Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2470/2022 18.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx"MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, 07.05.2019-cu il tarixli müqaviləyə əsasən alınmış, İMEİ kodu **********24849 HOFFMANN X Ultra markalı telefon, Piko Glass for Hoffmann X-Ultra, Piko cover case for Hoffmann X-Ultra markalı aksesuarla rüçün 110 (yüz on) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 08.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********59787 HOFFMANN X Ultra markalı telefon üçün 66 (altmış altı) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 04.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********40955 Xiaomi Redmi 8 markalı telefon üçün 223 (iki yüz iyirmi üç) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 20.03.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung LED markalı televizor üçün, 445 (dörd yüz qırx beş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 844 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 07.05.2019-cu il, 08.08.2019-cu il və 04.11.2019-cu il, 20.03.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********24849 HOFFMANN X Ultra markalı telefon, Piko Glass for Hoffmann X- Ultra, Piko cover case for Hoffmann X-Ultra markalı aksesuarlar, İMEİ kodu **********59787 HOFFMANN X Ultra markalı telefon, İMEİ kodu **********40955 Xiaomi Redmi 8 markalı telefon və Samsung LED markalı televizor almış və nəticədə 844 (səkkiz yüz qırx dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 414 (dörd yüz on dörd) manat (18 ay x 23 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********24849 HOFFMANN X Ultra markalı telefon, Piko Glass for Hoffmann X-Ultra, Piko cover case for Hoffmann X-Ultra markalı aksesuarlar üçün ümumilikdə, 110 (yüz on) manat olmaqla ondan, 110 (yüz on) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, 08.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 300 (üç yüz) manat (12 ay x 25 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********59787 HOFFMANN X Ultra markalı telefon üçün ümumilikdə, 66 (altmış altı) manat olmaqla ondan, 66 (altmış altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, 04.11.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 432 (dörd yüz otuz iki) manat (12 ay x 36 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********40955 Xiaomi Redmi 8 markalı telefon üçün ümumilikdə, 223 (iki yüz iyirmi üç) manat olmaqla ondan, 223 (iki yüz iyirmi üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, 20.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 525,6 (beş yüz iyirmi beş manat, altmış qəpik) manat (18 ay x 29.2 manat + 0 manat ilkin ödəniş) Samsung LED markalı televizor üçün ümumilikdə, 445 (dörd yüz qırx beş) manat olmaqla ondan, 445 (dörd yüz qırx beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 827,6 manat təşkil edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.05.2019-cu il tarixli, 00649168 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 414 manat olan İMEİ kodu **********24849 HOFFMANN X Ultra markalı telefon, Piko Glass for Hoffmann X-Ultra, Piko cover case for Hoffmann X-Ultra markalı aksesuarlar almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.08.2019-cu il tarixli, 00831784 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 300 manat olan İMEİ kodu **********59787 HOFFMANN X Ultra markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04.11.2019-cu il tarixli, 01026709 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 432 manat olan İMEİ kodu **********40955 Xiaomi Redmi 8 markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.03.2020-ci il tarixli, 20190417 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 525,6 manat olan Samsung LED markalı televizor almışdır. - 07.05.2019-cu il, 08.08.2019-cu il və 04.11.2019-cu il, 20.03.2020-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ kodu **********24849 HOFFMANN X Ultra markalı telefon, Piko Glass for Hoffmann X-Ultra, Piko cover case for Hoffmann X-Ultra markalı aksesuarlar, İMEİ kodu **********59787 HOFFMANN X Ultra markalı telefon, İMEİ kodu **********40955 Xiaomi Redmi 8 markalı telefon və Samsung LED markalı televizor Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 07.05.2019-cu il tarixli müqaviləyə əsasən 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 23 manat olmaqla, İMEİ kodu **********24849 HOFFMANN X Ultra markalı telefon, Piko Glass for Hoffmann X-Ultra, Piko cover case for Hoffmann X-Ultra markalı aksesuarlar almış, alınan malların 414 manat dıyərindən 304 manat ödəniş etmiş, 08.08.2019-cu il tarixli müqaviləyə əsasən 12 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 25 manat olmaqla, İMEİ kodu **********59787 HOFFMANN X Ultra markalı telefon almış, alınan malların 300 manat dəyərindən 234 manat ödəniş etmiş, 04.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********40955 Xiaomi Redmi 8 markalı telefon almış, onun 432 manat dəyərindən 209 manat ödəniş etmiş, 20.03.2020-ci il tarixli müqaviləyə əsasən Samsung LED markalı televizor almış, onun 525,6 manat ümumi dəyərindən cəmi 80,6 manat ödəniş etmiş, nəticədə cavabdehin 844 manat məbləğində borcu yaranmışdır. -"xxxx" MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh 07.05.2019cu il tarixli müqaviləyə əsasən 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 23 manat olmaqla, İMEİ kodu **********24849 HOFFMANN X Ultra markalı telefon, Piko Glass for Hoffmann X-Ultra, Piko cover case for Hoffmann X-Ultra markalı aksesuarlar almış, alınan malların 414 manat dıyərindən 304 manat ödəniş etmiş, 08.08.2019-cu il tarixli müqaviləyə əsasən 12 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 25 manat olmaqla, İMEİ kodu **********59787 HOFFMANN X Ultra markalı telefon almış, alınan malların 300 manat dəyərindən 234 manat ödəniş etmiş, 04.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********40955 Xiaomi Redmi 8 markalı telefon almış, onun 432 manat dəyərindən 209 manat ödəniş etmiş, 20.03.2020-ci il tarixli müqaviləyə əsasən Samsung LED markalı televizor almış, onun 525,6 manat ümumi dəyərindən cəmi 80,6 manat ödəniş etmiş, nəticədə cavabdehin 844 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.05.2019-cu il, 08.08.2019-cu il və 04.11.2019-cu il, 20.03.2020-ci il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyalara görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malın 1298,6 manat ümumi dəyərindən cəmi 827,6 manat ödəniş etmiş və nəticədə 844 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 233, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 07.05.2019-cu il tarixli müqaviləyə əsasən alınmış, İMEİ kodu **********24849 HOFFMANN X Ultra markalı telefon, Piko Glass for Hoffmann X-Ultra, Piko cover case for Hoffmann X-Ultra markalı aksesuarlar üçün 110 (yüz on) manat ödənilməmiş hissə, 08.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********59787 HOFFMANN X Ultra markalı telefon üçün 66 (altmış altı) manat ödənilməmiş hissə, 04.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********40955 Xiaomi Redmi 8 markalı telefon üçün 223 (iki yüz iyirmi üç) manat ödənilməmiş hissə, 20.03.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung LED markalı televizor üçün, 445 (dörd yüz qırx beş) manat ödənilməmiş hissə, ümumilikdə 844 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-2470/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2470/2022
18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver