Məhkəmə qərarları › İş №e-2(060)-2228/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2228/2025

23.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2228/2025 23.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə "hüquqi faktın müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə "hüquqi faktın müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 1 saylı DNK-nin xx.xx.2002-ci il tarixli reyestr 2 vər-09 saylı vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27a saylı bnanın 15 saylı,1 otaqlı mənzili üzərində iddiaçının mülkiyyət hüquqları qeydə alınmaqla onun adına qeydiyyat vəsiqəsi verilmişdir (reyestr kitabı-14 inventar işi 24384). İddiaçının adı bütün sənədlərdə “Aqil” olduğu halda, mənzilə dair verilmiş qeydiyyat şəhadətnaməsində onun adı “Adil” kimi qeyd olunmuş və bu da iddiaçıya həmin əmlak üzərində sərəncam verməyə ciddi problemlər yaradır. İddiaçının nümayəndəsi maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi İdarəsinə müraciət edərək iddiaçının – Ərizəçi oglunun adına çıxarışın verilməsini xahiş etmiş, lakin iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubunda sənədlərdə olan uygunsuzluq səbəbindən bunun mümkün olmaması və bu uygunsuzluğun məhkəmə qaydasında aradan qaldırıla bilməsi qeyd olunmuşdur. Göstərilənlərə əsasən Sumqayıt şəhəri 1 saylı DNK-nin xx.xx.2002-ci il tarixli reyestr 2 vər-09 saylı vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27a saylı binanın 15 saylı, 1 otaqlı mənzili üzərində iddiaçı Ərizəçi adına verilmiş qeydiyyat vəsiqəsində (reyestr kitabı-14 inventar işi 24384) “X11”na dair aparılmış qeydin “Ərizəçi”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizədə qeyd olunanları təsdiq edərək ərzəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Sonuncu məhkəmə iclası ilə əlaqədar Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə ərizə təqdim edilərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və tələbin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

5. Məhkəmə işə ərizəçinin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Qardaşının adı Aqildir. Onun Adil adında qardaşı yoxdur. Mərhum anası ona məxsus olan mənzili qardaşına bağışlamışdır. Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27A, mənzil 15 anasına məxsus olmuşdur.

10. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərmişdir ki, ərizəçi onun dayısıdır. Dayısının adı Aqildir. Bütün sənədlərdə adı Aqil qeyd olunmuşdur. Onun Adil adında dayısı yoxdur. Dayısı hazırda səhhəti ilə əlaqədar olaraq anası ilə birlikdə yaşayır. Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27A, mənzil 15 nənəsi Anaqıza məxsus olmuşdur. Nənəsi həmin mənzili dayısına vəsiyyət etmişdir.

11. İş materiallarında olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1935-ci il tarixdə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində anadan olmuşdur.

12. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 10 dekabr 2014-cü il tarixində verilmiş AZ-İİİ № 393273 saylı doğum haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, Ərizəçi 01 iyul 1935-ci il tarixində Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində anadan olmuş, atası X7, anası X12 qızıdır.

13. İş materiallarında olan xx.xx.2002-ci il tarixdə verilmiş 184462 saylı üzvlük vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Yeni Azərbaycan Partiyasının üzvüdür.

14. İş materiallarında olan Sumqayıt şəhər ZAQS şöbəsi tərəfindən xx.xx.1971-ci il tarixdə verilmiş AЗ № 269732 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 nikahlarını 21 dekabr 1971-ci il tarixdə bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 902 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Rzayeva soyadı verilmişdir.

15. İş materiallarında olan Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş inventar işi 24384 olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən 1 otaqlı yaşayış sahəsi 17,6 kv.m, köməkçi sahəsi 8,99 kv.m-dən ibarət olan 27A nömrəli evin 15 saylı mənzili şəxsi mülkiyyət hüququ əsasında Sumqayıt şəhər 1-ci DNK reyestr 2 vər-09 №-li 23 yanvar 2002-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında X5 adına qeydə alınmışdır və bu barədə 14 saylı reyestr kitabında qeydiyyat aparılmışdır.

16. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 ünvanlanan bildirişin surətindən görünür ki, ünvan 1 yerləşən 15 saylı mənzil üzərində etibarnamə üzrə nümayəndəsi olduğu Ərizəçi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizəyə baxılmışdır. Bununla bağlı olaraq bildirilir ki, təqdim etdiyi sənədlərin araşdırılması zamanı qeydiyyat vəsiqəsində vətəndaşın adı “Adil” kimi qeyd edilsə də, şəxsiyyət vəsiqəsində “Aqil” yazıldığı müəyyən edilmişdir. Bildirilir ki, adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir.

17. İş materiallarında olan 23 yanvar 2002-ci il tarixli, 2Vər-09 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 1 saylı Sumqayıt şəhər 1 nömrəli notariat kontorunun dövlət notariusu B.H.Mehdiyev tərəfindən Sumqayıt şəhəri 2 №-li xx.xx.2000-ci il tarixli 2v-İ/136 saylı reyestrli vəsiyyətnaməyə əsasən xx.xx.2001-ci ildə vəfat etmiş X12 qızının vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, S.Vurğun küçəsi, ev 90, mənzil 23-də yaşayan X8r. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri DTİ və MHQ İdarəsinin xx.xx.2002-ci il arayışına və qeydiyyat vəsiqəsinə əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27A, mənzil 15-də ümumi sahəsi 26,59 kv.m, yaşayış sahəsi 17,6 kv.m, köməkçi sahəsi 8,99 kv.m olan 1 otaqdan ibarət mənzildən və 5377/0181 nömrəli əmanət bankının 6695 nömrəli və 05711861 nömrəli hesabda olan əmanətdən ibarətdir.

18. İş materiallarında olan xx.xx.2000-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X12 qızı Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27A, 15 saylı mənzili və Sumqayıt şəhəri 5377 saylı əmanət bankında hesab nömrəsi 05711861 olan məbləği, faizi və kompensasiyasını ə/bankı 5377/0181 olan məbləği, faizi və kompensasiyasını oğlu Ərizəçi vəsiyyət edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

19. Beləliklə məhkəmədə müəyyən olundu ki, Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş inventar işi 24384, reyestr kitabında qeydiyyat nömrəsi 14 olan qeydiyyat vəsiqəsində ərizəçinin adı “X11” kimi qeyd edilmişdir və yanlışlığın yol verildiyi qərar hüquq müəyyənedici sənəddir və ərizəçiyə sənəddə olan səhvin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

21. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir.

22. Eyni Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.

23. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

24. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur.

25. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

26. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27a saylı binanın 15 saylı, 1 otaqlı mənzili üzərində iddiaçı Ərizəçi adına verilmiş qeydiyyat vəsiqəsində (reyestr kitabı-14, inventar işi 24384) “X11”na dair aparılmış qeydin “Ərizəçi”na məxsus olması faktı müəyyən edilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27a saylı binanın 15 saylı, 1 otaqlı mənzili üzərində iddiaçı Ərizəçi adına verilmiş qeydiyyat vəsiqəsində (reyestr kitabı-14, inventar işi 24384) “X11”na dair aparılmış qeydin “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar