Məhkəmə qərarları › İş №e-2(060)-2463/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2463/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2463/2024 04.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** №-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 23 sentyabr 2019-cu il, 31 oktyabr 2019-cu il, 23 dekabr 2019-cu il, 12 fevral 2020-ci il və 20 may 2020-ci il tarixlərində “alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 23 sentyabr 2019-cu il tarixli S3K5670065 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1700 manat olan 1 ədəd “Samsung” markalı televizor almış, ilkin ödəniş olaraq 36 manat ödəniş etmiş, nəticədə 1664 manat borc yaranmış, 31 oktyabr 2019-cu il tarixli, S3K5674961 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1700 manat olan 1 ədəd “Samsung” markalı televizor almış, ilkin ödəniş olaraq 68 manat ödəniş etmiş, nəticədə 1632 manat borc yaranmış, 23 dekabr 2019-cu il tarixli, S3K5776388 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1050 manat 1 ədəd “Sony” markalı plesteşin almış, ilkin ödəniş olaraq 0 manat ödəniş etmiş, nəticədə 1050 manat borc yaranmış, 12 fevral 2020-ci il tarixli, S3K5821657 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1170 manat olan 1 ədəd “Sony” markalı plesteşin almış, ilkin ödəniş olaraq 0 manat ödəniş etmiş, nəticədə 1170 manat borc yaranmış və 12 fevral 2020-ci il tarixli, S3K5833773 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2206 manat olan 2 ədəd “Samsung” markalı televizor almış, ilkin ödəniş olaraq 6 manat ödəniş etmiş, nəticədə 2200 manat borc yaranmışdır. Cavabdeh tərəfindən 23 sentyabr 2019-cu il tarixli, S3K5670065 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 10 manat ödəniş edilmiş, 31 oktyabr 2019-cu il tarixli, S3K5674961 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 10 manat ödəniş edilmiş, 23 dekabr 2019-cu il tarixli, S3K5776388 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2021- ci il tarixdə 05 manat ödəniş edilmiş, 12 fevral 2020-ci il tarixli S3K5821657 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 05 manat ödəniş edilmiş və 20 may 2020-ci il tarixli S3K5833773 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 10 manat ödəniş edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı xeyrinə S3K5670065 saylı müqavilə üzrə 1164 manat əsas borc, 349 manat dəbbə pulu, S3K5674961 saylı müqavilə üzrə 1214 manat əsas borc, 364 manat dəbbə pulu, S3K5776388 saylı müqavilə üzrə 765 manat əsas borc, 230 manat dəbbə pulu, S3K5821657 saylı müqavilə üzrə 931 manat əsas borc, 279 manat dəbbə pulu, S3K5833773 saylı müqavilə üzrə 2190 manat əsas borc, 657 manat dəbbə pulu və 102 manat, 102 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 8245 manat pulun tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. İddiaçı məhkəməyə ərizə göndərərək, tələbin təmin edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, S3K5670065 saylı alqı-satqı müqaviləsindən görünür ki, fiziki şəxs İddiaçı ümumi dəyəri 1700 manat olan 1 ədəd «Samsung Led TV» markalı əşyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə, hər ay 70 manat, sonuncu ay 54 manat ödəmək şərtilə ödəməyi öhdəsinə götürmüşdür.

9. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, S3K5774961 saylı alqı-satqı müqaviləsindən görünür ki, fiziki şəxs İddiaçı ümumi dəyəri 1700 manat olan 1 ədəd «Samsung Led TV» markalı əşyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə, hər ay 68 manat ödəmək şərtilə ödəməyi öhdəsinə götürmüşdür.

10. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, S3K5776388 saylı alqı-satqı müqaviləsindən görünür ki, fiziki şəxs İddiaçı ümumi dəyəri 1050 manat olan 1 ədəd «PS4 Pro» markalı əşyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 15 ay müddətinə, hər ay 70 manat ödəmək şərtilə ödəməyi öhdəsinə götürmüşdür.

11. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, S3K5821657 saylı alqı-satqı müqaviləsindən görünür ki, fiziki şəxs İddiaçı ümumi dəyəri 1170 manat olan 1 ədəd «Sony PS4 Pro» markalı əşyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 15 ay müddətinə, hər ay 78 manat ödəmək şərtilə ödəməyi öhdəsinə götürmüşdür.

12. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, S3K5833773 saylı alqı-satqı müqaviləsindən görünür ki, fiziki şəxs İddiaçı ümumi dəyəri 2206 manat olan 2 ədəd «Samsung Led TV» markalı əşyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 20 ay müddətinə, hər ay 110 manat ödəmək şərtilə ödəməyi öhdəsinə götürmüşdür.

13. İş materiallarında olan İddiaçı (“Soliton” LTD) tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23 sentyabr 2019-cu il tarixli S3K5670065 saylı, xx.xx.2019-cu il tarixli S3K5774961 saylı, xx.xx.2019-cu il tarixli S3K5776388 saylı, xx.xx.2020-ci il tarixli S3K5821657 saylı və xx.xx.2020-ci il tarixli S3K5833773 saylı alqı-satqı müqavilələri üzrə xx.xx.2024-cü il tarixə olan qalıq borcu müvafiq olaraq S3K5670065 saylı müqavilə üzrə 1164 manat əsas, 349 manat dəbbə pulu, S3K5674961 saylı müqavilə üzrə 1214 manat əsas, 364 manat dəbbə pulu, S3K5776388 saylı müqavilə üzrə 765 manat əsas, 230 manat dəbbə pulu, S3K5821657 saylı müqavilə üzrə 931 manat əsas, 279 manat dəbbə pulu və S3K5833773 saylı müqavilə üzrə 2190 manat əsas, 657 manat dəbbə pulu və 102 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8245 manat borcu vardır.

14. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı (“Soliton” LTD) ilə Cavabdeh arasında alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyaları cavabdehə vermiş, lakin cavabdeh müqavilələr əsasında müəyyənləşdirilmiş borc məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə Cavabdeh İddiaçı (“Soliton” LTD) qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

17. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

18. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

19. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

20. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

23. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, S3K5670065 saylı müqavilə üzrə 50 manat, S3K5774961 saylı müqavilə üzrə 50 manat, S3K5776388 saylı 40 manat, S3K5821657 saylı müqavilə üzrə 30 manat, S3K5833773 saylı müqavilə üzrə 60 manat məbləğində dəbbə pulu müəyyən edilməlidir.

24. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 84,94 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

26. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 23 sentyabr 2019-cu il tarixli, S3K5670065 saylı müqavilə üzrə 1164 (bir min yüz altmış dörd) manat əsas, 50 (əlli) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, S3K5774961 saylı müqavilə üzrə 1214 (bir min iki yüz on dörd) manat əsas, 50 (əlli) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, S3K5776388 saylı müqavilə üzrə 765 (yeddi yüz altmış beş) manat əsas, 40 (qırx) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli, S3K5821657 saylı müqavilə üzrə 931 (doqquz yüz otuz bir) manat əsas, 30 (otuz) manat dəbbə pulu və xx.xx.2020-ci il tarixli, S3K5833773 saylı müqavilə üzrə 2190 (iki min yüz doxsan) manat əsas, 60 (altmış) manat dəbbə pulu olmaqla, ümumilikdə 6494 (altı min dörd yüz doxsan dörd) manat məbləğində pul və 84,94 (səksən dörd manat, doxsan dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

27. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 23 sentyabr 2019-cu il tarixli, S3K5670065 saylı müqavilə üzrə 1164 (bir min yüz altmış dörd) manat əsas, 50 (əlli) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, S3K5774961 saylı müqavilə üzrə 1214 (bir min iki yüz on dörd) manat əsas, 50 (əlli) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, S3K5776388 saylı müqavilə üzrə 765 (yeddi yüz altmış beş) manat əsas, 40 (qırx) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli, S3K5821657 saylı müqavilə üzrə 931 (doqquz yüz otuz bir) manat əsas, 30 (otuz) manat dəbbə pulu və xx.xx.2020-ci il tarixli, S3K5833773 saylı müqavilə üzrə 2190 (iki min yüz doxsan) manat əsas, 60 (altmış) manat dəbbə pulu olmaqla, ümumilikdə 6494 (altı min dörd yüz doxsan dörd) manat məbləğində pul və 84,94 (səksən dörd manat, doxsan dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar