Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2300/2022 28.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.06.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********74445 X4 9 Pro markalı telefon üçün 735,6 (yeddi yüz otuz beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 16.07.2020-ci il tarixli müqaviləyə əsasən Plitə HOFFMANN üçün 410,4 (dörd yüz on manat, qırx qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 21.07.2020-ci il tarixli müqaviləyə əsasən, Aspirator HOFFMANN üçün 183,6 (yüz səksən üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 22.07.2020-ci il tarixli müqaviləyə əsasən, Ətçəkən Redmond üçün, 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 1575,6 manat borc və 35,76 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 29.06.2020-ci il, 16.07.2020-ci il və 21.07.2020-ci il, 22.07.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********74445 X4 9 Pro markalı telefon, Plitə HOFFMANN, Aspirator HOFFMANN və Ətçəkən Redmond almış və nəticədə 1575,6 (min beş yüz yetmiş beş manat, altmış qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 810,6 (səkkiz yüz on manat, altmış qəpik) manat (12 ay x 61.3 manat + 75 manat ilkin ödəniş) İMEİ kodu **********74445 X4 9 Pro markalı telefon üçün ümumilikdə, 735,6 (yeddi yüz otuz beş manat, altmış qəpik) manat olmaqla ondan, 735,6 (yeddi yüz otuz beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 410,4 (dörd yüz on manat, qırx qəpik) manat (12 ay x 34.2 manat + 0 manat ilkin ödəniş) Plitə HOFFMANN üçün ümumilikdə, 410,4 (dörd yüz on manat, qırx qəpik) manat olmaqla ondan, 410,4 (dörd yüz on manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 183,6 (yüz səksən üç manat, altmış qəpik) manat (12 ay x 15.3 manat + 0 manat ilkin ödəniş) Aspirator HOFFMANN üçün ümumilikdə, 183.6 (yüz səksən üç manat, altmış qəpik) manat olmaqla ondan, 183,6 (yüz səksən üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 246 (iki yüz qırx altı) manat (12 ay x 20.5 manat + 0 manat ilkin ödəniş) Ətçəkən Redmond üçün ümumilikdə, 246 (iki yüz qırx altı) manat olmaqla ondan, 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 75 manat təşkil edir. Onuda bildirir ki, cavabdehlə aralarında bağlanılmış 29.06.2020-ci il, 16.07.2020-ci il, 21.07.2020-ci il və 22.07.2020-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Digər tərəfdən, Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən 01.02.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmənin nəzərinə çatdırır ki, tələninin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ərizəyə əlavə olunan Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi. Məhsulları aldığı vaxt işlədiyini, sonradan işləmədiyini, ona görə də ödəniş edə bilmədiyini bildirdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.06.2020-ci il, 16.07.2020-ci il və 21.07.2020-ci il, 22.07.2020-ci il tarixli müqavilələrdən görünür ki, həmin müqavilələrə əsasən İMEİ kodu **********74445 X4 9 Pro markalı telefon, Plitə HOFFMANN, Aspirator HOFFMANN və Ətçəkən Redmond almış, malların 1650,6 manat olan ümumi dəyərindən 75 manat ödəniş etmiş, cavabdehin ümumilikdə 1575,6 manat borcu yaranmışdır. -"xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 29.06.2020-ci il, 16.07.2020-ci il və 21.07.2020-ci il, 22.07.2020-ci il tarixli müqavilələrə əsasən alınmış malların 1650,6 manat olan ümumi dəyərindən 75 manat ödəniş etmişdir. Bununla da 1575,6 manat məbləğində borcu yaranmışdır. - "xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə "xxxx"MMC ilə bağlanmış 29.06.2020-ci il, 16.07.2020-ci il və 21.07.2020-ci il, 22.07.2020-ci il tarixli müqavilələrə əsasən aldığı məhsulların 1650,6 manat olan ümumi dəyərindən cəmi 75 manat ödəniş etmiş və nəticədə 1575,6 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh malların 1650,6 manat olan ümumi dəyərindən 75 manat ödəniş etmiş və nəticədə 1575,6 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi ödənilməmiş hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 1575,6 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 35,76 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 29.06.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********74445 X4 9 Pro markalı telefon üçün 735,6 (yeddi yüz otuz beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, 16.07.2020-ci il tarixli müqaviləyə əsasən Plitə HOFFMANN üçün 410,4 (dörd yüz on manat, qırx qəpik) manat ödənilməmiş hissə, 21.07.2020-ci il tarixli müqaviləyə əsasən, Aspirator HOFFMANN üçün 183,6 (yüz səksən üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 22.07.2020-ci il tarixli müqaviləyə əsasən, Ətçəkən Redmond üçün, 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, ümumilikdə 1575,6 manat borc və 35,76 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 29.06.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********74445 X4 9 Pro markalı telefon üçün 735,6 (yeddi yüz otuz beş manat, altmış qəpik) manat ödənilməmiş hissə, 16.07.2020-ci il tarixli müqaviləyə əsasən Plitə HOFFMANN üçün 410,4 (dörd yüz on manat, qırx qəpik) manat ödənilməmiş hissə, 21.07.2020-ci il tarixli müqaviləyə əsasən, Aspirator HOFFMANN üçün 183,6 (yüz səksən üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 22.07.2020-ci il tarixli müqaviləyə əsasən, Ətçəkən Redmond üçün, 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, ümumilikdə 1575,6 manat borc və 35,76 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-2300/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2300/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver