Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2154/2022 08.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********50657 olan Samsung Galaxy S10 markalı telefon üçün 1155 (min yüz əlli beş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu, 10.11.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********93305 olan XİAOMİ REDMİ 9 markalı telefon üçün 76.2 (yetmiş altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu, 15.09.2020-ci il tarixli müqaviləyə əsasən, LG musiqi mərkəzi üçün 749.8 (yeddi yüz qırx doqquz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat miqdarında cərimə borcu olmaqla, ümumilikdə, 1981 manat borc və 39.81 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 03.02.2020ci il, 10.11.2020-ci il və 15.09.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********50657 Samsung Galaxy S10 markalı telefon, İMEİ Kodu **********93305 XİAOMİ REDMİ 9 markalı telefon, LG musiqi mərkəzi almış və nəticədə 1981 (min doqquz yüz səksən bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2311.2 (iki min üç yüz on bir manat, iyirmi qəpik) manat (18 ay x 128.4 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********50657 Samsung Galaxy S10 markalı telefon üçün ümumilikdə, 1155 (min yüz əlli beş) manat olmaqla ondan, 1155 (min yüz əlli beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə borcu yaranmışdır. 10.11.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 454.8 (dörd yüz əlli dörd manat, səksən qəpik) manat (12 ay x 37.9 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********93305 XİAOMİ REDMİ 9 markalı telefon üçün ümumilikdə, 76.2 (yetmiş altı manat, iyirmi qəpik) manat olmaqla ondan, 76.2 (yetmiş altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə borcu yaranmışdır. 15.09.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 900 (doqquz yüz) manat (18 ay x 50 manat + 0 manat ilkin ödəniş) LG musiqi mərkəzi üçün ümumilikdə, 749.8 (yeddi yüz qırx doqquz manat, səksən qəpik) manat olmaqla ondan, 749.8 (yeddi yüz qırx doqquz manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1685 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə istinadən mübahisəyə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddia tələbi barədə bildiriş göndərilmiş, lakin qanunla nəzərdə tutulmuş müddətdə iddia ilə bağlı etiraz daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan alqı-satqı müqavilələrindən görünür ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 03.02.2020-ci il, 10.11.2020-ci il və 15.09.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********50657 Samsung Galaxy S10 markalı telefon, İMEİ Kodu **********93305 XİAOMİ REDMİ 9 markalı telefon, LG musiqi mərkəzi almış və nəticədə 1981 (min doqquz yüz səksən bir) manat borc yaranmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə İMEİ Kodu **********50657 Samsung Galaxy S10 markalı telefon, İMEİ Kodu **********93305 XİAOMİ REDMİ 9 markalı telefon və LG musiqi mərkəzi üçün 1981 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh hər ay ödəniş cədvəlinə uyğun olaraq pul ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 39.81 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 03.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********50657 olan Samsung Galaxy S10 markalı telefon üçün 1155 manat, 10.11.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********93305 olan XİAOMİ REDMİ 9 markalı telefon üçün 76.2 manat, 15.09.2020-ci il tarixli müqaviləyə əsasən, LG musiqi mərkəzi üçün 749.8 manat olmaqla, ümumilikdə 1981 manat borc və 39.81 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2020.81 manat iddiaçı "xxxx" MMCnin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 03.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********50657 olan Samsung Galaxy S10 markalı telefon üçün 1155 manat, 10.11.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********93305 olan XİAOMİ REDMİ 9 markalı telefon üçün 76.2 manat, 15.09.2020-ci il tarixli müqaviləyə əsasən, LG musiqi mərkəzi üçün 749.8 manat olmaqla, ümumilikdə 1981 manat borc və 39.81 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2020.81 manat iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №e-2(060)-2154/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2154/2022
08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver