Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2328/2025 11.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********35184 XİAOMİ REDMİ NOTE 12S markalı telefon üçün 250.32 (iki yüz əlli manat, 32 qəp) manat ödənilməmiş hissə, 125.16 (yüz iyirmi beş manat, 16 qəp) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********94646 XİAOMİ REDMİ 12C NFC markalı telefon üçün 129.80 (yüz iyirmi doqquz manat, 80 qəpik) manat ödənilməmiş hissə, 64.90 (altmış dörd manat, 90 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********76460 XİAOMİ REDMİ 10C markalı telefon üçün 95.70 (doxsan beş manat, 70 qəpik) manat ödənilməmiş hissə, 47.85 (qırx yeddi manat, 85 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********64349 BLACKVİEW A95 markalı telefon üçün 70 (yetmiş) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə olmaqla, ümumilikdə 818.73 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdehndan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixlərindəki müqavilələrə əsasən İMEİ KODU **********35184 XİAOMİ REDMİ NOTE 12S markalı telefon, İMEİ KODU **********94646 XİAOMİ REDMİ 12C NFC markalı telefon, İMEİ KODU **********76460 XİAOMİ REDMİ 10C markalı telefon, İMEİ KODU **********64349 BLACKVİEW A95 markalı telefon almış və nəticədə 818.73 (səkkiz yüz on səkkiz manat, 73 qəpik) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 372.20 (üç yüz yetmiş iki manat, 20 qəpik) manat (18 ay x 17.90 manat + 50 manat ilkin ödəniş) olan İMEİ KODU **********35184 XİAOMİ REDMİ NOTE 12S markalı telefonüçün ümumilikdə 375.48 (üç yüz yetmiş beş manat, 48 qəpik) manat olmaqla ondan, 250.32 (iki yüz əlli manat, 32 qəp) manat ödənilməmiş hissə, 125.16 (yüz iyirmi beş manat, 16 qəp) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 259.92 (iki yüz əlli doqquz manat, 92 qəpik) manat (18 ay x 14.44 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********94646 XİAOMİ REDMİ 12C NFC markalı telefüoçnün 194.70 (yüz doxsan dörd manat, 70 qəpik) manat olmaqla ondan 129.80 (yüz iyirmi doqquz manat, 80 qəpik) manat ödənilməmiş hissə, 64.90 (altmış dörd manat, 90 qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 246.42 (iki yüz qırx altı manat, 42 qəpik) manat (18 ay x 13.69 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********76460 XİAOMİ REDMİ 10C markalı telefon üçün 143.55 (yüz qırx üç manat, 55 qəpik) manat olmaqla ondan 95.70 (doxsan beş manat, 70 qəpik) manat ödənilməmiş hissə, 47.85 (qırx yeddi manat, 85 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 120 (yüz iyirmi) manat (12 ay x 10 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********64349 BLACKVİEW A95 markalı telefoünçün 105 (yüz beş) manat olmaqla ondan 70 (yetmiş) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 452.72 manat təşkil edir. Cavabdehlə aralarında xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
3. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cüil tarixli, 10757856 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ KODU **********35184 XİAOMİ REDMİ NOTE 12S markalı telefon almışdır.
4. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02016054 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ KODU **********94646 XİAOMİ REDMİ 12C NFC markalı telefon almışdır.
5. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04276414 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ KODU **********76460 XİAOMİ REDMİ 10C markalı telefon almışdır.
6. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cüil tarixli, 03457536 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ KODU **********64349 BLACKVİEW A95 markalı telefon almışdır.
7. İş materiallarında olan 12 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə 818.73manat ödənilməmiş hissə məbləğində borcu vardır.
8. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 10757856 nömrəli, xx.xx.2023-cü il tarixli, 02016054 nömrəli, xx.xx.2023-cü il tarixli, 04276414 nömrəli xx.xx.2024-cü il tarixli, 03457536 nömrəli müqavilələr bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
11. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
12. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
13. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.
14. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısındaməsuliyyət daşıyır (445.2.1).
15. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsi üzrə yaranmış 545.82 (250.32+129.8+95.7+70) manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
17. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilələr üzrə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 272.91 (125.16+64.9+47.85+35)) manat cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 60 (20+20+10+10)manat pul tutulmalıdır.
18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə hesab edir ki, iddia tələbi əsasz hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 mana dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
22. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Nəticə hissəsi: 23.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 250,32 (iki yüz əlli manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 129,80 (bir yüz iyirmi doqquz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 95,70 (doxsan beş manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 70 (yetmiş) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə olmaqla, ümumilikdə 605.82 (altı yüz beş manat səksən iki qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva