Məhkəmə qərarları › İş №e-2(060)-1930/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1930/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1930/2025 07.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumillikdə 4625,97 manat borc və 66,26 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2022, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən Lenovo İdeapad 3 markalı kompüter, İmei kodu **********55020 olan X3 12 X1, İmei kodu **********54900 olan X3 13 X1, İmei kodu **********59328 olan Xiaomi Redmi 12 markalı telefon, Zigzag One 50Cc moped, X2, Jbl Tune 230Nc Tws qulaqlıq və Apple Watch 342Mm qol saatı almış və nəticədə 4625,97 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2300,04 manat olan Lenovo İdeapad 3 markalı kompüter, İmei kodu **********55020 olan Xiaomi Note 12 X1 üçün, ümumillikdə 2016,89 manat, xx.xx.2024 tarixli müqaviləyə əsasən İMEİ KODU **********54900 OLAN XİAOMİ NOTE 13 PRO MARKALİ telefona görə ümumilikdə 1033,83 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 457.56 manat təşkil edən İmei kodu **********59328 olan Xiaomi Redmi 12 markalı telefona görə 565,31 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3049,92 manat olan Zigzag One 50Cc mopedə görə 495,56 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 657,84 manat təşkil edən X2 musiqi mərkəzi, Jbl Tune 230Nc Tws qulaqlığa görə ümumillikdə 463,19 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 855,02 manat təşkil edən Apple Watch 342Mm qol saatına görə ümumillikdə 51,19 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən QİZİL ZƏMANƏT ULTRA 2 il (Sığorta) xidmətindən xx.xx.2022-ci il tarixində imtina etmiş və məhsul 126 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 689.64 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 126 manat, ümumilikdə, 815.64 manat təşkil edir. Cavabdehin digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 4076.80 manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin 5000 (beş min) manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin idda icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdu, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 06 yanvar 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ilkin ödənişsiz, qalan məbləği 18 ay müddətində hər ay 127,78 manat ödəmək şərti ilə aldığı, Lenovo İdeapad 3 Markalı kompüter, İmei kodu **********55020 olan Xiaomi Note 12 X1a görə 766,74 manat ödəniş etmiş və 2016,89 manat ümumilikdə ödənilməmiş borcu qalmış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ilkin ödənişsiz olmaqla, qalan məbləği 18 ay müddətində hər ay 59,78 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 1076,04 manat təşkil edən İmei kodu **********54900 olan Xiaomi Redmi 13 X1a görə 298,94 manat ödəniş etmiş və 1033,83 manat ümumillikdə ödənilməmiş borcu qalmış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ilkin ödənişsiz olmaqla, qalan məbləği 18 ay müddətində hər ay 25,42 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 457,56 manat təşkil edən İmei kod **********59328 olan Xiaomi Redmi 12 markalı telefona görə 40,86 manat ödəniş etmiş 565,31 manat ümumillikdə ödənilməmiş borcu qalmış, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ilkin ödənişsiz 24 ay müddətində hər ay 127.08 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 3049,92 manat təşkil edən Zigzag One 50Cc mopedə görə 2668,72 manat ödəniş etmiş və 495,56 manat ümumillikdə ödənilməmiş borcu qalmış, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 24 ay müddətində hər ay 27,41 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 657,84 manat təşkil edən X2 musiqi mərkəzi, JBL Tune 230NC Tws qulaqlığa görə 301,54 manat ödəniş etmiş və 463,19 manat ümumilikdə ödənilməmiş borcu qalmış, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ilkin ödənişi 20 manat olmaqla 18 ay müddətinə hər ay 46,39 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 855,02 manat təşkil edən Apple watch 342Mm qol saatına görə 815,64 manat ödəniş etmiş və 51,19 manat ümumilikdə ödənilməmiş borcu qalmışdır. Ümumillikdə 6 müqavilə üzrə əsas borca ödənilmiş məbləğ 4892,44 manat təşkil etməklə, əsas borca ödənilməmiş məbləğ 3503,98 manat və cərimə 358,074 manat olmaqla ümumillikdə ödənilməmiş 4625,97 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Lenovo İdeapad 3 markalı kompüter, İmei kodu **********55020 olan Xiaomi Note 12 X1 almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMCdən xx.xx.2023-cü il tarixli müqavilədə nəzərdə tutulmuş Lenovo İdeapad 3 markalı kompüter, İmei kodu **********254900 olan X3 12 X1u tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 18 ay müddətində hər ay 127,78 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********54900 olan X3 13 X1 almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş İmei kodu **********54900 olan X3 13 X1u tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 18 ay müddətində hər ay 59.78 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********59328 olan Xiaomi Redmi 12 markalı telefon almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulmuş İmei kodu **********59328 Xiaomi Redmi 12 markalı telefonu tam qüsursuz halda təhvil almış və 18 ay müddətində hər ay 25.42 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Zigzag One 50Cc moped almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli müqavilədə nəzərdə tutulmuş Zigzag One 50Cc mopedi tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 24 ay müddətində hər ay 127,08 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-X2 musiqi mərkəzi, Jbl Tune 230Nc Tws qulaqlıq almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən nəzərdə tutulmuş X2 musiqi mərkəzi, Jbl Tune 230Nc Tws qulaqlığını xx.xx.2023-cü il tarixli tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 24 ay müddətində hər ay 27,41 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-Apple Watch 342Mm qol saatı almış, həmin tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən Apple Watch 342Mm qol saatını xx.xx.2022-ci il tarixli tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 18 ay müddətində hər ay 46,39 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2022, xx.xx.2023 və xx.xx.2022-ci il tarixlərdə bağlanmış müqavilələrə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilələrin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2022, xx.xx.2023 və xx.xx.2022-ci il tarixli müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 25 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 15 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 5 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanuna müvafiq hesab edilməlidir. İddiaçı sözügedən iş üzrə tələb etdiyi xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə 23.6 (iyirmi üç manat, altmış qəpik) manat İnnovativ Layihələr Mərkəzi rüsumunu malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İmei kodunun deaktiv olunması ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi, məhdudiyyətin aradan qaldırılması üçün ödənildiyi halda tələb edə bilər. Hazırki vəziyyətdə isə “ABC”-nin malın istifadəsini mümkünsüz etdiyini və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir və iddiaçı sözügedən işlə bağlı həmin xərci çəkməmişdir. Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1533,3 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 777,10 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 416,70 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 381,20 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 356,30 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 39,38 manat ödənilməmiş hissə, 5 manat cərimə, ümumillikdə 3608.98 manat borc və ödənilmiş 56.08 manat dövlət rüsumu məbləğində pul tutulub İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 56.08 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-1 – 284-6, 216-220-ci və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1533,3 manat ödənilməmiş hissə, 30 manat cərimə,xx.xx.2024-cü il tarixli müqavilə üzrə 777,1 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 416,7 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 381,2 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 356,3 manat ödənilməmiş hissə, 10 manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 39,38 manat ödənilməmiş hissə, 5 manat cərimə ümumillikdə 3608.98 (üç min altı yüz səkkiz manat doxsan səkkiz qəpik) manat borc və ödənilmiş 56.08 (əlli altı manat səkkiz qəpik) manat dövlət rüsumu məbləğində pul alınıb İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar