Məhkəmə qərarları › İş №e-2(060)-2257/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2257/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2257/2024 12.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 94-cü km-də "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh Merbala oğlunun istifadəsinə verilmiş “Opel Zafira minik” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X10 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə “X22 Prado minik” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş, X11, X4 və X2 az ağır, X18 və X3 yüngül xəsarət yetirilmişdir. AR DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarının barədə” arayışına, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində X10 təqsirli şəxs olaraq müəyyən edilmişdir. DİN Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli qərara əsasən X10 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin vaxt izahatı alınmış “Opel Zafira minik” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 DİN Baş İstintaq və Təhqiqat İdarəsinə verdiyi izahatında hadisə zamanı maşını müvafiq etibarnamə olmadan idarə etdiyini etiraf etmişdir. “Opel Zafira minik” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin PBA ********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Müvafiq tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “X22 Prado minik” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 10745 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2021-ci il tarixli, 356 saylı sığorta aktına, xx.xx.2021-ci il tarixli, № AZ0011214 saylı ödəniş tapşırığına əsasən 5000 manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “X22 Prado minik” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X15 "xxxx" ASC-dəki hesabına və xx.xx.2021-ci il tarixli, № AZ0011329 saylı ödəniş tapşırığına əsasən 1500 manat məbləğində sığorta ödənişi hadisə zamanı “Opel Zafira minik” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini X5 "xxxx" KB ASC-dəki hesabına köçürülmüşdür. “Elektron notariat” informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, “Opel Zafira minik” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh sahibliyinə verilmişdir. AE №145173 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi, hadisə anında X20 tərəfindən idarə olunan “X22 Prado minik” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X15 mülkiyyətində olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/12120 saylı “Geriyə tələb (subroqasiya)” məktublarından görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 6500 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh 6500 manat məbləğində sığorta ödənişinin, 85,40 manat məbləğində dövlət rüsumunun, cəmi 6585,40 manat pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir

6. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb hesab edir ki, iddia rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota Prado” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilə 10745 manat məbləğində ziyan dəymişdir.

8. İş materiallarında olan DİN Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarına əsasən X10 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir.

9. Həmin qərardan görünür ki, “Opel Zafira minik” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 DİN Baş İstintaq və Təhqiqat İdarəsinə verdiyi izahatında hadisə zamanı maşını müvafiq etibarnamə olmadan idarə etdiyini etiraf etmişdir.

10. İş materiallarında olan 1032/21 saylı, xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Toyota Prado” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 10.745 manat, ödənilmiş sığorta ödənişinin məbləği 5000 manat təşkil edir.

11. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ0011214 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X15 "xxxx" ASC-dəki hesabına 5000 manat pul köçürülmüşdür.

12. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ0011329 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X4 "xxxx" KB ASC-dəki hesabına 1500 manat pul köçürülmüşdür.

13. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1100/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qətnaməsinin qismən cavabdeh X9 aid hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin cavabdeh X9 aid hissədə təmin edilməməsi qət edilmişdir.

14. Həmin qətnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2022ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər X6 və X7 müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6500 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 85,40 manat dövlət rüsumunun tutulması qət edilmişdir.

15. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, Şaxanım Bayramova tərəfindən “Opel Zafira minik” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh sahibliyinə verilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdə Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 94-cü km-də "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh Merbala oğlunun istifadəsinə verilmiş “Opel Zafira minik” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X10 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə “X22 Prado minik” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilə, X11, X4 və X2 az ağır, X18 və X3 yüngül xəsarət yetirilmişdir. DİN Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən X10 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin vaxt izahatı alınmış “Opel Zafira minik” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 hadisə zamanı maşını müvafiq etibarnamə olmadan idarə etdiyini etiraf etmişdir.

17. Həmçinin, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli, 356 saylı sığorta aktına, xx.xx.2021-ci il tarixli, № AZ0011214 saylı ödəniş tapşırığına əsasən 5000 manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “X22 Prado minik” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X15 "xxxx" ASC-dəki hesabına və xx.xx.2021-ci il tarixli, № AZ0011329 saylı ödəniş tapşırığına əsasən 1500 manat məbləğində sığorta ödənişi hadisə zamanı “Opel Zafira minik” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini X5 "xxxx" KB ASC-dəki hesabına köçürülmüşdür. Sonradan "xxxx" ASC subroqasiya tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər X6 və X7 müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6500 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 85,40 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1100/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qətnaməsinin qismən cavabdeh X9 aid hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin cavabdeh X9 aid hissədə təmin edilməməsi qət edilmişdir.

18. Hazırda "xxxx" ASC eyni tələblə Cavabdeh qarşı iddia ilə sürərək, subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

20. Maddə 163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər.

21. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

22. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

23. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

24. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:

25. Maddə 25.1.3. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

26. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.

27. Göründüyü kimi iddiaçı "xxxx" ASC yol-nəqliyyat hadisəsində təqsirli olan X8 etibarnaməsinin olmamasını əsas gətirərək, etibarnamə ilə idarəetmə hüququna malik olan Cavabdeh sığorta ödənişinin əvəzini tələb edir. Halbuki, iddiaçı "xxxx" ASC xx.xx.2021-ci il tarixdə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 94-cü km-də baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı xx.xx.2021-ci il tarixli, № AZ0011214 saylı ödəniş tapşırığına əsasən 5000 manat məbləğində sığorta ödənişi və xx.xx.2021-ci il tarixli, № AZ0011329 saylı ödəniş tapşırığına əsasən 1500 manat məbləğində sığorta ödənişi ilə bağlı artıq məhkəmə müraciət etmiş, qanuni qüvvəsini almış məhkəmə aktına əsasən həmin məbləğin (6500 manat) X7 tutulması qət edilmişdir.

28. Hazırda isə iddiaçı "xxxx" ASC tərəfindən eyni hadisə, eyni məbləğlə əlaqədar Cavabdeh qarşı iddia irəli sürülmüşdür.

29. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçının həmin tələblə bağlı müraciəti əsasında qanuni qüvvəsini almış məhkəmə aktı mövcud olduğu təqdirdə iddianın təmin olunması iddiaçı "xxxx" ASC-nin əsassız varlanmasına gətirib çıxara bilər.

30. Məhkəmə onu da qeyd edir ki, sığorta olunan əmlakın başqa şəxsin istifadəsinə (etibarnamə olmadan) verilməsi sığorta riskinin dəyişməsi ilə bağlı olan və bu barədə sığortaçıya məlumat verilməsini gərəkdirən hal deyildir.

31. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.

32. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddiası rədd edilməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar