Məhkəmə qərarları › İş №e-2(060)-2473/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2473/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2473/2024 19.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh S3K5670701 nömrəli, 22 avqust 2019-cu il tarixli müqavilə üzrə 219 manat əsas, 66 manat dəbbə pulu, S3K5670311 nömrəli, 16 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 1736 manat əsas, 521 manat dəbbə pulu, S3K5776546 nömrəli, 08 noyabr 2019-cu il tarixli müqavilə üzrə 620 manat əsas, 186 manat dəbbə pulu və 54 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3402 manat pulun onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, S3K5670701 nömrəli, 22 avqust 2019cu il tarixli, S3K5670311 nömrəli, 16 oktyabr 2019-cu il tarixli və S3K5776546 nömrəli, 08 noyabr 2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviİələri bağlanmışdır. S3K5670701 nömrəli müqavilənin 1.1-ci maddəsinə əsasən 404 manat dəyəri olan 1 ədəd "Samsung Galaxy A 10" markalı telefonu Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S3K5670311 nömrəli müqavilənin 1.1-ci maddəsinə əsasən 2208 manat dəyəri olan 1 ədəd "Samsung " markalı televizor və 1 ədəd “beko” markalı mikrodalğalı sobanı Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. S3K5776546 nömrəli müqavilənin 1.1-ci maddəsinə əsasən 840 manat dəyəri olan 1 ədəd "Samsung Galaxy A 50" markalı telefonu Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1,2.2-ci maddəsinə əsasən S3K5670701 nömrəli müqavilə üzrə Alıcı 20 manat ilkin ödəniş olmaqla, qalan 384 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 32 manat olmaqla, hər ayın 21-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən S3K5670311 nömrəli müqavilə üzrə Alıcı 20 manat ilkin ödəniş olmaqla, qalan 384 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 92 manat olmaqla, hər ayın 01-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.Müqavilənin 2.1,2.2-ci maddəsinə əsasən S3K5776546 nömrəli müqavilə üzrə Alıcı 30 manat ilkin ödəniş olmaqla, qalan 810 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 45 manat olmaqla, hər ayın 07-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 %-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir.Müqavilənın 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafıq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun S3K5670701 nömrəli müqavilə üzrə S3K5670701 nömrəli, 219 manat əsas, 66 manat dəbbə pulu, S3K5670311 nömrəli müqavilə üzrə 1736 manat əsas, 521 manat dəbbə pulu, S3K5776546 nömrəli müqavilə üzrə 620 manat əsas, 186 manat dəbbə pulu olmaqla, 806 manat borcu yaranmışdır. Alıcı tərəfindən S3K5670701 nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 5 manat, S3K5670311 nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 10 manat, S3K5776546 nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 10 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş S3K5670701 nömrəli, 22 avqust 2019-cu il tarixli hissəhissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ümumi dəyəri 404 manat dəyəri olan 1 ədəd "Samsung Galaxy A 10" markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş S3K5670311 nömrəli, 16 oktyabr 2019-cu il tarixli hissəhissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ümumi dəyəri 2208 manat dəyəri olan 1 ədəd 1 ədəd "Samsung " markalı televizor və 1 ədəd “beko” markalı mikrodalğalı soba almışdır. İş materiallarına əlavə olunmuş S3K5776546 nömrəli, 08 noyabr 2019-cu il tarixli hissəhissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ümumi dəyəri 840 manat dəyəri olan 1 ədəd "Samsung Galaxy A 50" markalı telefon almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İş materiallarında olan 17 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə S3K5670701 nömrəli, 22 avqust 2019-cu il tarixli müqavilə üzrə 219 manat əsas, 66 manat dəbbə pulu, S3K5670311 nömrəli, 16 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 1736 manat əsas, 521 manat dəbbə pulu, S3K5776546 nömrəli, 08 noyabr 2019-cu il tarixli müqavilə üzrə 620 manat əsas, 186 manat dəbbə pulu və 54 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3402 borcu qalmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında S3K5670701 nömrəli, 22 avqust 2019-cu il tarixli, S3K5670311 nömrəli, 16 oktyabr 2019-cu il tarixli və S3K5776546 nömrəli, 08 noyabr 2019-cu il tarixli müqavilələr bağlanmış, iddiaçı tərəf müqavilələr üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 2575 (219+1736+620) manat əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 773 (66+521+186) manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 80 (10+50+20) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən (təxminən 80 faiz hissədə) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 54 manat dövlət rüsumunun 43 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 11 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə S3K5670701 nömrəli, 22 avqust 2019-cu il tarixli müqavilə üzrə 219 (iki yüz on doqquz manat) manat əsas, 10 (on) manat dəbbə pulu, S3K5670311 nömrəli, 16 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 1736 (bir min yeddi yüz otuz altı) manat əsas, 50 (əlli) manat dəbbə pulu, S3K5776546 nömrəli, 08 noyabr 2019-cu il tarixli müqavilə üzrə 620 (altı yüz iyirmi) manat əsas, 20 (iyirmi) manat dəbbə pulu olmaqla, cəmi 2655 (iki min altı yüz əlli beş) manat borc və ödənilmiş dövlət rüsumunun 43 (qırx üç) manat hissəsi tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar