Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-218/2024 18.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X4 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə 18 yanvar 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" X6 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 70 (yetmiş) manat, ümumilikdə 5070 (beş min yetmiş) manat pulun iddiaçı "xxxx" HŞİ-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X6 iddia tələbini onunla əsaslandırmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh adına sığortalanmış Mercedes BenzC230 markalı, 99BM097 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində Sumqayıt şəhəri, Sülh küçəsində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "Küçə İşıqları" Təsərrüfat Hesablı Xidmət Sahəsinin və X1 əmlakına maddi zərər vurulmuşdur. İş materiallarından (əlavə olunur) aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Sumqayıt şəhər Polis idarəsinin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qərarından (əlavə olunur) məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh tərəfindən Mercedes Benz C230 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini onu istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmadan istismar edilmişdir. Buna görə də Qərarın 2-ci bəndində qeyd edildiyi kimi qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati qaydada tədbir görülməsi məqsədilə Sumqayıt şəhər Pİ-nin DYPŞ-nə göndərilmişdir. Yuxarıda göstərilən hadisə ilə əlaqədar "xxxx" HŞİ tərəfindən zərərçəkənlərin əmlakına dəymiş zərər üzrə zərərçəkən "Küçə İşıqları" Təsərrüfat Hesablı Xidmət Sahəsinə 1510 manat və zərərçəkən X2 3490 manat, cəmi 5000 (beş min) manat sığorta ödənişi həyata keçirilmişdir. Bildirilir ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilərkən sığorta hadisəsi baş verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı subroqasiya hüququ yaranır. “İcbari sığortalar haqqında” Qanunun 32.4-cü maddəsinə Büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. “İcbari Sığortalar haqqında” Qanunun 32.1.1-ci maddəsinə əsasən, sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlıöhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə Büro tərəfindən kompensasiya ödənişi verilir. “İcbari Sığortalar haqqında” Qanunun 25.4-cü maddəsinə əsasən, bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Qeyd edilənlərə əsasən iddiaçı, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" X6 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə" iddia tələbi üzrə məhkəmənin icraatında olan 2(060)-6235/2023 nömrəli mülki iş üzrə Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən Sumqayıt şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 58-6/2- 5119 nömrəli məktubla bağlı iddiaçı tərəf qismində mövqeyi aşağıdakı kimidir:Məktubda vətəndaş Cavabdeh barəsində tərtib olunmuş AP0155495 nömrəli protokolun xx.xx.2020-ci il tarixli 3(060)-626/2020 saylı Qərarı ilə ləğv olunduğu qeyd edilmişdir. Həmin Məhkəmə Qərarı bu şəkildədir: "Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə tərtib olunmuş inzibatı xəta haqqında AP0155495 nömrəlı protokola dair inzibati iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddesınə əsasən icraata xitam verilsin”. Məhkəmə Qərarını onunla əsaslandırmışdır ki, ‘İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xatalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xata haqqında işə baxılarkən inzibati xata haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi hazırda Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan 3 aydan çox vaxt keçmişdir. Buna görə də iş üzrə icraata xitam verilməlidir”. Qeyd edirlər ki, Məhkəmə qərarı AP0155495 nömrəli protokolu qanunsuz və əsassız hesab etməmiş və iş üzrə icraata bəraətverici əsaslar olmadan inzibati tənbehə cəlb etmə müddəti keçdiyinə görə xitam verilmişdir. Məlumdur ki, sığorta müqaviləsi və ondan irəli gələn münasibətlər mülki hüququn predmetinə, qəza törədənin təqsiri və məsuliyyəti isə inzibati xəta haqqında qanunvericiliyin predmetinə aiddir. Şəxsin inzibati tənbehə cəlb etmə müddəti kecdiyinə göra məsuliyyətə cəlb edilməməsi əməldə inzibati xəta tərkibinin olması faktını inkar etmir və bununla da şəxsi mülki müqavilə münasibətlərindən irəli gələn hüquq və öhdəliklərindən azad etmir. Belə ki, Sumqayıt şəhər Polis idarəsinin “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" xx.xx.2020-ci il tarixli Qərarından (əlavə olunur) məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh tərəfindən Mercedes Benz C230 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini onu istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmadan istismar edilmişdir. Buna görə də Qərarın 2-ci bəndində qeyd edildiyi kimi qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 327.1, 327.8 və 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati qaydada tədbir görülməsi məqsədilə Sumqayıt şəhər Pl-nin DYPŞ-nə göndərilmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Pl-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Zamiq Seyfullayev tərəfindən tərtib edilmiş ***-**** nömrəli 24 fevral 2020-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış”ın 1,5-ci bəndində də qeyd edilmişdir ki, sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Qeyd edilən faktlar subroqasiya üçün dəlil hesab edilməlidir. İddiaçı yuxarıda qeyd olunanları nəzərə alaraq, Subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 70 (yetmiş) manat, ümumilikdə 5070 (beş min yetmlş) manat pulun iddiaçı “lcbari Sığorta Bürosu” HŞİnin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, hadisə 2020-ci ildə baş verib. O, hadisə baş verən vaxt avtomobilin idarəetməsini itirmiş və nəticədə digər maşına dəydi, həmin maşın da işıq dirəyinə dəymişdir. Razılıq yolu ilə işıq dirəyinin pulunu ödəmişdir. Lakin bu barədə sənəd onda qalmayıb. Qeyd edir ki, həmin vaxt sürücülük vəsiqəsi və digər sənədlərinin hamısı yerində olmuş, eyni zamanda içkili olmamışdır. Onu da xüsusilə qeyd edir ki, hadisə baş verən vaxt etibarnamənin müddətinin bitməsindən cəmi iki gün keçmişdi. Bundan başqa hesab edir ki, maşını Standard sığorta şirkəti tərəfindən sığortalandığından pulu həmin şirkət ödəməli və sonra həmin şirkət də ondan pulu tələb edə bilərdi. Hazırda isə hadisədən uzun müddət sonra naməlum səbəbdən sığorta ödənişi iddiaçı şirkət tərəfindən ödənilib. Bundan başqa təxminən 4 il sonra ona qarşı iddia qaldırılıb. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq, iş üzrə iddiaçının nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Mercedes BenzC230 markalı, 99BM097 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327.1, 327.8ci və 332.1-ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə materiallarının Sumqayıt şəhər Pİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İşdə olan İC AA 2258/20 saylı işə dair Sığorta Aktından görünür ki, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək sığortalanmış Mercedes BenzC230 markalı, 99BM097 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə, saat 18:15 radələrində törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində “X7 Hesablı Xidmət Sahəsinə (İşıq Dirəyinə) vurulmuş zərər 1510 manat qiymətləndirilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, ödəniş tapşırığından görünür ki, «İcbari Sığorta Bürosu” X6 tərəfindən 1510 manat məbləğində pul “X7 Hesablı Xidmət Sahəsinin hesabına köçürülmüşdür. İşdə olan İC AA 2258/20 saylı işə dair digər Sığorta Aktından görünür ki, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək sığortalanmış Mercedes Benz C230 markalı, 99BM097 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə, saat 18:15 radələrində Mercedes Benz E220 markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncu avtomobilə vurulmuş zərər 3490 manat qiymətləndirilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, ödəniş tapşırığından görünür ki, «İcbari Sığorta Bürosu” X6 tərəfindən 3490 manat məbləğində pul Mercedes Benz E220 markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 hesabına köçürülmüşdür. İşdə olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh idarə etdiyi Mercedes Benz C230 markalı, 99BM097 dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt sürücü ayıq olmuş, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. İşdə olan Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh barəsində xx.xx.2020-ci il tarixində TŞ-nın qərarı əsasında tərtib olunmuş AP0155495 saylı protokol baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(060)- 626/2020 saylı qərarı ilə Cavabdeh barəsində tərtib olunmuş protokol ləğv olunmuşdur. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(060)-626/2020 saylı qərarından görünür ki, həmin qərar ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinnin 327.1 və 327.8-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında AP ******* nömrəli protokola dair inzibati iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən icraata xitam verilmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi Mercedes Benz C230 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2020-ci il tarixdə, saat 18:15 radələrində törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində “Küçə İşıqları” Təsərrüfat Hesablı Xidmət Sahəsinə və Mercedes Benz E220 markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Həmin vaxt Cavabdeh avtomobili idarə etmək hüququ olmamışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün «İcbari Sığorta Bürosu” X6 tərəfindən ümumilikdə 5000 (1510+3490) manat sığorta ödənişi həyata keçirilmişdir. “İcbari sığortalar haqqında” Azərbayan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Əliyev X3 Benz C230 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmiş və həmin avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Sözügedən halı, yəni hadisə baş verərkən avtomobili idarə etmək üçün ona verilən etibarnamənin müddətinin bitdiyini cavabdeh özü də məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X4 cavabdehə qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Məhkəmə cavabdehin sığorta ödənişinin "xxxx" X6 tərəfindən deyil, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən ödənilməli olması barədə etirazının dəlilləri ilə razılaşmır. Belə ki, “İcbari Sığortalar haqqında” Qanunun 32.1.1-ci maddəsinə əsasən, sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə Büro tərəfindən kompensasiya ödənişi verilir. Həmin Qanunun 25.4-cü maddəsinə əsasən, bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, zərərçəkənlərə dəymiş zərərin əvəzi "xxxx" X6 tərəfindən ödənildiyindən və tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı sığorta şirkətinin ödədiyi 5000 manat sığorta ödənişini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə onu da qeyd edir ki, sığorta ödənişi ASC "xxxx" Sığorta Şirkəti tərəfindən ödənilsəydi belə, hadisə baş verərkən cavabdehin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığından hər bir halda həmin şirkətin də Cavabdeh qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranacaqdı. Bu səbəbdən sığorta ödənişinin bu və ya digər şirkət tərəfindən ödənilməsi cavabdehə qarşı irəli sürülən iddia tələbinin hüquqi müqəddəratını dəyişmir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5000 (beş min) manat pul tutularaq iddiaçı "xxxx" X5 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 70 manat dövlət rusumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X5 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-218/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-218/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver