Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2207/2023 07.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Mirado Seksiya üçün 444 (dörd yüz qırx dörd) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann Paltaryuyan üçün 535 (beş yüz otuz beş) manat ödənilməmiş hissə, xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, Amur yataq dolab, Galata jurnal masa üçün 933 (doqquz yüz otuz üç) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Remington Fen, Remington Fen ütü üçün 57 (əlli yeddi) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Panasonic qulaqlıq üçün 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, xx.xx.2019-cu il il tarixli müqaviləsinə əsasən, X3 üçün 89 (səksən doqquz) manat ödənilməmiş hissə, ümumilikdə 2106 manat borc, 41.06 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il il tarixli müqaviləsinə əsasən, Mirado Seksiya, Hoffmann Paltaryuyan, Amur yataq dolab, Galata jurnal masa, Remington Fen, Remington Fen ütü, Panaconic qulaqlıq, X3 almış və nəticədə 2106 (iki min yüz altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 744 (yeddi yüz qırx dörd) manat (12 ay x 62 manat + 0 manat ilkin ödəniş) Mirado Seksiya üçün ümumilikdə, 444 (dörd yüz qırx dörd) manat olmaqla ondan, 444 (dörd yüz qırx dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1044 (bir min qırx dörd) manat (18 ay x 58 manat + 0 manat ilkin ödəniş) Hoffmann Paltaryuyan üçün ümumilikdə, 535 (beş yüz otuz beş) manat olmaqla ondan, 535 (beş yüz otuz beş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1633 (min altı yüz otuz üç) manat (23 ay x 71 manat + 0 manat ilkin ödəniş) Amur yataq dolab, Galata jurnal masa üçün ümumilikdə, 933 (doqquz yüz otuz üç) manat olmaqla ondan, 933 (doqquz yüz otuz üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 228 (iki yüz iyirmi səkkiz) manat (12 ay x 19 manat + 0 manat ilkin ödəniş) Remington Fen, Remington Fen ütü üçün ümumilikdə, 57 (əlli yeddi) manat olmaqla ondan 57 (əlli yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 108 (yüz səkkiz) manat (9 ay x 12 manat + 0 manat ilkin ödəniş) Panasonic qulaqlıq üçün ümumilikdə, 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 192 (yüz doxsan iki) manat (12 ay x 16 manat + 0 manat ilkin ödəniş) X3 üçün ümumilikdə, 89 (səksən doqquz) manat olmaqla ondan, 89 (səksən doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə. Cavabdehin cəmi ödədiyi məbləğ 1843 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu, xx.xx.2019-cu il və xx.xx.2019-cu il il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, ünvanda yaşamadığına görə poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 00962848 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 192 manat olan X3 almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 00909813 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 744 manat olan mirado Seksiya almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 00824632 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1044 manat olan Hoffmann markalı paltaryuyan almışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 00557930 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1633 manat olan Amur yataq dolab, Galata jurnal masası almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 00659514 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 228 manat olan Remintgon fen, Remintgon fen ütü almışdır. İşdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 00933437 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 108 manat olan Panaconic qulaqlıq almışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, Mirado Seksiya, Hoffmann Paltaryuyan, Amur yataq dolab, Galata jurnal masa, Remington Fen, Remington Fen ütü, Panaconic qulaqlıq, X2 təhvil verilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 12 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 62 manat olmaqla, Mirado Seksiya almış və 300 manat ödəniş etmiş, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 18 ay müddətinə, ilkin ödəniş 0 (bir) manat, aylıq ödəniş 58 manat olmaqla, HOFFMANN Paltaryuyan almış və 509 manat ödəniş etmiş, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 23 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 71 manat olmaqla, Amur yataq dolab Galata jurnal almış və 700 manat ödəniş etmiş, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 12 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 19 manat olmaqla, Remington Fen və ütü almış və 171 manat ödəniş etmiş, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 12 ay müddətinə, ilkin ödəniş 0 (bir) manat, aylıq ödəniş 12 manat olmaqla, Panaconic qulaqlıq almış və 60 manat ödəniş etmiş və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 12 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat, aylıq ödəniş 16 manat olmaqla, X3 almış və 103 manat ödəniş etmişdir. İşə əlavə olan "xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən aldığı malın 744 manat olan ümumi dəyərindən 300 manat ödəniş etmiş və nəticədə 444 manat borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən aldığı malın 1044 manat olan ümumi dəyərindən 509 manat ödəniş etmiş və nəticədə 535 manat borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən aldığı malın 1633 manat olan ümumi dəyərindən 700 manat ödəniş etmiş və nəticədə 933 manat borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən aldığı malın 228 manat olan ümumi dəyərindən 171 manat ödəniş etmiş və nəticədə 57 manat borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən aldığı malın 108 manat olan ümumi dəyərindən 60 manat ödəniş etmiş və nəticədə 48 manat borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən aldığı malın 192 manat olan ümumi dəyərindən 103 manat ödəniş etmiş və nəticədə 89 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ümumilikdə 2106 (iki min yüz altı) manat borc, 41 (qırx bir) manat 06 (altı) qəpik dövlət rüsumu, cəmi 2147 (iki min yüz qırx yeddi) manat 06 (altı) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə 2106 (iki min yüz altı) manat borc, 41 (qırx bir) manat 06 (altı) qəpik dövlət rüsumu, cəmi 2147 (iki min yüz qırx yeddi) manat 06 (altı) qəpik məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-2207/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2207/2023
07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver