Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2464/2024 29.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə Y20K5740671 saylı müqavilə üzrə 1020 (min iyirmi) manat əsas borc, 305 (üç yüz beş) manat faiz borcu, Y20K5758514 saylı müqavilə üzrə 2507 (iki min beş yüz yeddi) manat əsas borcu, 751 (yeddi yüz əlli bir) manat faiz borcu, Y20K5817047 saylı müqavilə üzrə 581 (beş yüz səksən bir) manat əsas borc, 174 ( yüz yetmiş dörd) manat faiz borcu və 74 (altmış doqquz) manat məbləğində tərəfimdən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 5412 (beş min dörd yüz on iki) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 23 iyul 2019-cu il, 14 oktyabr 2019-cu il və 23 noyabr 2019-cu tarixində “Alqı- satqı” müqavilələri bağlanmışdır. Cavabdeh 23 iyul 2019-cu il tarixli Y20K5740671 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 3120(üç min yüz iyirmi ) manat olan 1 ədəd “İphone Xs max” markalı telefon almış, ilkin ödəniş olaraq 300 (üç yüz) manat ödəniş etmiş, nəticədə 2820 (iki min səkkiz yüz iyirmi) manat borc yaranmış, 14 oktyabr 2019-cu il tarixli Y20K5758514 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 3540 (üç min beş yüz qırx) manat olan 1 ədəd “Acer” markalı notebook və 1 ədəd “Grundig” markalı fen almış, ilkin ödəniş olaraq 200 (iki yüz) manat ödəniş etmiş, nəticədə 3340 (üç min üç yüz qırx) manat borc yaranmış və 23 noyabr 2019-cu il tarixli Y20K5817047 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 799 (yeddi yüz doxsan doqquz) manat olan 1 ədəd “Riffel” markalı televizor və 1 ədəd “Grundig” markalı fen almış, ilkin ödəniş olaraq 4 (dörd) manat ödəniş etmiş, nəticədə 795 (yeddi yüz doxsan beş) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 23 iyul 2019-cu il tarixli Y20K5740671 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-cu il tarixdə 15 (on beş) manat ödəniş edilmiş, 14 oktyabr 2019-cu il tarixli Y20K5758514 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci ildə 20 (iyirmi) manat ödəniş edilmiş və 23 noyabr 2019-cu il tarixli Y20K5817047 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-cu ildə 5 (beş) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və Y20K5740671 saylı müqavilə üzrə alqı-satqı qiyməti 3120 (üç min yüz iyirmi ) manat olan 1 ədəd “İphone Xs max” markalı telefon üçün ümumilikdə 1020 (min iyirmi) manat ödənilməmiş hissə, 305 (üç yüz beş) manat faiz borcu, Y20K5758514 saylı müqavilə üzrə alqı-satqı qiyməti 3540(üç min beş yüz qırx) manat olan İ ədəd “Acer” markalı notebook və 1 ədəd “Grundig” markalı fen üçün ümumilikdə 2507 (iki min beş yüz yeddi) manat ödənilməmiş hissə, 751 (yeddi yüz əlli bir) manat faiz borcu və Y20K5817047 saylı müqavilə üzrə alqı-satqı qiyməti 799(yeddi yüz doxsan doqquz) manat olan 1 ədəd “Riffel” markalı televizor və 1 ədəd “Grundig” markalı fen üçün ümumilikdə 581 (beş yüz səksən bir) manat ödənilməmiş hissə, 174 ( yüz yetmiş dörd) manat faiz borcu yaranmışdır. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək səhhətində olan probləmlərlə bağlı olaraq məhkəmə iclasında iştirak etməyi mümkün olmayacaqdır. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdib hesab edir ki, iddia tələbi əsasldır və təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № ******* saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 3120 (üç min yüz iyirmi) manat olan “İphone XS MAX 64GB Grey” markalı telefon Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 12 ay müddətinə ayda 235 (iki yüz otuz beş) manat olmaqla ödəməlidir. İşdə olan xx.xx.2019-cu il tarixli № ******* saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 3540 (üç min beş yüz qırx) manat olan 1 ədəd 1 ədəd “Acer” markalı notebook və 1 ədəd “Grundig” markalı fen Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 20 ay müddətinə ayda 167 (bir yüz altmış yeddi) manat olmaqla ödəməlidir. İşə əlavə olan xx.xx.2019-cu il tarixli № RSK5722581 saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 2250 (iki min iki yüz əlli) manat olan 1 ədəd “Riffel” markalı televizor və 1 ədəd “Grundig” markalı fen Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 15 ay müddətinə ayda 53 (əlli üç) manat olmaqla ödəməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh Y20K5740671 saylı müqavilə üzrə 1020 (min iyirmi) manat əsas borc, 305 (üç yüz beş) manat faiz borcu, Y20K5758514 saylı müqavilə üzrə 2507 (iki min beş yüz yeddi) manat əsas borcu, 751 (yeddi yüz əlli bir) manat faiz borcu, Y20K5817047 saylı müqavilə üzrə 581 (beş yüz səksən bir) manat əsas borc, 174 (yüz yetmiş dörd) manat faiz və 74 (yetmiş dörd) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5412 (beş min dörd yüz on iki) manat məbləğində borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Y20K5740671 saylı müqavilə üzrə 1020 (bir min iyirmi) manat əsas borc, 305 (üç yüz beş) manat faiz borcu, Y20K5758514 saylı müqavilə üzrə 2507 (iki min beş yüz yeddi) manat əsas borcu, 751 (yeddi yüz əlli bir) manat faiz borcu, Y20K5817047 saylı müqavilə üzrə 581 (beş yüz səksən bir) manat əsas borc, 174 ( yüz yetmiş dörd) manat faiz borcu və 74 (altmış doqquz) manat məbləğində tərəfimdən ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 5412 (beş min dörd yüz on iki) manattutulması pul vəsaitinin tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-2464/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2464/2024
29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver