Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1956/2024 02.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyəti Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, tarixli müqavilələrə əsasən, “X5 50CC” markalı əşya, İmei kodu **********10186 olan “X4 11 PRO 5G” markalı telefon, İmei kodu **********79384 olan “X4 11S” markalı telefon almış və nəticədə 5851 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3884,88 manat olan “X5 50CC” markalı əşya üçün ümumilikdə 4754,8 manat olmaqla ondan, 3884,88 manat ödənilməmiş hissə, 869,92 manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 635,4 manat olan İmei kodu **********10186 olan “X4 11 PRO 5G” markalı telefon üçün ümumilikdə 732,7 manat olmaqla, ondan 564,7 manat ödənilməmiş hissə, 168 manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 847,5 manat, İmei kodu **********79384 olan “X4 11S” markalı telefon üçün ümumilikdə 363,5 manat olmaqla, ondan 279,5 manat ödənilməmiş hissə, 84 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 638,7 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2022-ci il tarixli, 02732273 nömrəli müqavilənin ləğv edilməsi, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “X5 50CC” markalı əşya üçün 3884,88 manat ödənilməmiş hissə, 869,92 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********10186 olan “X4 11 PRO 5G” markalı telefon üçün 564,7 manat ödənilməmiş hissə, 168 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********79384 olan “X4 11S” markalı telefon üçün 279,5 manat ödənilməmiş hissə, 84 manat dəbbə borcu, ümumilikdə 5851 manat borc, 78,51 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, kürəkəni “Kontakt Home”dən motosiklet götürməyini ondan xahiş etmişdir. Belə ki, o, restoranlarda kuryer çatdırılma xidmətində işləyib ailəsini saxlamağı, həmçinin motosikletin kreditini də ödəməyi düşünürdü. Bu təkliflə razılaşdı və motosikleti aldılar. Təxminən 1 ay sonra kürəkəni xəstələndi. O, Qarabağ müharibəsi iştirakçısıdır. Əlilliyi olduğu üçün xəstəxanalarda müalicə almağa başladı. Bu səbəbdən də, krediti ödəməyə imkanı olmadı. Motosiklet onun adına götürülsə də, işlədən kürəkəni idi. Kürəkəni hazırkı günə qədər işləmir. Onlar “Kontakt Home”nin baş ofisinə də yaxınlaşmışlar və vəziyyəti izah etmişlət. Hətta motosikleti qaytarmaq istəmişlər. Belə ki, motosikletin qiyməti 4000 manata yaxın idi, lakin onlar 1200 manat hesabladılar. 1200 manat kredit məbləğindən çıxılacaq, qalan məbləği isə kredit şəklində yenidən ödəməli idilər. Motosikleti qaytarsaydılar, hər ay müəyyən məbləğdə kredit ödəməli idilər. Bu şəkildə fikirləşdikləri üçün qaytarmadılar. Əgər 3000 manat məbləğə qaytarılsaydı, bu zaman düşünmədən qaytarardılar və qalan məbləği bir şəkildə ödəyərdilər. Daha sonra kürəkəni işləyə bilmədi və yenidən xəstəxanalarda müalicə aldı. Bu səbəbdən də ödənişləri edə bilmədi. Onun isə sözügedən məbləği ödəməyə maddi imkanı yoxdur. O, 330 manat pensiya alır, banka ödənişləri var, həmçinin kirayə haqqı ödəyir. Bu səbəbdən bank məhkəməyə müraciət etdi. Bankın əməkdaşlarına kürəkəninin əlilliklə bağlı məsələsi həll edildikdən sonra borcu ya tam şəkildə ödəyəcəklərini, ya da hissə-hissə ödəniş edə biləcəklərini bildirdilər. Əsas məbləğlərlə razıdır, lakin cərimə məbləğlərini qəbul etmir. İmkanı olsa idi, əsas borc məbləği ilə bağlı ödənişləri edərdi. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02761413 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********79384 olan “X4 11S” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 847,49 manat pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 40 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
7. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02742008 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********10186 olan “X4 11 PRO 5G” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 635,49 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 35,30 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
8. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02732273 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC “X5 50CC” markalı əşyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 3884,88 manat pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 161,87 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
9. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 24 yanvar 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 279,50 manat ödənilməmiş hissə, 84 manat dəbbə pulu, ümumilikdə 363,50 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 564,70 manat ödənilməmiş hissə, 168 manat dəbbə pulu, ümumilikdə 732,70 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 3884,88 manat ödənilməmiş hissə, 869,92 manat dəbbə pulu olmaqla, ümumilikdə 4754,80 manat, cəmi 5851 manat ödənilməmiş borcu vardır.
10. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyaları cavabdehə vermiş, lakin cavabdeh müqavilələr əsasında müəyyənləşdirilmiş borc məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə Cavabdeh iddiaçı "xxxx" MMC qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
13. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
14. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
15. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
16. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
17. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
18. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
19. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə tələb edilən 84 manat dəbbə pulu azaldılaraq 10 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə tələb edilən 168 manat dəbbə pulu azaldılaraq 40 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə tələb edilən 869,92 manat dəbbə pulu azaldılaraq 100 manat məbləğində dəbbə pulu müəyyən edilməlidir.
20. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 02732273 nömrəli müqavilə ləğv edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 02732273 nömrəli müqavilə üzrə 3884,88 (üç min səkkiz yüz səksən dörd manat, səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, cəmi 3984,88 (üç min doqquz yüz səksən dörd manat, səksən səkkiz qəpik) manat, xx.xx.2022-ci il tarixli, 02742008 nömrəli müqavilə üzrə 564,70 (beş yüz altmış dörd manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, cəmi 604,70 (altı yüz dörd manat, yetmiş qəpik) manat, xx.xx.2022-ci il tarixli, 02761413 nömrəli müqavilə üzrə 279,50 (iki yüz yetmiş doqquz manat, əlli qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, cəmi 289,50 (iki yüz səksən doqquz manat, əlli qəpik) manat, ümumilikdə 4879,08 (dörd min səkkiz yüz yetmiş doqquz manat, səkkiz qəpik) manat məbləğində pul və 78,51 (yetmiş səkkiz manat, əlli bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
21. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 02732273 nömrəli müqavilə ləğv edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 02732273 nömrəli müqavilə üzrə 3884,88 (üç min səkkiz yüz səksən dörd manat, səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, cəmi 3984,88 (üç min doqquz yüz səksən dörd manat, səksən səkkiz qəpik) manat, xx.xx.2022-ci il tarixli, 02742008 nömrəli müqavilə üzrə 564,70 (beş yüz altmış dörd manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, cəmi 604,70 (altı yüz dörd manat, yetmiş qəpik) manat, xx.xx.2022-ci il tarixli, 02761413 nömrəli müqavilə üzrə 279,50 (iki yüz yetmiş doqquz manat, əlli qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, cəmi 289,50 (iki yüz səksən doqquz manat, əlli qəpik) manat, ümumilikdə 4879,08 (dörd min səkkiz yüz yetmiş doqquz manat, səkkiz qəpik) manat məbləğində pul və 78,51 (yetmiş səkkiz manat, əlli bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva