Məhkəmə qərarları › İş №e-2(060)-2451/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2451/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2451/2024 04.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 8000 manatın, 100 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tərəfindən idarə olunan ** CA *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsisahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə ** KR *** dövlət qeydiyyat nişanlı Hyundai Sonata markalı avtonəqliyyat vasitəsitəsinə zərər vurulmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh1 nəqliyyat vasitəsini sərxoş vəziyyətdə (narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsiredən digər maddələrdən istifadə olunması nəticəsində) idarə etmişdir. Həmçinin, hadisə nəticəsində X2, X3, X4 və Baıramov Marıa xəsarət almışdırlar. ** KR *** dövlət qeydiyyat nişanlı Hyundai Sonata markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkən tərəfindən "xxxx" ASC-yə müraciət etmişdir. Yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilindiyi üçün ** KR *** dövlət qeydiyyat nişanlı Hyundai Sonata markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 6085, manat müəyyən edilmişdir. "xxxx" ASCnin xx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən 5000 manat sığorta ödənişi etibarnamə əsasında zərərçəkənin şəxsi hesabına köçürülmüşdür. Bundan əlavə, xx.xx.2023-cü il tarixli sığorta aktlarına əsasən Baıramov Marıa yüngül xəsarət aldığına görə 750,00 (yeddi yüz əlli manat) manat, X4 yüngül xəsarət aldığına görə 750 (yeddi yüz əlli manat) manat, X3 yüngül xəsarət aldığına görə 750 (yeddi yüz əlli manat) manat, X2 yüngül xəsarət aldığına görə 750, (yeddi yüz əlli manat) manat sığorta ödənişi qanuni əsaslarla X1 şəxsi hesabına köçürülmüşdür. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən ümumilikdə 8000 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin onlar həmin məbləği ödəməmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 etirazla məhkəməyə müraciət edərək etirazı onunla əsaslandırmışdır ki, Cavabdeh1 tərəfindən idarə olunan ** CA *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi xx.xx.2022- ci il tarixində "xxxx" ASC tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə ** KR *** dövlət qeydiyyat nişanlı Hyundai Sonata markalı avtonəqliyyat vasitəsitəsinə zərər vurulmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh1 nəqliyyat vasitəsini sərxoş vəziyyətdə (narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsiredən digər maddələrdən istifadə olunması nəticəsində) idarə etmişdir. Digər əsasa görə isə iddia ərizəsində qeyd edilmişdir ki həmçinin hadisə nəticəsində X2, X3, X4 və Bairamov Mana xəsarət almışdırlar. ** KR *** dövlət qeydiyyat nişanlı Hyundai Sonata markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkən tərəfindən "xxxx" ASC-yə müraciət edilmişdir. Yolnəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilindiyi üçün **-KR-*** dqn-lı Hyundai Sonata markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dar hesabata əsasən 6085 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli "Sığorta aktı”na əsasən 5000 manat sığorta ödənişi etibarnamə əsasında zərərçəkənin şəxsi hesabına köçürülmüşdür. Bundan əlavə, xx.xx.2023-cü il tarixli sığorta aktlarına əsasən Baıramov Marıa yüngül xəsarət aldığına görə 750,00 (yeddi yüz əlli manat) manat, X4 yüngül xəsarət aldığına görə 750 (yeddi yüz əlli manat) manat, X3 yüngül xəsarət aldığına görə 750 (yeddi yüz əlli manat) manat, X2 yüngül xəsarət aldığına görə 750, (yeddi yüz əlli manat) manat sığorta ödənişi qanuni əsaslarla X1 şəxsi hesabına köçürülmüşdür. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən ümumilikdə 8000 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin onlar həmin məbləği ödəməmişdir. Hüquqlarını müdafiə etdiyi Cavabdeh2 münasibətdə iddia təmin edilə bilməz. Belə ki, iddiaçının sığorta təşkilatı olmasını və əsasının ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması lakin hüquqi əsaslandırmanın zərərvurma kimi qiymətləndirməsinə baxdıqda iddianın Cavabdeh2 münasibətdə təmin edilməsi əsassızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, avtomobil Cavabdeh2 mülkiyyətində olsa da, onun hazırda baş verən hadisə ilə əlaqəsi olmadığını, buna görə məsuliyyət daşımadığını bildirdi. İddia tələbinin Cavabdeh2 münasibətdə rədd edilməsini xahiş etdi. Digər Cavabdeh1 Mehman oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - xx.xx.2023 tarixli sığorta aktlarından görünür ki, "xxxx" ASC tərəfindən Baıramov Marıa yüngül xəsarət aldığına görə 750,00 (yeddi yüz əlli manat) manat, X4 yüngül xəsarət aldığına görə 750 (yeddi yüz əlli manat) manat, X3 yüngül xəsarət aldığına görə 750 (yeddi yüz əlli manat) manat, X2 yüngül xəsarət aldığına görə 750, (yeddi yüz əlli manat) manat sığorta ödənişi qanuni əsaslarla X1 şəxsi hesabına köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən 5000 manat sığorta ödənişi etibarnamə əsasında zərərçəkənin şəxsi hesabına köçürülmüşdür - 22.12.2022-ci il tarixli zərər çəkmiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, **-KR-*** dqn-lı Hyundai Sonata markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 6085 manat müəyyən edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası qaydasında sığortalanmış avtomobil Cavabdeh1 tərəfindən idarə olunarkən sığorta hadisəsinə uğramışdır. Həmin sığorta hadisəsi nəticəsində **-KR-*** dqn-lı Hyundai Sonata markalı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı bununla bağlı həmin avtomobilin sahibinə sığorta ödənişi həyata keçirmişdir. Hal-hazırda iddiaçı həmin məbləği cavabdehlərdən tələb edir. Məhkəmə hesab edir ki, Cavabdeh2 münasibətdə iddia təmin edilməməlidir. Belə ki, iddiaçının sığorta təşkilatı olmasını və əsasının ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması lakin hüquqi əsaslandırmanın zərərvurma kimi qiymətləndirməsinə baxdıqda iddianın Cavabdeh2 münasibətdə təmin edilməsi əsassızdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şahadətnaməsində göstərilən əmlakın onun istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.Həmin Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). Bu səbəbdən məhkəmə hesab edir ki, iddia Cavabdeh1 aid hissədə əsaslı olduğu üçün təmin edilməli, iddiaçı tərəfindən **-KR-*** dqn-lı Hyundai Sonata markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyana görə ödənilmiş məbləğ ondan iddiaçının xeyrinə tutulmalıdır. Digər Cavabdeh2 dair hissədə isə iddia tələbi rədd edilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumunun əvəzi və 0,40 manat bank xidməti xərci Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 subroqasiya qaydasında 8000 manat və ödənilmiş 100 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin əvəzi "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar