Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2162/2023 03.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə , «X2», “LG” markalı paltaryuyan, «X2» , İmei Kodu **********73929 olan “Samsung GalaxyA40” markalı telefon, İmei Kodu **********80381 olan “Samsung Galaxy A40 markalı telefon” üçün ümumilikdə 3525 manat ödənilməmiş hissə və 55,25 manat dövlət rüsumu olmaqla, cəmi 4104,44 manat pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia təlbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1980-ci ildə, Goranboy rayonu, Məşədi Qaralar kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00890890 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə «X2» satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli, 01081177 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə “LG” markalı paltaryuyanı satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli, 00820491 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə «X2» satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli, 00884003 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə İmei Kodu **********73929 olan “Samsung GalaxyA40 markalı” telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli, 00989081 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə , İmei Kodu **********80381 olan “Samsung Galaxy A40” markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində, 270 manat ilkin ödəniş olmaqla, hər ay 55 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində, 11 manat ilkin ödəniş olmaqla, hər ay 66 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində, ilkin ödəniş 1 manat olmaqla, hər ay 46 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində, ilkin ödəniş 32 manat olmaqla, hər ay 51 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində, ilkin ödəniş 117 mnaat olmaqla, hər ay 38 manat iddiaçıya ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 1260 manat olan «X2» üçün hazırda ümumilikdə 874 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 386 manat təşkil edir. Cavabdehin alqı-satqı qiyməti 1199 manat olan “LG” markalı paltaryuyan üçün hazırda ümumilikdə 1188 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 11 manat təşkil edir. Cavabdehin alqı-satqı qiyməti 829 manat olan «X2» üçün hazırda ümumilikdə 615 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 214 manat təşkil edir. Cavabdehin alqı-satqı qiyməti 644 manat olan İmei Kodu **********73929 olan “Samsung Galaxy A40” markalı telefon üçün hazırda ümumilikdə 410 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 234 manat təşkil edir. Cavabdehin alqı-satqı qiyməti 801 manat olan İmei Kodu **********80381 olan “Samsung Galaxy A40” markalı telefon üçün hazırda ümumilikdə 438 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 363 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli əşyanın təhvil-təslim aktına əsasən «X2», “LG” markalı paltaryuyan, «X2» , İmei Kodu **********73929 olan “Samsung GalaxyA40” markalı telefon, İmei Kodu **********80381 olan “Samsung Galaxy A40 markalı telefon iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 55,25 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 3525 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 3525 manatı tələb etməkdə haqlı olmuşdur. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 55,25 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3525 (üç min beş yüz iyirmi beş) manat ödənilməmiş hissə və 55 (əlli beş) manat 25 (iyirmi beş) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-2162/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2162/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver