Məhkəmə qərarları › İş №e-2(060)-240/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-240/2023

01.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-240/2023 01.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Dəmiryolu yükboşaltma meydançası massivi adlanan ərazidə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və yarımtikili fərdi yaşayış evinin onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh – Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Dəmiryolu yükboşaltma meydançası massivi adlanan ərazidən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, qaz kəmərindən “10” metr məsafədə uzunluğu 40 metr, hündürlüyü 2,2 metr olan daş hasar və uzunluğu 11 metr, eni 10 metr, hündürlüyü 1,4 metr olan qanunsuz yarımtikili fərdi yaşayış evi tikdirmişdir “Abşeron” Magistral X4 nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri, Dəmiryolu yükboşaltma meydançası massivi adlanan ərazisində 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən, qaz kəmərinin «10» metrliyində qanunsuz olaraq daş hasar və yarımtikili fərdi yaşayış evi tikdirilməsi barədə AKT tərtib edilmişdir (aktın surəti iddia ərizəsinə əlavə olunur). Sumqayıt şəhəri, Dəmiryolu yükboşaltma meydançası massivi adlanan ərazidə, 530 mm diametrli «Qaradağ- Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq daş hasar və yarımtikili fərdi yaşayış evi inşa etmiş Cavabdeh onun tərəfindən inşa edilmiş tikilinin sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilmiş və Cavabdeh xəbərdarlıq məktubunu qəbul etmişdir. (xəbərdarlıq məktubunun surəti iddia ərizəsinə əlavə olunur). Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən, X5ninmühafizə zonalarında hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - 21 iyun 2022-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın və Azərbaycan Dövlət Tikinti Normativləri 2.9-2 X3 Layihələndirmə Normalarının tələbləri pozularaq Stansiya Sumqayıt, Azərbaycan dəmir həyət massivi ünvanında, 39T 383523.01 MB, 4491138.60 MC koordinatında Cavabdeh tərəfindən 530 mm-lik, 25,0 kq/sm2 yüksək təzyiqli «Qaradağ-Sumqayıt» magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 10 metr məsafədə uzunluğu 40 metr, hündürlüyü 2,4 metr olan daş hasar və 10x11 metr yarımçıq ev inşa olunmuşdur. - xx.xx.2022-ci il tarixdə əsli təsdiq edilmiş xəbərdarlıq məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Abşeron X5 Sahəsi tərəfindən Cavabdeh bildirilmişdir ki, onun tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələblərini pozularaq Abşeron X5 Sahəsinə məxsus 530 mm-lik 25.0 kq/sm2 yüksək təzyiqli «Qaradağ-Sumqayıt» magistral qaz kəmərinin mühafizə zonasında tikilmiş yarımtikili daş mənzil 10-10,50 və daş hasar vətəndaşların həyatına və qaz kəmərinin gələcək iş fəaliyyətinə ciddi təklükə yaradır, hər hansı hadisə baş verərsə, məsuliyyət onun üzərinə düşəcək və təcili olaraq yarımtikili mənzil 10-10,50 ləğv edilərək magistral qaz kəmərindən 50 metr kənarlaşdırılsın. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Abşeron X5 Sahəsinə ünvanlanmış torpaq qanunvericiliyinin tələblərinin pozulması barədə **********49 nömrəli, 10 avqust 2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Abşeron Magistral X4 istismarında olan Sumqayıt şəhər ərazilərində torpaq qanunvericiliyinin tələblərinin pozulması halının qarşısının alınmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Abşeron Magistral X4 müraciətinə aidiyyəti üzrə baxılmış, müraciətdə qeyd olunan məsələlər Xidmətin Sumqayıt ərazi şöbəsinin işçiləri tərəfindən araşdırılan zaman sözügedən torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işlərinin aparılması faktı müəyyən edilmiş və qeyd olunan torpaq sahəsinin özbaşına tutulması (zəbt edilməsi), eləcə də qanunvericilikdə nəzərdə tutulmayan qaydada tikinti işlərinin aparılması halının qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə məlumat tərəflərindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2023-cü il tarixli, 10/8190 saylı ekspert rəyindən görünür ki, baxış zamanı təqdim olunan Sumqayıt şəhəri, Dəmiryolu yükboşaltma meydançası massivi adlanan ərazidə cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evi və hasar tikilisinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərindən müvafiq olaraq 12,3 metr və 36 metr məsafələrdə yerləşdiyini nəzərə alaraq, həmin fərdi yaşayış evinin və hasar tikilisinin «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarının 2.7. bəndinin tələblərinə əsasən yerüstü magistral qaz xəttinin mühafizə zonasında inşa edildiyi müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı və «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddələrinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: - dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; - dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; - yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; - meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); - Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; - Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; - təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; - dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; - dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; - dövlət ehtiyat fondu torpaqları. «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Belə xüsusi hüquqi rejimi mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.5-ci maddəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2-ci maddəsinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.3-cü maddəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh magistral neft kəmərinin mühafizə zonasında özbaşına olaraq tikili inşa etmişdir, bu iddiaçının qanunla qorunan hüquqlarını məhdudlaşdırmaqla yanaşı, cavabdehin bilavasitə özünü, ailə üzvlərini potensial təhlükə altına qoyur və iddiaçı bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Dəmiryolu yükboşaltma meydançası massivi adlanan ərazidə qaz kəmərinin mühafizə zonasında, cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və yarımtikili fərdi yaşayış evi cavabdehin hesabına sökülməli, tikinti mal-materialları qaz kəmərinin mühafizə zonasından çıxarılmalıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 50 (əlli) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 50 (əlli) manat Cavabdeh alınaraq X1 müxbir hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Sumqayıt şəhəri, Dəmiryolu yükboşaltma meydançası massivi adlanan ərazidə qaz kəmərinin mühafizə zonasında inşa etdiyi daş hasar və yarımtikili fərdi yaşayış evi onun hesabına sökülərək, tikinti malmaterialları qaz kəmərinin mühafizə zonasından çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar