Məhkəmə qərarları › İş №e-2(060)-200/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-200/2023

10.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-200/2023 10.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional Cavabdehnə qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası Maraqlı şəxs miras qalmış Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 32A/29 saylı evin 4 saylı mənzilinə dair mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzürlü sayılaraq müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, anası Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Anasının ölümündən sonra Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 32A/29 saylı evin 4 saylı mənzili miras əmlak qalmışdır. O, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün 1 saylı Sumqayıt Regional Cavabdehnə müraciət etmiş, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bitdiyi əsas gətirilərək şəhadətnaməsinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. O, anasının yas mərasimlərində iştirak etmiş, lakin hüquqi savadı olmadığıma görə mirasın qəbul etmə müddətinin miras qoyanın ölümündən sonra 6 ay müddət ərzində olduğunu bilməmişdir. Zənn etmişdir ki, anasından qalmış mirası istənilən vaxt vərəsəlik qaydasında qəbul edə bilər. Bu müddətin ötürülməsi səbəbi anasının ölümündən sonra təsirlənməyi və bir müddət özünə gələ bilmədiyindən və savadsızlığından irəli gəlmişdir. Buna görə də bu müddətin üzürlü sayılması və uzadılması üçün məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatında göstərdi ki, sözügedən mənzildə anası ilə bacısı yaşamışdırlar. 13 il əvvəl Gülbibi yoldaşı ilə həmin mənzildən çıxaraq kirayədə yaşamışlar. Anası vəfat etməmişdən 1-2 həftə əvvəl Sevinc həmin mənzilə gələrək anasına qulluq etmişdir. Daha sonra Sevinc qonşuların iştirakı ilə akt tərtib etdirərək guya orada yaşamasını sübut etdirmək istəmişdir. Həmin aktı məhəllə komitəsində möhürlətmişdir. O, həmin evdə yaşamamış, lakin ora gəlib-getmişdir. Həmçinin qeyd etdi ki, anasına köməklik etmiş, anasını ona məxsus bağ evində də saxlamışdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi onun göstərdiklərini müdafiə edərək iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Cavabdeh qeydiyyat şöbəsinin verdiyi xx.xx.2022-ci il tarixli AZ-İİ seriyalı, 267998 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 32A/29 saylı evin 4 saylı mənzilinin (Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 18, M2, m2) mülkiyyətçisi Maraqlı şəxsdır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. İşin araşdırılan hallarından müəyyən olunur ki, Maraqlı şəxs öldükdən sonra onun vərəsəsi İddiaçı miras əmlakı qəbul edərək faktiki sahiblik etsə də, üzrlü səbəbdən vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməmişdir. Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsinə görə dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mərhum Maraqlı şəxs miras qalmış Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 32A/29 saylı evin 4 saylı mənzili İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Mərhum Maraqlı şəxs miras qalmış Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 32A/29 saylı evin 4 saylı mənzili İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar