Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1992/2022 22.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və İddiaçı2 nümayəndəsi İddiaçı1 və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, İddiaçılar İddiaçı4 və İddiaçı3, Üçüncü şəxs və üçüncü şəxslər X6 və X20 nümayəndəsi X9 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Sumqayıt “Asan Sumqayıt” Xidmət Mərkəzində Notariat Kontoruna və üçüncü şəxslər X10, X26, X15, X11 və X7 qarşı tam payda qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 cavabdeh X27 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 79 ünvanında yerləşən 239 saylı mənzilə dair onun adına qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, X6, X20, X9, X8 və X4 üçüncü şəxs qismində işə cəlb olunmasını və Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə, 79 ünvanında yerləşən 239 saylı mənzilə dair İddiaçı1 tam payda qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, övladları İddiaçı2, İddiaçı4 və İddiaçı3 iş üzrə birgə iddiaçı qismində prosesə cəlb edilməsini və miras əmlaka, yəni Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə, 79 ünvanında yerləşən 239 saylı mənzilə dair yalnız onun və övladlarının adına bərabər payda vərəsəlik hüququna dair şəhadətnamə vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, 1995-ci ildə X28 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 3 övladı vardır: xx.xx.1997-ci il təvəllüdlü X12, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı4 və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2. Qayınatası - X16 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı, X28 isə xx.xx.2012ci il tarixdə vəfat etmişdir. Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 79 ünvanında yerləşən 239 saylı mənzil qayınatası – X5 adına olmuşdur. Həmin ünvanda qayınatası, həyat yoldaşı, o və övladları yaşamışdır. Qayınatası və həyat yoldaşının vəfatından sonra evi faktiki qəbul edərək övladları ilə yaşamağa davam etmişdir. Həyat yoldaşının ili çıxdıqdan sonra - 2013-cü il tarixdə həmin evi sökdürərək yoldaşından ona miras qalan Bakı şəhərində yerləşən 3 otaqlı evin satışından əldə olunmuş pul ilə iki mərtəbəli ev tikmişdir. Qayınatasının sağlığında vəsiyyətnamə qoymamış, lakin həmişə evi Rəfailə verəcəyini bildirmişdir. Onlardan başqa həmin ünvanda heç kim yaşamamışdır. Qeyd etdiyi kimi həmin mirası faktiki olaraq qəbul etmişdir. xx.xx.2020-ci il tarixdə Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmiş və qanun üzrə vərəsəlik hüququna dair vərəsəlik işi açılmışdır. Ondan başqa qaynı – X34, qaynı – X21, baldızı – X29, qayınatasının ikinci həyat yoldaşı – X22, oğlu – İddiaçı2, qızı – İddiaçı4, qızı – X12, baldızı (ikinci həyat yoldaşı ilə rəsmi nikahlarından dünyaya gəlib) – X17. Qeyd olunan şəxslərdən həmin ünvanda İddiaçı3, X21, İddiaçı4, X34, X29 və İddiaçı2 qeydiyyatdadırlar. Bildirmək istəyir ki, həmin ünvanda o və övladları yaşayır, digərlərinin qeydiyyatı formal xarakter daşıyır. Onlar mirası faktiki qəbul etməyiblər. Mirasın rəsmi qəbulu üçün isə 8 il sonra müraciət ediblər. Bundan əlavə nəzərə almaq lazımdır ki, mərhum həyat yoldaşı mirası faktiki qəbul etdikdən sonra vəfat etdiyi üçün onun istəyinə uyğun olaraq, yoldaşının vəfatından sonra o, Bakı şəhərində olan mənzillərini sataraq miras əmlakı yenidən qurmuş, əsaslı təmir-tikinti işləri aparmışdır. Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin 24 iyun 2021-ci il tarixli 1779 nömrəli məktubunda aşağıdakılar qeyd olunmuşdur: “Sizin Sumqayıt “Asan Xidmət” mərkəzi notariat ofisinə ünvanladığınız xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) və 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.” Odur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etmiş hər bir vərəsənin bərabər pay hüququları vardır. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən “Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.” Halbuki, yuxarıda da qeyd olunduğu kimi, miras əmlak yalnız onun mərhum əri tərəfindən qəbul olunubdur. Digər vərəsələr mirası nə faktiki, nə də hüquqi qəbul etməyiblər. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, yoldaşı 10 ildir ki, rəhmətə gedib, baldızı İradəni də sonuncu dəfə yasda görmüşdür. Bu ev yenidən tikilib. Bakıdakı evi sataraq mübahisəli mənzili təmir etdirmişdir. Üçüncü şəxslərin hazırda üç mərtəbəli evləri var. Qeyd edir ki, o, 28 ildir ki, bu evdə gəlindir. Üçüncü şəxslərin hər birinin payı verilib. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, İddiaçı1 X28 ilə 1995-ci ildə ailə həyatı qurmuşdur və onların 3 övladları var. Mübahisəli mənzil iddiaçının qaynatası Feyzulla Həsənova məxsus olmuşdur və o, 6 sentyabr 2012-ci il tarixdə vəfat etmişdir. Sözügedən ev İddiaçı1 həyat yoldaşı olan X18 qalmışdır, yəni miras əmlakı faktiki olaraq mərhumun oğlu Rəfail Həsənov qəbul etmişdir. Lakin onun miras əmlakı öz adına keçirməyə fürsəti olmamışdır. Rəfail Həsənov da 27 oktyabr 2012-ci ildə dünyasını dəyişmişdir. Qeyd edir ki, hazırda mənzil həmin miras kimi qalan mənzil deyil. Belə ki, Rəfail Həsənov və yoldaşı İddiaçı1 evi əsaslı surətdə, köklü şəkildə dəyişmişdirlər. Bütün kommunal xərclər də iddiaçı tərəfindən ödənilmişdir. Bu hal evə aid sənədlərə və evin hazırki vəziyyətinə baxılanda aydın olur. Göründüyü kimi, Rəfail Həsənovun o evdə yaşamağı və kommunal xərcləri ödəməyi mirası faktiki olaraq qəbul etməyi demək idi. Digər şəxslər vaxtında miras əmlakı faktiki qəbul etməmişdirlər və buna görə də onların mirasa heç bir hüququ qalmamışdır. Halbuki mirasın faktiki və hüquqi cəhətdən qəbul edilməsi üçün kifayət qədər vaxt olmuşdur. Əlavə olaraq bildirir ki, atanın ölümündən sonra mübahisəli mənzildə R.Həsənovdan başqa mərhumun heç bir övladı yaşamamışdır. Tərəflər arasında inciklik olduğundan 10 il sonra üçüncü şəxslər notariusa müraciət ediblər. Belə olan halda notariusdan əsas narazılıq ondan ibarətdir ki, adətən belə işlərdə miras əmlakın qəbul edilmə müddəti ötürüldüyündən müraciət nəzərə alınmır və geri qaytarılır. Əlavə olaraq bildirir ki, iş üzrə üçüncü şəxslər barədə Notariat Ofisinə sorğu verərək məlumat almışdır və sorğudan görünür ki, qohumluğu olan hər kəsin müraciəti notarius tərəfindən qəbul edilmişdir. Qeyd edir ki, qarşı tərəf isə məsələ ilə əlaqədar 10 ildən sonra müraciət etmişdir. Düzdür, onlar da 7 ildən sonra müraciət etmişdir. Notarius müddətə görə imtina etsəydi, bununla bağlı məhkəməyə müraciət edərdi. Lakin notarius digər vərəsələri müəyyənləşdirməyi üstün tutmuşdur. Hesab edir ki, notarius burda qərəzli mövqe göstərmişdir. Onu da məhkəməninn nəzərə çatdırır ki, İddiaçı1 və onun övladları arasında mübahisə olmadığına görə iddia tələbini ilk öncə yalnız İddiaçı1 adından qaldırmışdır. Məlumdur ki, İddiaçı1 övladları da vərəsədirlər. Övladları notariusda analarının xeyrinə mənzildən imtina edəcəklər və mənzil iddiaçıya qalacaq. Lakin gələcəkdə qəbul ediləcək qətnamənin icra edilməsi mərhələsində anlaşılmazlıq olmaması və həmçinin digər vərəsələrin hüquqlarının pozulmaması üçün İddiaçı1 uşaqlarının da birgə iddiaçı qismində işə cəlb olunmasını zəruri hesab etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı4 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Anadan olandan mübahisəli evdə yaşayır. Bildirir ki, atası 2012-ci ildə dünyasını dəyişmişdir və o vaxtdan sonra da onlar həmin evdə yaşamağa davam etmişlər, digər şəxslər o evdə yaşamamışdırlar. Qeyd edir ki, atası rəhmətə getməzdən əvvəl də orada digər şəxslər yaşamamışdır. Məhkəmə iclasında İddiaçı3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs və üçüncü şəxslər X6 və X20 nümayəndəsi X29 izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Qeyd edir ki, atası sentyabr, qardaşı isə oktyabr ayında dünyasını dəyişmişdir. Miras əmlakı qəbul etmək üçün qardaşının vaxtı olmamışdır. İki il öncə Asan Xidmətdən ona zəng gəlmiş və ona vəsiqəsi ilə birlikdə Asan Xidmətə yaxınlaşması bildirilmişdir. Orada miras əmlakın Aygünə qalacağını bildirmişdirlər. Bu düzgün deyil. Çünki atasının tək vərəsəsi Aygün deyil. Onun beş vərəsəsi var. İş üzrə bütün sənədlər təqdim olundu, hətta ekspert də təyin olundu. Ekspert qapıya gələndə Aygün tərəfindən qovuldu. İddia qaldırıb şəhadətnamə verilməsini tələb edir. Əgər elədirsə şəhadətnamənin 4 nəfər arasında bölünməsinə razılıq verərdi. Mübahisəli mənzil ata ocaqlarıdır, satılmasına heç vaxt razı olmayacaqlar. Qeyd edir ki, atası dünyasını dəyişəndən sonra notariusa müraciət etməmişdirlər. Əvvəl anası, daha sonra atası, qardaşı və bacısı dünyasını dəyişmişdir. Atası dünyasını dəyişəndə o evdə üç qardaş yaşamışdır. Atası ölən vaxt ortancıl qardaşı X34 da orada yaşamışdır. Həsənov Babanın yoldaşı və iki oğlu var. Onlar bir neçə ailə bir evdə yaşayıblar. Qeyd edir ki, B.Həsənov və ailəsi atasının ölümündən əvvəl ora köçmüşdürlər. Atasının ölümündən sonra isə 3 il birlikdə yaşamışlar. Əlavə olaraq bildirir ki, məhkəməyə təqdim olunan şəkillərlə tanış olmuş, lakin hesab edir ki, həmin şəkillər mübahisəli evə aid deyil. Mübahisəli ev iki mərtəbəli ev olub, təqdim olunmuş şəkillər onların evinin şəkilləri deyil. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) iş üzrə cavabdeh Sumqayıt “Asan Sumqayıt” Xidmət Mərkəzində Notariat Kontorunun nümayəndəsi və üçüncü şəxslər X22 və X17 məhkəmə iclasına gəlməmiş, lakin cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxslər isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan AZ İ 577238 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2012-ci ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1464 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ İ 585186 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2012-ci ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1705 nömrə ilə qeyd edilmişdir. İşdə olan 05Q-4556/69 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X28 xx.xx.1971-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası İddiaçı4 Hacıağa qızıdır. İşdə olan JQ 376105 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə İddiaçı1 xx.xx.1994-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdurlar. İşdə olan xx.xx.2019-cu il tarixli, **********100 nömrəli ərizədən görünür ki, İddiaçı1 xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakı qəbul edir və miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən məhəllə 79, ev 239 fərdi yaşayış evindən ibarətdir. Ondan başqa vərəsəsi yoxdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********44 nömrəli ərizədən görünür ki, İddiaçı2 xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakı qəbul edir və miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, ünvanında yerləşən məhəllə 79, ev 239 fərdi yaşayış evindən ibarətdir. Ondan başqa aşağıdakı vərəsələr var: İddiaçı4 İddiaçı1. İşdə olan AZ İ 497432 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.2003-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. X3, anası X19r. İşdə olan xx.xx.2019-cu il tarixli, **********746 nömrəli ərizədən görünür ki, xx.xx.2003-cü ildə doğulmuş İddiaçı1 oğlu İddiaçı2 vərəsəlik işinin qəbulu ərizəsini imzalamağa etiraz etmir. İşdə olan xx.xx.2019-cu il tarixli, **********745 nömrəli ərizədən görünür ki, İddiaçı4 xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakı qəbul edir və miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən məhəllə 79, ev 239 fərdi yaşayış evindən ibarətdir. Ondan başqa aşağıdakı vərəsələr var: İddiaçı1 və İddiaçı2. İş materiallarında olan AZ İ 381572 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı4 xx.xx.2000-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X3, anası X19r. İşdə olan xx.xx.2020-ci il tarixli, **********062 nömrəli ərizədən görünür ki, X12 xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakı qəbul edir və miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, ünvanında yerləşən məhəllə 79, ev 239 fərdi yaşayış evindən ibarətdir. Ondan başqa aşağıdakı vərəsələr var: Rzayeva X24 Fəridə Rəfail qızı, İddiaçı2 İşdə olan AZ İİ 902403 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.1997-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X3, anası X19r. İşdə olan AZ İİ 369200 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X38 ilə İddiaçı3 xx.xx.2019-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdurlar. Nikahdan sonra arvada Məmmədli soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********766 nömrəli ərizədən görünür ki, X22 xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakı qəbul edir və miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən məhəllə 79, ev 239 fərdi yaşayış evindən ibarətdir. Ondan başqa aşağıdakı vərəsələr var: İddiaçı4, İddiaçı1, İddiaçı2. İşdə olan Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2001-ci il tarilxi kitabın 386 səhifəsindən edilmiş çıxarışdan görünür ki, X16 ilə X22 rəsmi nikaha daxil olmuşdurlar. İşdə olan xx.xx.2019-cu il tarixli, **********904 nömrəli ərizədən görünür ki, X17 xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakı qəbul edir və miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, ünvanında yerləşən məhəllə 79, ev 239 fərdi yaşayış evindən ibarətdir. Ondan başqa aşağıdakı vərəsələr var: İddiaçı1, İddiaçı4, İddiaçı2 və X23. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2001-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası X13r. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********107 nömrəli ərizədən görünür ki, X34 xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakı qəbul edir və miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən məhəllə 79, ev 239 fərdi yaşayış evindən ibarətdir. Ondan başqa aşağıdakı vərəsələr var: X21, X34 və X29. İşdə olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X34 xx.xx.1966-cı ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası İddiaçı4 Hacıağa qızıdır. İşdə olan xx.xx.2020-ci il tarixli, **********108 nömrəli ərizədən görünür ki, X21 xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakı qəbul edir və miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, ünvanında yerləşən məhəllə 79, ev 239 fərdi yaşayış evindən ibarətdir. Ondan başqa aşağıdakı vərəsələr var: X21, X34 və X29. İşdə olan AZ 744476 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1964-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası İddiaçı4 Hacıağa qızıdır. İşdə olan xx.xx.2020-ci il tarixli, **********109 nömrəli ərizədən görünür ki, X29 xx.xx.2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakı qəbul edir və miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən məhəllə 79, ev 239 fərdi yaşayış evindən ibarətdir. Ondan başqa aşağıdakı vərəsələr var: X21, X34 və X29. İşdə olan 301677 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X35 ilə X30 xx.xx.1989-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdurlar. Nikahdan sonra arvada Sadıxova soyadı verilmişdir. İşdə olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.1968-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası İddiaçı4 Hacıağa qızıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, İddiaçı2, İddiaçı4, İddiaçı3, X21, X34, X29 və digərləri Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79-cu məhəllə, ev 239 saylı mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 20 may 2020-ci il tarixli, ********* nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79 ünvanında yerləşən 239 saylı fərdi yaşayış evi Sumqayıt şəhər İcraiyyə Komitəsinin 11 nömrəli xx.xx.1967-ci il tarixli qərarı əsasında mərhum X5 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. İşdə olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79 ünvanında yerləşən 239 saylı fərdi yaşayış evi X5 adına qeydiyyata alınmışdır. İşdə olan Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat Ofisinin 24 iyun 2021-ci il tarixli 1779 nömrəli məktubundan görünür ki, İddiaçı1 cavab olaraq bildirilmişdir: “Sizin Sumqayıt “Asan Xidmət” mərkəzi notariat ofisinə ünvanladığınız xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) və 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.” Odur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etmiş hər bir vərəsənin bərabər pay hüququları vardır. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən “Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.” Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarının 8-ci bəndinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən mövqeyini nəzərə alaraq məhkəmə hazırki işi icraatına qəbul edərək mülki məhkəmə icraatı qaydasında müvafiq qətnamə qəbul etmişdir. Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79 ünvanında yerləşən 239 saylı fərdi yaşayış evi Sumqayıt şəhər İcraiyyə Komitəsinin 11 nömrəli xx.xx.1967-ci il tarixli qərarı əsasında mərhum X5 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. X25 Həsənov və onun ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. F.Həsənov 06 sentyabr 2012-ci ildə vəfat etmişdir. Həmin vaxt oğlu R.Həsənov və ailəsi onunla birlikdə yaşamışdır. Rəfail Həsənov isə 27 oktyabr 2012-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra da evdə iddiaçılar İddiaçı1 və onun övladları yaşamağa davam etmişlər. Hazırda iddiaçılar mübahisəli mənzilə dair yalnız onların adına bərabər payda vərəsəlik hüququna dair şəhadətnamə vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə qeyd edir ki, Feyzulla Həsənov 06 sentyabr 2012-ci il tarixdə öldükdən sonra miras əmlakı oğlu, yəni İddiaçı1 əri X28 qəbul etmişdir. Belə ki, Feyzulla Həsənovun vərəsələrindən yalnız Rəfail Həsənov və ailəsi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79 ünvanında yerləşən 239 saylı fərdi yaşayış evində yaşamaqla həmin miras əmlakı faktiki olaraq qəbul etmişdir. Məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79 ünvanında yerləşən 239 saylı fərdi yaşayış evi 06 sentyabr 2012-ci il tarixdən Rəfail Həsənovun mülkiyyəti hesab olunmuşdur. Rəfail Həsənov 27 oktyabr 2012-ci ildə öldükdən sonra isə həyat yoldaşı İddiaçı1 və uşaqları İddiaçı2, İddiaçı4 və İddiaçı3 mübahisəli evi miras əmlak kimi faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanılması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aid etmək olar. Məhkəmə hesab edir ki, iddiaçılar miras əmlakın qəbul edilməsinə dair üzərlərinə düşən sübut etmə öhdəliyini yerinə yetirmişdir. Belə ki, İddiaçı1 məhkəmə iclasında mübahisəli evin yeni vəziyyəti ilə bağlı şəkillər təqdim edərək izahatında bildirmişdir ki, qaynatasının və ərinin ölümündən sonra sözügedən evi şəxsi əmlakı kimi istifadə etmiş, evi təmir etməklə və köməkçi tikililər əlavə etməklə fərdi yaşayış evinə sahiblik etmiş, onu idarə etmişdir. Məhkəmə onu da qeyd edir ki, üçüncü şəxs İradə Sadıxova mənzillərə dair təqdim edilmiş şəkillərin mübahisəli evə aid olmadığını bildirsə də, onun bu dəlilləri xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə təkzib olunmuşdur. Belə ki, məhkəmə işin tam və hərtərəli araşdırılması üçün mübahisəli mənzilin texniki pasportundakı göstəriciləri ilə hazırki vəziyyəti arasındakı fərqi əks etdirən müvafiq mütəxəssis rəyinin təqdim edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu ünvanlamışdir. Həmin sorğu əsasında verilmiş mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79-cu məhəllə İddiaçı1 istifadəsində olan (mərhum Feyzulla Həsənov) fərdi yaşayış evinə texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, fərdi yaşayış evi 2 mərtəbəlidir, ümumi sahəsi 206.3 kv.metrdir. Fərdi yaşayış evinin 2 mərtəbə üzrə ümumi sahəsi 136.4 kv.metr hissəsi köhnə tikilidir, 69.9 kv.metr hissə isə yeni, sonradan inşa edilmişdir. Digər sahə açıq eyvan sahəsi 3.6 kv.metr yeni tikilidir. Həyətyanı sahədə 2 ədəd tikinti altı sahəsi 10.9 kv.m və 45.9 kv.m köməkçi tikililər mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş kommunal ödənişlərə dair çoxsaylı qəbzlərdən də görünür ki, miras qoyan şəxslərin ölümündən sonra müxtəlif illərdə yaşayış evindən istifadə ilə bağlı kommunal ödənişlər iddiaçı tərəfindən ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 və övladları Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 79 ünvanında yerləşən 239 saylı fərdi yaşayış evini yenidənqurma və təmir etməklə həmin əmlakı miras kimi qəbul etmiş və mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Məhkəmə onu da qeyd edir ki, üçüncü şəxslər ataları X5 xx.xx.2012-ci ildə, qardaşları X14 isə xx.xx.2012-ci ildə öldüyündən xəbərdar olmuş, onlardan X21, X34, X29 miras qoyanların ölümündən 8 il sonra, X22 və X17 isə 7 il sonra miras əmlakın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etmişdir. Eyni zamanda üçüncü şəxslər miras əmlakı faktiki olaraq qəbul etməmiş, yəni əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamışdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Üçüncü şəxslər isə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməməklə həmin hüququnu itirmiş, eləcə də onlar tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirmələrinin səbəbinin üzrlü olması halı iş materialları ilə təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, üçüncü şəxs İradə Sadıxova qardaşı - üçüncü şəxs Baba Həsənovun atasının ölümündən sonra mübahisəli evdə 3 il yaşadığını bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 79 ünvanında yerləşən 239 saylı fərdi yaşayış evinə dair yalnız iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 adına bərabər payda vərəsəlik hüququna dair şəhadətnamə vermək vəzifəsi cavabdeh Sumqayıt “Asan Sumqayıt” Xidmət Mərkəzində Notariat Kontorunun üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün çəkdiyi xərclər onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 79 ünvanında yerləşən 239 saylı fərdi yaşayış evinə dair yalnız iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 adına bərabər payda vərəsəlik hüququna dair şəhadətnamə vermək vəzifəsi cavabdeh Sumqayıt “Asan Sumqayıt” Xidmət Mərkəzində Notariat Kontorunun üzərinə qoyulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-1992/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1992/2022
22.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver