) manat (18 ay x 3.8 manat + 0 manat ilkin ödəniş) İMi True qulaqlıq üçün ümumilikdə, 20 (iyirmi) manat olmaqla ondan, 20 (iyirmi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 799.4 (yeddi yüz doxsan doqquz manat qırx qəp) manat (18 ay x 42.8 manat + 29 manat ilkin ödəniş) İmei Kodu **********14790 Samsung Galaxy A32 markalı telefon üçün ümumilikdə, 694.4 (altı yüz doxsan dörd manat qırx qəp) manat olmaqla ondan 694.4 (altı yüz doxsan dörd) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 146 (yüz qırx altı) manat 40 (qırx) qəpik (12 ay x 12.2 manat + 0 manat ilkin ödəniş) Router TP-Link üçün ümumilikdə, 72 (yetmiş iki) manat 40 (qırx) qəpik olmaqla ondan, 72 (yetmiş iki) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 315 (üç yüz on beş) manat 60 (altmış) qəpik (12 ay x 26.3 manat + 0 manat ilkin ödəniş) İmei Kodu **********27001 Xiaomi Redmi 9A markalı telefon üçün ümumilikdə, 79 (yetmiş doqquz) manat olmaqla ondan, 79 (yetmiş doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə. Cavabdehin cəmi ödədiyi məbləğ 540.7 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2019-cu, xx.xx.2021-ci il və xx.xx.2021-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №23033257 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 315,6 manat olan İmei kodu **********27001 Xiaomi Redmi 9A markalı telefon almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №22303342 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 146,4 manat olan Router TP-link almışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №23262675 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 799,4 manat olan **********14790 Samsung Galaxy A32 markalı telefon almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №22262664 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 68,4 manat olan İMİ True markalı qulaqlıq almışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №22459409 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 64,8 manat olan Mİ True Vreless markalı qulaqlıq almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №22277881 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 77,5 manat olan Xiaomi Redmi markalı qulaqlıq almışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, Xiaomi Redmi qulaqlıq, X2qlıq, İMi True qulaqlıq, İmei Kodu **********14790 Samsung Galaxy A32 markalı telefon, Router TP-Link, İmei Kodu **********27001 Xiaomi Redmi 9A markalı telefon Cavabdeh təhvil verilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 43 manat olmaqla, Xiaomi Redmi markalı qulaqlıq almış və 44,4 manat ödəniş etmiş, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 12 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 5,4 manat olmaqla, X4 markalı qulaqlıq almış və 32,3 manat ödəniş etmiş, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 3,8 manat olmaqla, Mi True markalı qulaqlıq almış və 48,4 manat ödəniş etmiş, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 29 (iyirmi doqquz) manat, aylıq ödəniş 42,8 manat olmaqla, İMEİ Kodu **********14790 olan Samsung Galaxy A32 markalı telefon almış və 105 manat ödəniş etmiş, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 12 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 12,2 manat olmaqla, Router TP-link almış və 74 manat ödəniş etmiş və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 12 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 26,3 manat olmaqla, İMEİ Kodu **********27001 olan Xiaomi Redmi 9A markalı telefon almış və 236,6 manat ödəniş etmişdir. İşdə olan "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı malın 77,4 manat olan ümumi dəyərindən 44,4 manat ödəniş etmiş və nəticədə 33 manat borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı malın 64,8 manat olan ümumi dəyərindən 32,3 manat ödəniş etmiş və nəticədə 32,5 manat borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı malın 68,4 manat olan ümumi dəyərindən 48,4 manat ödəniş etmiş və nəticədə 20 manat borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı malın 799,4 manat olan ümumi dəyərindən 105 manat ödəniş etmiş və nəticədə 694,4 manat borc, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı malın 146,4 manat olan ümumi dəyərindən 74 manat ödəniş etmiş və nəticədə 72,4 manat borc və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı malın 315,6 manat olan ümumi dəyərindən 236,6 manat ödəniş etmiş və nəticədə 79 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ümumilikdə 931 (doqquz yüz otuz bir) manat 30 (otuz) qəpik borc, 30 (otuz) manat dövlət rüsumu, cəmi 961 (doqquz yüz altmış bir) manat 30 (otuz) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə 931 (doqquz yüz otuz bir) manat 30 (otuz) qəpik borc, 30 (otuz) manat dövlət rüsumu, cəmi 961 (doqquz yüz altmış bir) manat 30 (otuz) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar