Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2204/2024 15.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 15 aprel 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 473.4 AZN əsas, 142 AZN cərimə olmaqla, cəmi 615.4 AZN borc, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 29.9 AZN əsas, 8.9 AZN cərimə olmaqla, cəmi 38.8 AZN borc, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 39.9 AZN əsas, 11.9 AZN cərimə olmaqla, cəmi 51.8 AZN borc, xx.xx.2022-ci il tarixli,011268229 saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 2232.9 AZN əsas, 669.8 AZN cərimə olmaqla, cəmi 2902.7 AZN borc, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 175.9 AZN əsas, 52.7 AZN cərimə olmaqla, cəmi 228.6 AZN borc, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 399.9 AZN əsas, 119.9 AZN cərimə olmaqla, cəmi 519.8 AZN borc, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 79.9 AZN əsas, 23.9 AZN cərimə olmaqla, cəmi 103.8 AZN borc, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 581.9 AZN əsas, 174.5 AZN cərimə olmaqla, cəmi 756.4 AZN borc, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 163.9 AZN əsas, 49.1 AZN cərimə olmaqla, cəmi 213 AZN borc ümumilikdə doqquz müqavilə üzrə 4177.6 AZN əsas, 1252.7 AZN cərimə, 5430.3 AZN cəmi borcun və 74.3 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Mi” markalı xarici akumlyatora görə 12 ay ödəniş cədvəli üzrə hər ay 48 manat olmaqla cəmi 569.49 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2023-ci il tarixində 48 manat ödəniş etmiş qalıq qalmış 473.40 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirilir ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1420 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1420 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 142 manat İddiaçı MMC-yə ödənilməlidir. Bundan başqa, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Scooter”-ə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 10 manat olmaqla cəmi 119.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2023-ci il tarixində 10 manat ödəniş etmiş qalıq qalmış 29 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirilir ki,cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 89 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 89 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 8.90 manat İddiaçı MMC-yə ödənilməlidir. Bundan başqa, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Casio”-markalı saata görə 6 ay ödəniş cədvəli üzrə hər ay 20 manat olmaqla cəmi 119.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2023-ci il tarixində 10 manat ödəniş etmiş qalıq qalmış 39.90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirilir ki,cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 119 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 119 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 11.90 manat İddiaçı MMC-yə ödənilməlidir. Bundan başqa, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung” markalı TV və aksessuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 149 manat olmaqla cəmi 2679.95 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2023-ci il tarixində 146 manat ödəniş etmiş qalıq qalmış 2232.90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirilir ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 6698 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 6698 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 669.80 manat İddiaçı MMC-yə ödənilməlidir. Bundan başqa, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung” markalı Tozsoran və Skate-ə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 18 manat olmaqla cəmi 319.98 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2023-ci il tarixində 18 manat ödəniş etmiş qalıq qalmış 175.90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirilir ki,cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 527 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 527 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 52.70 manat İddiaçı MMC-yə ödənilməlidir. Bundan başqa, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “canon” markalı printerə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla cəmi 599.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2023-ci il tarixində 50 manat ödəniş etmiş qalıq qalmış 399.90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirilir ki,cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1199 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1199 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 119.90 manat İddiaçı MMC-yə ödənilməlidir. Bundan başqa, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Xiaomi” markalı telefona görə 15 ay ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla cəmi 599.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2023-ci il tarixində 40 manat ödəniş etmiş qalıq qalmış 79.90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirilir ki,cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 239 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 239 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 23.90 manat İddiaçı MMC-yə ödənilməlidir. Bundan başqa, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “TCL” markalı kondisionerə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla cəmi 749.99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2023-ci il tarixində 42 manat ödəniş etmiş qalıq qalmış 581.90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirilir ki,cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1745 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1745 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 174.50 manat İddiaçı MMC-yə ödənilməlidir. Bundan başqa, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Smart”-markalı saata görə 12 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla cəmi 499.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2023-ci il tarixində 42 manat ödəniş etmiş qalıq qalmış 163.90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirilir ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 491 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 491 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 49.10 manat İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda göstərdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. İddiaçı ilə bağladığı müqavilələr üzrə əvvəllər ödənişlər etmişdir. Lakin daha sonra yaranmış maddi problemləri ilə əlaqədar ödəniş edə bilməyib. Hər ay az məbləğdə olmaqla borcu ödəməyə hazırdır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, cavabdehlə İddiaçı arasında ümumilikdə 9 alqı-satqı müqaviləsi olmuşdur. Ümumilikdə əsas borc 4177 manat, cərimə borcu isə 1252 manat təşkil edir. Cavabdehə borcu ilə bağlı xəbərdarlıq edilmiş, lakin borcla bağlı cuzi ödənişlərdən başqa heç bir addım atılmamışdır. Qeyd edir ki, hesablanmış cərimə borcuna 90 faiz məbləğində güzəşt tətbiq edilmişdir. Cavabdehdən nəticədə ümumilikdə 5430 manat borc və tərəflərindən ödənilmiş 74.30 manat dövlət rüsumunun ödənilməsi tələb edilir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Mi” markalı xarici akumlyator almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdehnın İddiaçı MMC-yə 473.4 manat əsas borc, 1420 manat cərimə, ümumilikdə 1893.40 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Scooter” almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdehnın İddiaçı MMC-yə 29.9 manat əsas borc, 89 manat cərimə, ümumilikdə 118.90 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Casio” markalı saat almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, ********* saylı saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdehnın İddiaçı MMC-yə 99.9 manat əsas borc, 119 manat cərimə, ümumilikdə 158.90 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Samsung” markalı TV və aksessuar almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli,011268229 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 2232.9 manat əsas borc, 6698 manat cərimə, ümumilikdə 8930.90 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Samsung” markalı Tozsoran və Skate almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 175.9 manat əsas borc, 527manat cərimə, ümumilikdə 702.90 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Canon” markalı printer almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 399.9 manat əsas borc, 1199 manat cərimə, ümumilikdə 1598.90 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən Xiaomi markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, ********* saylı saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 79.9 manat əsas borc, 239 manat cərimə, ümumilikdə 318.90 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “TCL” markalı kondisioner almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 5811.9 manat əsas borc, 1745 manat cərimə, ümumilikdə 2326.90 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən “Smart” markalı saat almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 163.9 manat əsas borc, 491 manat cərimə, ümumilikdə 654.90 manat məbləğində borcu vardır. İşdə olan bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli,011268229 saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 4177.6 (473.4 + 29.9 + 39.9 + 2232.9 + 175.9 + 399.9 + 79.9 + 581.9 + 163.9) manat əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli,011268229 saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2022ci il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 1231.9 (142+669.8+52.7+119.9+23.9+174.5+49.1) manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissələrdə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 115 (10+50+10+10+5+20+10) manat pul tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2022-ci il tarixli, ********* saylı, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilələr üzrə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 20.8 (8.9+11.9) manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 80 % faiz həcmində) təmin edildiyindən ödənilmiş 74.3 manat dövlət rüsumunun 59 manat hissəsi cavabdehə, 15.3 manat hissəsi iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 473,4 (dörd yüz yetmiş üç manat qırx qəpik) manat əsas, 10 (on) manat cərimə, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 29,9 (iyirmi doqquz manat doxsan qəpik) manat əsas, 8,9 (səkkiz manat doxsan qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 39,9 (otuz doqquz manat doxsan qəpik) manat əsas, 11,9 (on bir manat doxsan qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli,011268229 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 2232,9 (iki min iki yüz otuz iki manat doxsan qəpik) manat əsas, 50 (əlli) manat cərimə, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 175,9 (bir yüz yetmiş beş manat doxsan qəpik) manat əsas, 10 (on) manat cərimə, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 399,9 (üç yüz doxsan doqquz manat doxsan qəpik) manat əsas, 10 (on) manat cərimə, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 79,9 (yetmiş doqquz manat doxsan qəpik) manat əsas, 5 (beş) manat cərimə, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 581,9 (beş yüz səksən bir manat doxsan qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə, xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 163,9 (bir yüz altmış üç manat doxsan qəpik) manat əsas, 10 (on) manat cərimə olmaqla, ümumilikdə 4313,4 (dörd min üç yüz on üç manat qırx qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 59 (əlli doqquz) manat hissəsi tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-2204/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2204/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver