Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-241/2023 10.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əzizli Səma Elburus qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X14 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yeraltı magistral qaz kəmərinin Sumqayıt şəhəri, Dəmiryolu yükboşaltma meydançası massivi adlanan ərazidə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və yarımtikili fərdi yaşayış evinin onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X4 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X14 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yeraltı magistral qaz kəmərinin Sumqayıt şəhəri, Dəmiryolu yükboşaltma meydançası massivi adlanan ərazidən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, qaz kəmərindən “3” metr məsafədə uzunluğu 20 metr, hündürlüyü 1,8 metr olan daş hasar və uzunluğu 4 metr, eni 4 metr, hündürlüyü 2,8 metr olan qanunsuz yarımtikili fərdi yaşayış evi tikdirmişdir. “Abşeron” Magistral X14 nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri, Dəmiryolu yükboşaltma meydançası massivi adlanan ərazisində 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında X4 tərəfindən, qaz kəmərinin «3» metrliyində qanunsuz olaraq daş hasar və yarımtikili fərdi yaşayış evi tikdirməsi barədə AKT tərtib edilmişdir (aktın surəti iddia ərizəsinə əlavə olunur). Sumqayıt şəhəri, Dəmiryolu yükboşaltma meydançası massivi adlanan ərazidə, 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq daş hasar və yarımtikili fərdi yaşayış evi inşa etmiş X4 onun tərəfindən inşa edilmiş tikilinin sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilmiş və X4 xəbərdarlıq məktubunu qəbul etmişdir. (xəbərdarlıq məktubunun surəti iddia ərizəsinə əlavə olunur). Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən, X15ninmühafizə zonalarında hər hansı bir tikintiquraşdırma işlərinin aparılması qəti qadağandır. Belə ki; “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2-ci maddəsinin 7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə «50 m» keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 2.11-ci bəndinin “a” hissəsinə əsasən, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarınınyazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərini aparması qadağandır. Həmin bəndin 8-ci sətrinin 2-ci cümləsinə əsasən boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən «Dövlət Neft Şirkətinin yerli orqanları» tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti vəFövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərininmühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Həmin Qaydaların 2.23-cü bəndinin tələblərinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Belə bir razılaşma isə qaz kəmərlərini istismar edən Dövlət Neft Şirkəti və ya onun yerli orqanları ilə iş üzrə cavabdeh arasında mövcud olmamışdır. Həmin Qaydaların 2.27-ci bəndinə görə, bu Qaydaların tələblərinin pozulmasında təqsirkar olan vəzifəli şəxslər və vətəndaşlar respublikanın qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunurlar. Bu sahədə digər bir normativ-hüquqi aktın; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə, qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsində təsbit olunub ki, bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, göstərilən ərazidə cavabdehin hüquqları, özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Habelə, cavabdehin mühafizə zonasında torpaq sahəsinin özününküləşdirilməsinə dair bağladığı hər hansı əqd (olduğu təqdirdə) həmin Məcəllənin 109-cu maddəsinə uyğun olaraq etibarsızdır. Eləcə də, həmin Məcəllənin 110-cu maddəsinə əsasən, cavabdeh torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır. Beləliklə, yuxarıda sözügedən tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdeh X1 mühafizə zonasında inşa etdiyi tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1108-ci maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Bu səbəbdən də, cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir. Buradan da müəyyən olunur ki, cavabdehin buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili onun öz hesabına sökülməlidir. Bundan əlavə “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000-ci il tarixli, 356 saylı Fərmanının 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Bu məqsədlə də aidiyyəti icra hakimiyyəti orqanına tərəflərindən müvafiq yazışmalar edilmişdir. Yuxarıda göstərdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini, aktın Abşeron X15 Sahəsi tərəfindən tərtib edildiyini, torpaq sahəsinin Sumqayıt şəhərinin ərizəsində yerləşdiyini və cavabdehin və ailəsinin həyatı üçün çox böyük təhlükə olduğunu bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Əgər həqiqətən də təhlükə varsa, o, sözügedən evi tikdiyi zaman ona icazə verilməməli idi. Həmin vaxt ona heç bir problem olmadığını, narahat olmamağını bildirmişlər. Tikinti gedən zaman da görmüşdülər. Onu da bildirir həmin ərazidə çoxlu evlər var, məhz onun evi ilə bağlı belə bir iddianın qaldırılma səbəbini anlamır. O, heç bir yerdə işləmir, himayəsində övladı var. Onun başqa yaşayış yeri yoxdur. Yalnız ona ev verdikləri təqdirdə oradan çıxa bilər. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan 5 saylı XİX-in rəisinin Abşeron MQKS-nin rəisinə ünvanladığı məktubdan görünür ki, Xidmətin balans qeydiyyatında olan 0530 mm-lik Qaradağ-Sumqayıt magistral qaz kəmərinin yeraltı hissəsində 49-cu km-də 39T 382723.97MB: 4491013.30 MC koordinatında Cəlilabad şəhər sakini X2 məxsus Sumqayıt şəhər Dəmiryolu yükboşaltma meydançası massivində boru kəmərinə 3 m məsafədə qanunsuz tikilmiş uzunluğu 20 m, hündürlüyü 1.8 m olan yarımçıq daş hasara və uzun 4 m, eni 4 m , hündürlüyü 2.8 m olan yarımtikili evə baxış keçirildiyi, bu tikinti barədə Ülviyyə Hadıyevaya xəbərdarlıq olunması, işlərin dayandırılması, yuxarıda göstərilən qeyri-qanuni tikinti barəsində tədbir görülməsi üçün köməklik göstərilməsi xahiş olunmuşdur. İşdə olan “Abşeron” Magistral X14 Fövqəİadə Hallar Nazirliyi, Sənayedə X6 və X8 Agentliyinə və Sumqayıt şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli, MV- 01/620 saylı və xx.xx.2022-ci il tarixli, MV-01/621 saylı məktublarından görünür ki, “SOCAR” “Qaz ixrac" İdarəsinin struktur bölməsi olan Abşeron Magistral X14 istismarında olan “Qaradağ-Sumqayıt” (0530 mm-tik, yerüstü) magistrai qaz kəmərinin 49-cu km-də Sumqayıt şəhəri, Sumqayıt Dəmiryolu yük boşaltma meydançası massivi adlanan ərazidə vətəndaş X4 tərəfindən qaz kəmərindən 3 metr məsafədə, yəni qaz kəmərinin mühafizə zonasında uzunluğu 20 metr, hündürlüyü 1,8 metr olan yarımtikili daş hasar və uzunluğu 4 metr, eni 4 metr, hündürlüyü 2,8 metr ofan yarımtikili fərdi yaşayış evi tikdirməsi məlum olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafızə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinin “a” hissəsinə əsasən, magistral boru kəmərlərinin mühafızə zonalarında hər hansı tikinti və ya quraşdırma işlərinin aparılmasının qadağan edilməsi, boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən Dövlət Neft Şirkətinin yerli orqanları tərəfindən təyin edildiyi və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirildiyi, həmin Qaydaların 2.26-cı yarımbəndinə əsasən, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində, kəmərləri istismar edən hüquqi şəxslərə maksimal kömək göstərməli və Qaydaların tələblərinin bütün hüquqi və fiziki şəxsfər tərəfindən yerinə yetirilməsini təmin etməli, kəmərlərdə qəzaların və onların nəticələrinin ləğv edilməsində yardım göstərməli olduğu bildirilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci, habelə 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.1, 4.2 və 4.3-cü bəndlərini rəhbər tutaraq, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması, qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədilə tikinti işlərinin dayandırılması və tikilinin sökülməsi üçün müvafiq köməklik göstərilməsi xahiş edilmişdir. İşdə olan “Abşeron” Magistral X14 Azərbaycan Respublikasının İqtlsadiyyat Nazirliyi yanında Əmlak Məsələlari Dövlət Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli, MV-01/624 saylı məktubundan görünür ki, SOCAR” “Qaz ixrac" İdarəsinin struktur bölmməsi olan Abşeron Magistral X14 istismarında olan “Qaradağ-Sumqayıt” (0530 mm-tik, yerüstü) magistrai qaz kəmərinin 49-cu km-də Sumqayıt şəhəri, Sumqayıt Dəmiryolu yük boşaltma meydançası massivi adlanan ərazidə vətəndaş X4 tərəfindən qaz kəmərindən 3 metr məsafədə, yəni qaz kəmərinin mühafizə zonasında uzunluğu 20 metr, hündürlüyü 1,8 metr olan yarımtikili daş hasar və uzunluğu 4 metr, eni 4 metr, hündürlüyü 2,8 metr ofan yarımtikili fərdi yaşayış evi tikdirməsi məlum olduğu, magistral qaz kəmərinin mühafizə zonasında vətəndaş X4 tərəfindən aparılan tikinti işləri Azərhaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə zidd olduğu, həmin kəmərlə yüksək təzyiqlə təbii qaz nəql edildiyi, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın müddəalarına əsasən qaz kəmərlərinin, qazpaylayıcı stansiyalarının (QPS), qaztənzimləyici məntəqələrin (QTM), qaz avadanlıqlarının mühafizə tədbirlərindən biri də qaz kəmərləri yerləşən zonaların kənar təsirlərdən qorunması və onların fəaliyyətlərini məhdudlaşdıran maneələrin olmaması bildirilmiş, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəlii Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında” Əsasnamənin 7, 9.5 və 11.1-ci, habelə 2020-cı il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə”sinin 3.0.36-cı bəndini rəhbər tutaraq, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması, qeyd edilən qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədilə tikintinin dayandırılaraq sökülməsi və torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin olub-olmamasının müəyyən edilməsi üçün müvafiq köməklik göstərilməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və Dağ X20 Agentliyinin Sumqayıt Şəhər Polis İdarəsinə, SOCAR "Qaz ixrac” İdarəsinə və Sumqayıt şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, mühafizə zonasının pozulması barədə SOCAR Qaz İxrac İdarəsinin Abşeron Magistral X14 xx.xx.2022-ci il tarixli MV-01/612 və 07 06.2022-ci il tarixli MV-01/620 nömrəli müraciəti ilə əlaqədar Sənayedə işiərin Təhlükəsiz Görülməsi və X11 Agentliyinin əməkdaşı tərəfindən Sahənin nümayəndəsinin ıştirakı ilə yerində baxış keçiridiyi, baxış zamanı ‘Qaradağ-Sumqayıt'' (0530 mm-lik yerüstü magistral qaz kəmərinın 49-cu km-də Sumqayit şəhəri, 'Azərbaycan Dəmir yoıu yük həyəti massiv adlanan ərazidə qaz kəmərin mühafizə zonasında X3 tərəfindən qaz kəmərindən 2 metr məsafədə uzunluğu 30 metr, eni 15 metr hündürlüyü 2 metr olan yarımtikili daş hasar tikilmesi həmçinin “Qaradağ-Sumqayıt' (0530 mm-lik yerüstü magistral qaz Kəmərinin 49-cu km-də Sumqayıt şəhəri, Sumqayıt Dəmiryolu yük boşaltma meydançası massivi adlanan ərazidə qaz kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən qaz kəmərindən 3 metr məsafədə uzunluğu 20 metr hündürlüyü 1.3 metr olan yarımtikili daş hasar və uzunluğu 4 metr, eni 4 metr, hündürlüyü 2.8 metr olan yarımçıq fərdi yasayış evinin tikilməsi faktının təsdiqini tapması bildirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, mühafizə zonasının pozulmasnda təqsiri olan şəxslərın məsuliyyətə cəlb olunması istiqamətində müvafiq tədbirlərin görülməsinn nəticəsı barədə Agentliyə və SOCAR "Qaz ixrac” İdarəsinə məlumat verilməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Abşeron X15 Sahəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci İİ 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin 9.5-ci yarımbəndini nəzərə alaraq, qeyd edilən torpaq sahəsinin özbaşına tutulması (zəbt edilməsi), həmçinin qanunvericilikdə nəzərdə tutulmayan qaydada tikinti işlərinin aparılması hallarının qarşısının alınması məqsədilə həmin şəxslərin müəyyən edilərək barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tədbirlərin görülməsi məqsədilə tərəflərindən məlumatların Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərildiyi bildirilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə «50 m» keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 2.11-ci bəndinin “a” hissəsinə əsasən, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərini aparması qadağandır. Həmin bəndin ikinci abzasına əsasən boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən «Dövlət Neft Şirkətinin yerli orqanları» tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Həmin Qaydaların 2.23-cü bəndinin tələblərinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin Qaydaların 2.27-ci bəndinə görə, bu Qaydaların tələblərinin pozulmasında təqsirkar olan vəzifəli şəxslər və vətəndaşlar respublikanın qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunurlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 2-ci hissəsinə əsasən qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsinə əsasən bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2). Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi iddia tələbinin əsası kimi istinad etdiyi halları- Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və yarımtikili fərdi yaşayış evinin qaz kəmərinin mühafizə zonasında yerləşdiyini sübut edə bilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası xx.xx.2023-cü il tarixli, 10/8189 nömrəli rəyindən görünür ki, baxış zamanı təqdim olunan Sumqayıt şəhəri, Dəmiryolu yükboşaltma meydançası massivi adlanan ərazidə cavabdeh tərəfindən inşa olunmuş yarımçıq tikili və hasar tikilisinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X14 balans və istismarında olan 530 mm diametrli “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (25 atmosfer) yeraltı magistral qaz kəmərindən müvafiq olaraq 9,5 metr və 6 metr məsafələrdə yerləşdiyini nəzərə alaraq, həmin yarımçıq tikilinin və hasar tikilisinin “Qaz Təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarının 2.7-ci bəndinin tələblərinə əsasən yeraltı magistral qaz xəttinin mühafizə zonasında inşa edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X14 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yeraltı magistral qaz kəmərinin Sumqayıt şəhəri, Dəmiryolu yükboşaltma meydançası massivi adlanan ərazidə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən qeyriqanuni inşa edilmiş daş hasar və yarımtikili fərdi yaşayış evi Cavabdeh hesabına sökülməli, tikinti mal-materialları qaz kəmərinin mühafizə zonasından çıxarılmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 100 manat dövlət rusumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X14 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yeraltı magistral qaz kəmərinin Sumqayıt şəhəri, Dəmiryolu yükboşaltma meydançası massivi adlanan ərazidə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və yarımtikili fərdi yaşayış evi Cavabdeh hesabına sökülsün, tikinti mal-materialları qaz kəmərinin mühafizə zonasından çıxarılsın. Cavabdeh ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-241/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-241/2023
10.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver