Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1975/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********17289 olan Samsung Galaxy A22 markalı telefonı almış, nəticədə 490 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 655.44 manat olan İMEİ kodu **********17289 olan Samsung Galaxy A22 markalı telefon üçün 490 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Paket M və Qızıl Zəmanət ULtradan xx.xx.2021-ci il tarixində imtina etmiş, məhsul 155 manat qiymətləndirilərək borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 55.04 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 155 manat, cəmi ödədiyi məbləğ 210.04 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A10 markalı və İMEİ kodu **********17289 olan Samsung Galaxy A22 markalı telefon üçün 445.4 manat ödənilməmiş hissə, 44.6 manat cərimə, ümumillikdə 490 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işə baxılması üçün iddia icraatına keçirilmişdir. "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə 02 may 2023-cü il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********17289 olan Samsung Galaxy A22 markalı telefon üçün 570.41 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu, ümumillikdə, 570.41 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, onun qızıl zəmanəti ola-ola xəbərsiz onu qeyri-qanuni olaraq ləğv etmişlər. Onun bərpasını tələb etsə də bunun xeyri olmamış, bir Qarabağ müharibəsi qazisi kimi sözlərinə məhəl qoymamışlar. Telefonunu qaytarmış, pulu geri istədikdə isə onlar bundan imtina etmişlər. Ona görə etiraz ərizəsini nəzərə alaraq işə onun iştirakı ilə baxılmağını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, 155 manatdan 125 manat servisin pulu, 30 manat isə proqramlaşdırmanın pulu olmuşdur. Ümumi 655 manat məbləğdən 55 manat ödəniş olmuşdur. 30 manat proqramlaşdırmanın pulu silinmişdir. 155 manat imtina edilmiş kimi qeyd olunmuş, pul kimi əsas borcdan silinmişdir. Məhsul yararlı vəziyyətdə təhvil verilmişdir. Online çatdırılma olmuşdur. Cavabdeh bildirmişdir ki, proqramın pulu silinsin. Təmsil etdiyi qurumun əməkdaşı isə səhvən həm proqramın, həm də zəmanətin pulunu sildirmişdir. Telefon qaytarılmışdır. Servis bildirmişdir ki, cihazın ekranı sınmışdır. Telefon satışa yararlı olmadığı üçün dəyərləndirilə bilməmişdir. Təklif irəli sürülmüşdür ki, telefon nasazlıqları aradan qaldırılsın. Müştəri isə telefonu qəbul etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, telefon tam yararlı vəziyyətdə olmuşdur. İstifadə etmişdir. Proqram açılmamışdır. Telefonu işlək vəziyyətə salmışdır. Ərizəyə imza etmiş və çatdıran adama demişdir ki, proqramı ləğv etsinlər. Birinci ayın ödənişini etmişdir. Demişdir ki, bütün məbləği ödəyəcəkdir. Lakin 30 manatı ödəməyəcəkdir. Qızıl zəmanətin ləğv olunmasından xəbəri yoxdur. İkinci dəfə ödəməyə getdikdə bildirilmişdir ki, borcu yoxdur. Qızıl zəmanət ləğv olunmuşdur. Qızıl zəmanətin bərpa olunmasını istəmişdir. Onlar isə bildirmişdir ki, telefonun diaqnostikaya gedəcəyi şərti ilə bərpa oluna bilər. Telefonu qaytarmışdır. Telefonun üz şüşəsi çartlamışdır. İddia tələbini heç bir halda qəbul etmir. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ilin ödəniş 0 manat olmaqla qalan məbləği 12 ay müddətində, hər ay 54.62 manat ödəmək şərti ilə aldığı, alqı-satqı qiyməti 655.44 manat təşkil edən İMEİ kodu **********17289 olan Samsung Galaxy A22 markalı telefon üçün 55.04(məhsul qaytarıldıqdan sonra qoyulan qiymət)=210.04 manat ödəniş etmiş, 445.4 manat ödənilməmiş hissə, 44.6 manat cərimə olmaqla, ümumillikdə 490 manat məbləğində borcu yaranmışdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********17289 olan Samsung Galaxy A22 markalı telefon almış, həmin tarixli bildirişəşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli müqavilədə nəzərdə tutulmuş İMEİ kodu **********17289 olan Samsung Galaxy A22 markalı telefonı tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 12 ay müddətində hər ay 54.62 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilənin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, Cavabdeh üçüncü dərəcəli əlillik diaqnozu qoyulmuşdur. Əlilliyin səbəbi isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitsuya quruluşunun müdafiəsi ilə əlaqədardır. Diaqnoz isə başın dəqiqləşdirilməmiş travmaların nəticələri, üzvi mənşəli şəxsiyyət pozuntusu, vegetativ tez-tez təkrarlanan paroksizimlər (ayda 6-7 dəfə), dəqiqləşdirilməmiş ensefalopatiya qoyulmuşdur. Ambulator kitabçadan çıxarışdan görünür ki, X3 çoxlu sayda dərman qəbul etdiyindən komotoz vəziyyətinə düşmüş və kontakda girmir. İnformatika və Statistika İdarəsinin 027/U nömrəli ambulator,stasionar xəstənin tibbi kartasından görünür ki, Cavabdeh sağ əlin arxa səthinin kəsilmiş yarası diaqnozu qoyulmuşdur. Məhkəmə araşdırması zamanı iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 655.44 manat dəyərində Samsung Galaxy A22 markalı telefon nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. "xxxx" MMC xx.xx.2023-cü ildə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaradan xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə görə borcluya 655.44 manat dəyərində məişət məhsulu nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. 490 manat qalıq borcu tələb etmiş, sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İMEİ kodu **********17289 olan Samsung Galaxy A22 markalı telefon üçün ümumillikdə 570.41 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Cavabdeh isə məişət məhsulunu "xxxx" MMC-yə təhvil verməsini inkar etməyərək, iddiaçının qızıl zəmanətin şərtlərinə əməl etməməsi, ona müqavilə ilə nəzərdə tutulmuş proqramın yazılmadığını, qızıl zəmanətin əməkdaşları tərəfindən silindiyini, ona məlumat verildikdən sonra dəfələrlə iddiaçıya müraciət edilməsinə baxmayaraq, qızıl zəmanətin bərpa edilmədiyini, bir ayın ödənişi olaraq (əlli beş manatın) ödədiyini, öhdəliyinin yerinə yetirilməsindən imtina etmədiyini, lakin iddiaçı yenidən diaqnostika edilməsi üçün telefonun qoruyucu şüşəsinin bərpası üçün ondan pul tələb etdiyini, onun isə buna maddi imkanın olmaması barədə etiraz etmiş, məhkəmədən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfindən verilmiş etirazın dəlillərini, işin araşdılan hallarına əsasən tədqiq edərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddia tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında təmsil etdiyi qrumun əməkdaşı tərəfindən səhvən həm proqramın, həm də zəmanətin pulunu silinməsini etiraf etmiş, hazırda cavabdeh tərəfindən telefonun qaytarıldığını bildirmişdir. Məhkəmə yuxarıda qeyd olunanları qiymətləndirərək bu qənaətə gəlir ki, iddia tələbinin əsası sübuta yetirilməmiş, tərəflər arasında olan öhdəlik münasibətlərinin şərtlərinə iddiaçı tərəfindən əməl edilməmiş, işin araşdırılan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmayaraq, cavabdeh tərəfindən verilmiş etirazın dəlilləri əsaslı hesab edilmişdir. İddia tələbinin hüquqi əsasının olmamasına dəalət edən hallardan biri də tərəflər arasında bağlanılmış qızıl zəmanətin şərtlərinin pozulması iddiaçı tərəfindən olmasına baxmayaraq, qızıl zəmanətin bərpası və ya digəri ilə əvəz olunmasına dair heç bir şərt irəli sürmədən müqavilədə nəzərədə tutulmuş tələblərdən çıxış etməyərək iddia tələbi ilə məhkəməyə müraciət olunmuş, iddiaçı tərəfin təqsiri nəticəsində olan (qızıl zəmanətin bərpası) hal ilə bağlı əlavə məbləğ hesablanaraq tələb irəli sürülmüşdür. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında AR Qanununun” 7.1-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanununun 10.6-cı maddəsinə əsasən istehlakçı malın (işin, xidmətin nəticələrinin) istifadəsi, daşınması və saxlanılması qaydalarına düzgün əməl etdikdə, lakin həmin mal (iş, xidmət) onun həyatına, sağlamlığına, əmlakına və ya ətraf mühitə zərər vurduqda və ya zərər vura bilərsə, istehsalçı (icraçı, satıcı) onun istehsalını (satışını) zərər vura bilən səbəblər aradan qaldırılanadək dayandırmalı, zəruri hallarda isə onun dövriyyədən çıxarılması və istehlakçıdan geri qaytarılması üçün tədbirlər görməlidir. Zərərin səbəblərini aradan qaldırmaq mümkün deyildirsə, istehsalçı (icraçı) belə malları (işləri, xidmətləri) istehsaldan çıxarmaqla, dövriyyədən yığmağa və istehlakçıdan geri almağa borcludur. İstehsalçı (icraçı) bu vəzifələrini yerinə yetirmədikdə malları (işləri, xidmətləri) istehsaldan çıxarmaq, dövriyyədən yığmaq və istehlakçılardan geri almaq haqqında qərarı müvafiq dövlət nəzarət orqanları öz səlahiyyətləri çərçivəsində qəbul etməlidirlər. Bu hərəkət nəticəsində ərzaq xammalı və məhsulları qidalanma üçün yararsız sayılarsa, onlar məhv və ya təkrar emal edilməlidirlər. Malların (işlərin, xidmətlərin) geri qaytarılması ilə əlaqə dar istehlakçıya dəyən zərəri istehsalçı (icraçı) tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd olunan işin faktiki və prosessual hallarına əsaslanaraq hesab edir ki, məhkəmə iclasında iddiaçı "xxxx" MMC iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün "xxxx" MMC tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-1975/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1975/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver