Məhkəmə qərarları › İş №e-2(060)-2473/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2473/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2473/2022 11.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********21098 olan Samsung Galaxy A30 markalı telefon üçün ödənilməmiş 50 manat borc, İMEİ kodu **********70466 olan Samsung Galaxy A20 markalı telefon üçün ödənilməmiş 74 manat borc, İMEİ kodu **********95256 olan Samsung Galaxy A20s markalı telefon üçün ödənilməmiş 394 manat borc, İMEİ kodu **********46179 olan Samsung Galaxy A10 markalı telefon üçün ödənilməmiş 224 manat borc və HOFFMANN markalı soyuducu üçün ödənilməmiş 755 manat borc olmaqla, ümumilikdə 1497 manat borc və 34.97 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən cavabdeh iddiaçıdan müxtəlif əşyalar almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 746 manat olan ( 12 ay x 58 manat + 50 manat ilkin ödəniş) İMEİ kodu **********21098 olan Samsung Galaxy A30 markalı telefon üçün 50 manat ödənilməmiş hissə, alqı-satqı qiyməti 492 manat olan ( 12 ay x 41 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********70466 olan Samsung Galaxy A20 markalı telefon üçün 74 manat ödənilməmiş hissə, alqı-satqı qiyməti 503 manat olan (12 ay x 41.5 manat + 5 manat ilkin ödəniş) İMEİ kodu **********95256 olan Samsung Galaxy A20s markalı telefon üçün 394 manat ödənilməmiş hissə, alqı-satqı qiyməti 359 manat olan (12 ay x 28 manat + 23 manat ilkin ödəniş) İMEİ kodu **********46179 olan Samsung Galaxy A10 markalı telefon üçün 224 manat və alqı-satqı qiyməti 943.2 manat olan (24 ay x 39.3 manat + 0 manat ilkin ödəniş) HOFFMANN markalı soyuducu üçün 755 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1546.2 manat təşkil edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Tərəflər arasında bağlanmış 15.10.2019-cu il, 12.09.2019-cu il, 11.02.2020-ci il, 11.01.2020-ci il və 11.01.2020-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh iddiaçıdan İMEİ kodu **********21098 olan Samsung Galaxy A30 markalı telefon, İMEİ kodu **********70466 olan Samsung Galaxy A20 markalı telefon, İMEİ kodu **********95256 olan Samsung Galaxy A20s markalı telefon və İMEİ kodu **********46179 olan Samsung Galaxy A10 markalı telefon, HOFFMANN markalı soyuducu almışdır. - Əşyaların təhvil-təslim aktlarından görünür ki, iddia ərizəsində göstərilən əşyalar Cavabdeh təhvil verilmişdir. - "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 ay müddətinə, 50 manat ilkin ödənişlə, aylıq ödəniş 58 manat olmaqla, 746 manat dəyərində İMEİ kodu **********21098 olan Samsung Galaxy A30 markalı telefon almışdır; 12 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 41 manat olmaqla, 492 manat dəyərində İMEİ kodu **********70466 olan Samsung Galaxy A20 markalı telefon almışdır; 12 ay müddətinə, 5 manat ilkin ödənişlə, aylıq ödəniş 41.5 manat olmaqla, 503 manat dəyərində İMEİ kodu **********95256 olan Samsung Galaxy A20s markalı telefon almışdır; 12 ay müddətinə, 23 manat ilkin ödənişlə, aylıq ödəniş 28 manat olmaqla, 359 manat dəyərində İMEİ kodu **********46179 olan Samsung Galaxy A10 markalı telefon almışdır; 24 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 39.3 manat olmaqla, 943.2 manat dəyərində HOFFMANN markalı soyuducu almışdır. - İddiaçının cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasına bağlanmış 15.10.2019-cu il, 12.09.2019-cu il, 11.02.2020-ci il, 11.01.2020-ci il və 11.01.2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh müxtəlif əşyalar almış, onların 3043.2 manat olan ümumi dəyərindən 1546.2 manat ödəniş etmiş və nəticədə 1497 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış 15.10.2019-cu il, 12.09.2019-cu il, 11.02.2020-ci il, 11.01.2020-ci il və 11.01.2020-ci il tarixli əşyanın alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqısatqı müqavilələridir. Borclu götürdüyü əşyalara görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, mallarının 3043.2 manat ümumi dəyərindən 1546.2 manat ödəniş etmiş və nəticədə 1497 manat məbləğində borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 34.97 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İMEİ kodu **********21098 olan Samsung Galaxy A30 markalı telefon üçün 50 manat ödənilməmiş hissə, İMEİ kodu **********70466 olan Samsung Galaxy A20 markalı telefon üçün 74 manat ödənilməmiş hissə, İMEİ kodu **********95256 olan Samsung Galaxy A20s markalı telefon üçün 394 manat ödənilməmiş hissə, İMEİ kodu **********46179 olan Samsung Galaxy A10 markalı telefon üçün 224 manat ödənilməmiş hissə və HOFFMANN markalı soyuducu üçün 755 manat ödənilməmiş hissə olmaqla, cəmi 1497 manat borc və 34.97 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar