Məhkəmə qərarları › İş №e-2(060)-2167/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2167/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2167/2023 31.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx"MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 6.5" Smart Segway üçün 299 (iki yüz doxsan doqquz) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei kodu **********14722 Samsung Galaxy A70 markalı telefon, X2 üçün 693 (altı yüz doxsan üç) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED TV, Tozsoran THOMAS, Power Bank Müİçün 1768 (bir min yeddi yüz altmış səkkiz) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei kodu **********74107 Samsung GalaxyA50 markalı telefon üçün 682 (altı yüz səksən iki) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Paltaryuyan Samsung üçün 952 (doqquz yüz əlli iki) manat ödənilməmiş hissə, ümumilikdə 4394 manat borc və 63,94 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, 6.5" Smart Segway, İmei kodu **********14722 Samsung Galaxy A70 markalı telefon, X2, Samsung LED TV, Tozsoran THOMAS, Power Bank Mİ, İmei kodu **********74107 Samsung GalaxyA50 markalı telefon, Paltaryuyan Samsung almış və nəticədə 4394 (dörd min üç yüz doxsan dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 435,6 (dörd yüz otuz beş manat, altmış qəpik) manat (18 ay x 24,2 manat + 0 manat ilkin ödəniş) olan 6.5" Smart Segwayüçün 299 (iki yüz doxsan doqquz) manat olmaqla ondan, 299 (iki yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 970 (doqquz yüz yetmiş) manat (12 ay x 63 manat + 214 manat ilkin ödəniş) olan İmei kodu **********14722 Samsung GalaxyA70 markalı telefon, X2 üçün 693 (altı yüz doxsan üç) manat olmaqla ondan 693 (altı yüz doxsan üç) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1872 (bir min səkkiz yüz yetmiş iki) (18 ay x 104 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED TV, Tozsoran THOMAS, Power Bank Mİ üçün 1768 (bir min yeddi yüz altmış səkkiz) manat olmaqla ondan 1768 (bir min yeddi yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 744 (yeddi yüz qırx dörd) manat (12 ay x 62 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********74107 Samsung GalaxyA50 markalı telefon üçün 682 (altı yüz səksən iki) manat olmaqla ondan 682 (altı yüz səksən iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1010 (bir min on) manat (18 ay x 56 manat + 2 manat ilkin ödəniş) olan, Paltaryuyan Samsung üçün 952 (doqquz yüz əlli iki) manat olmaqla ondan 952 (doqquz yüz əlli iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələri üzrə son ödəniş tarixləri müvafiq olaraq xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il olmaqla cəmi ödədiyi məbləğ 637,6 manat təşkil edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00980529 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1010 manat olan, Samsung markalı paltaryuyan almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 00980455 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 744 manat olan İmei kodu **********74107 Samsung GalaxyA50 markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00985522 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1872 manat olan Samsung markalı LED TV, THOMAS markalı Tozsoran, Power Bank Mİ almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01015230 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 970 olan İmei kodu **********14722 Samsung Galaxy A70 markalı telefon, X2 almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01140174 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 435,6 manat olan 6.5" Smart Segway almışdır. - xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019cu il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, 6.5" Smart Segway, İmei kodu **********14722 Samsung Galaxy A70 markalı telefon, X2, Samsung LED TV, Tozsoran THOMAS, Power Bank Mİ, İmei kodu **********74107 Samsung GalaxyA50 markalı telefon, X1 Rauf Dəmir oğlu təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən Soft - 6.5" Smart Segway, İmei kodu **********14722 Samsung Galaxy A70 markalı telefon, X2, Samsung LED TV, Tozsoran THOMAS, Power Bank Mİ, İmei kodu **********74107 Samsung GalaxyA50 markalı telefon, Paltaryuyan Samsung almış və 637,6 manat ödəniş etmişdir. -"xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən alınan malların 5031,6 manat olan ümumi dəyərindən cəmi 637,6 manat ödəniş etmiş və nəticədə 4394 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 5031,6 manat ümumi dəyərindən cəmi 637,6 manat ödəniş etmiş və nəticədə 4394 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 4394 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 63,94 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehxx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 6.5" Smart Segway üçün 299 (iki yüz doxsan doqquz) manat borc; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İmei kodu **********14722 Samsung Galaxy A70 markalı telefon, X2 üçün 693 (altı yüz doxsan üç) manat borc; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED TV, Tozsoran THOMAS, Power Bank Mİ üçün 1768 (bir min yeddi yüz altmış səkkiz) manat bor; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İmei kodu **********74107 Samsung Galaxy A50 markalı telefon üçün 682 (altı yüz səksən iki) manat borc; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Paltaryuyan Samsung üçün 952 (doqquz yüz əlli iki) manat borc; ümumilikdə 4394 manat borc və 63,94 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar