Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2510/2025 01.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Dövlət Notariat Kontoru, Cavabdeh2 qarşı “vərəsəlik işinə əsasən verilmiş şəhadətnamənin ləğv edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Dövlət Notariat Kontoru, Cavabdeh2 qarşı “vərəsəlik işinə əsasən verilmiş şəhadətnamənin ləğv edilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən, Sumqayıt Şəhər 1 saylı notarius ofisində 11 sentyabr 2012- ci il tarixdə 2V-1509 və 31 yanvar 2013-cü il tarixdə 2V-43 reyestr nömrələri ilə açılmış vərəsəlik işinə əsasən verilmiş şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Vəkil1 tərəfindən xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək bildirmişdir ki, mərhumların 5 övladı vardır. Buna baxmayaraq, miras əmlakı vərəsələr arasında düzgün bölünməmişdir. Məhkəmədən Sumqayıt Şəhər 1 saylı notarius ofisində 11 sentyabr 2012- ci il tarixdə 2V-1509 və 31 yanvar 2013-cü il tarixdə 2V-43 reyestr nömrələri ilə açılmış vərəsəlik işinə əsasən verilmiş şəhadətnamənin ləğvi, miras əmlakının vərəsələr arasında bərabər bölünməsi və yeni şəhadətnamələrin verilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddia tələbini qəbul etmir, tələbi aşağıda sadaladığı hallara görə əsassız hesab edir. Belə ki, mübahisələndirilən şəhadətnamələrdən 11 sentyabr 2012-ci il tarixdə 2V-1509 reyestr nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik şəhadədətməsinə əsasən atası Musayev Elbəy Musa oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilə tam vərəsəlik hüququ tanınaraq mənzil onun mülkiyyətinə keçmişdir. Qeyd edir ki,atası xx.xx.2007-ci ildə vəfat etmişdir.Yəni mirasın açılmasından artıq 18 (on səkkiz) il müddət keçmişdir.Qanunverici mirasın qəbulu üçün 6 ay müddət müəyyən etmişdir ki,vərəsə miras qalmış əmlaka həmin müddətdə faktiki sahiblik etsin və ya notariat orqanına ərizə ilə müraciət etmiş olsun.İddiaçılar miras açılandan sonra həmin mirasın faktiki qəbulu ilə bağlı hər hansı hərəkət etməmişlər və ya rəsmi notariat orqanına ərizə ilə müraciət etmişlər.Atası vəfat edəndən sonra mənzil faktiki onun sahibliyində olmuş, həmin vaxt mənzildə mərhum anası X6,bacısı Tovuz Musayeva və bacısının övladları Vüsalə və Ətraf yaşamışlar. Mənzilin bütün saxlanma kommunal xərclərini anası sağ ikən də özü qarşılamışdır. Mənzillə bağlı vərəsələr olaraq iddiaçılar ilə arasında və ya Tovuzla hər hansı ixtilaf olmamışdır.Çünki atası hələ sağlığında həmin mənzili ona vəsiyyət etmiş,eyni zamanda anasına bacısı Tovuza arxa dayaq olmağı tapşırmışdır. Belə ki, bacısı boşandıqdan sonra 1999-cu ildə ataanasının yaşadığı həmin miras qalmış mənzilə köçüb gəlmişdir.Ona görə də atası vəfat edəndən sonra mənzili onun ixtiyarına vermişdir.Həmişə o, xəstə anasının qayğısına qalmış, anası vəfat edənə kimi ona baxmış yanında yaşamışdır.Mənzilin saxlanmasını hazırkı vaxta kimi Tovuz idarə edir, evin əmlak vergisini, kommunal xərclərinin ödənilməsini və sair işləri mənim adımnan o,həyata keçirir. Miras qalmış mənzilin adına sənədləşməsinə gəldikdə isə bununla bağlı iddiaçılardan İddiaçı2 etibarnamə vermişdir.Həmin etibarnamə əsasında Savatın müraciətinə əsasən vərəsəlik işi açılmış həmin mənzil üzrərində tam paya dair adına Sumqayıt şəhəri 1 saylı notariat ofisində 11 sentyabr 2012-ci il tarixdə 2V-1509 qeyd alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir.Həmçinin mənzilə mülkiyyət hüququna dair çıxarış Savat tərəfindən əldə edilmişdir. Amma iddiaçılar iddia edirlər ki, guya o, yalan məlumat verərək miras əmlakı qəbul etmişdir və sözügedən mənzil üzərində mülkiyyət hüququ əldə edilmişdir. Yuxarıda qeyd etdiyi xüsusatlar Sumqayıt şəhəri 1 saylı notariat ofisinin 11 sentyabr 2012-ci il tarixli 2V-1509 nömrəli vərəsəlik işinin materiallları,həmin vərəsəlik üzrə mirasın predmeti - ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilə dair kommunal xərclərin ödənilməsinə dair qəbzlər, əmlak vergisinə dair ödəniş qəbzləri, 5 saylı MKS-i tərəfindən qonşuların iştirakı ilə tərtib edilmiş akt və sair sübütlarla öz təsdiqini tapır.Həmçinin etirazda qeyd etdiyi xüsusatlarla bağlı məhkəmədə şahidləri ifadə verəcəklər. AR MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı mübahisə edilən vərəsəlik hüquq münasibətləri yarandığı zaman qüvvədə olan AR Mülki Məcəlləsininin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin zaman qüvvədə olan AR Mülki məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263- cü maddələri tətbiq edilir. AR Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsaəsən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Yuxarıda göstərilənlərə əsasən iddia tələbəni əsassız hesab edir, AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 17 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə mərhum Musayev Elbəy Musa oğluna məxsus olmuşdur. xx.xx.2007-ci il tarixdə onun vəfatından sonra sözügedən mənzil onun həyat yoldaşı X2 mülkiyyətinə keçmişdir. 29 iyul 2012-ci ildə Musayeva Yaxşının vəfatından sonra miras əmlakı üzrə vərəsəlik işi açılmışdır. İddiaçılar və cavabdeh bacı-qardaşdırlar. Ailədə 5 bacı-qardaş olmuşlar. Onu bildirmişdirlər ki, valideynlərin vəfatından sonra cavabdeh yalan məlumat verərək miras əmlakını yalnız özü qəbul etmiş və sözügedən mənzili xüsusi mülkiyyətinə keçirmişdir və mənzilə mülkiyyət hüququna dair çıxarış almışdır. İddiaçılar miras əmlakından imtina etmədikləri halda, onlara düşən pay cavabdehə verilmişdir. Cavabdeh ümumiyyətlə sözügedən mənzildə yaşamır. Lakin bu iddiaçıların hüquqlarının pozulmasına maneə deyil. Hesab edilir ki, Sumqayıt şəhəri 1saylı notariat ofisində 11 sentyabr 2012-ci il tarixdə 2V-1509 və 31 yanvar 2013-cü il tarixdə 2V-43 reyestr nömrələri ilə açılmış vərəsəslik işinə əsasən verilmiş şəhadətnamə ləğv olunmalı, miras əmlakı vərəsələr arasında bərabər bölünməli və vərəsələrə yeni vərəsəlik şəhadətnamələri verilməlidir. xx.xx.2025-ci il tarixli iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilən məhkəməyə ərizə daxil olmuşdur. Ərizədə qeyd olunmuşdur ki, icraatda olan hazırki mülki iş üzrə iddia tələbini tam həcmdə müdafiə etməklə yanaşı, həm də iddianın hüquqi əsasına əlavə edirlər. Belə ki, ötən məhkəmə iclasında cavabdeh tərəfin vəkili məhkəməyə vəsiyyətnamə təqdim etmişdir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göründüyü kimi, xeyrinə vəsiyyətnamə olduğu halda, cavabdeh digər vərəsələri mirasda məcburi pay almaq hüququndan məhrum etməyin ən asan yolunu seçərək, notariusla əlbir olmaqla qanun üzrə vərəsəlik açılmasına nail olub və bu yolla bütün mirasa asanlıqla yiyələnibdir. Halbuki, vəsiyyətnamə vardırsa, vəsiyyət üzrə vərəsəlik açılmalıdır, qanun üzrə vərəsəlik açıla bilməz. Odur ki, həm də bu əsasa görə iddia tələbi təmin olunmalıdır. Qeyd olunanlara əsasən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmədiyi halda, işə iştirakı olmadan baxaraq, hazırki ərizəni də nəzərə almaqla mülki işi məhkəmə baxışına təyin etməyi xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. İddia tələbinin əsasını sonradan dəyişdirmişdirlər.Əgər vəsiyyətnamə vardırsa, qanun üzrə vərəsəlik açıla bilməz. Mütləq vəsiyyət üzrə açılmalıdır. Bu işdən də görünü ki, vərəsəlik işi bağlı müraciət edən etibarnamə üzrə müraciə etmişdir. Amma onun özü də vərəsələrdən biri olmuşdur. Qanun üzrə vərəsəlik baxımından yanaşdıqda, ən azından vərəsənin biri ordadır və notarius bunu bilirdi.Bu barədə iltizam almalı idi ki, öz payını qəbul edir və ya etmir. Mülki qanunvericiliyə uyğun olaraq əgər vəsiyyətnamə varsa, qanun üzrə vərəsəlik ola bilməz.Onlar vəsiyyətnamənin olmağını bilməmişdir. Məhkəmə iclasında vəsiyyətnamədən xəbəri olmuşdur. İmtina şifahi halda ola bilməz. Hər bir halda yazılı şəkildə olmalıdır.Bu 3 vərəsələr də o mirasdan məcburi pay alacaqlar. Hal-hazırki vəziyyətdə 3/10 hissəsinə iddia edirlər. Notarius bacısının savadsızlığından istifadə etmişdir. Burda nəsə aldatma, yalan olmuşdur. Vəsiyyətnaməni gizlədiblər ki, aşkara çıxsa məcburi pay alınacaq. Satmaq söhbəti açılanda digər vərəsələr də ayağa qalxmışdır ki, paylarını tələb edirlər. Vəsiyyət üzrə vərəsəlik hüququna hörmət edilir,amma qanun üzrə vərəsəlik hüququna edilmir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 izahatında bildirdi ki, ailədə 5 uşaqdırlar. Hamı evlənib, ayrılıb getmişdir. Valideynləri qeydiyyatda Şahhüseyni saxlayıb ki,ev də Şahhüseynə qalsın. Atası sağ ikən Savat notariusa gedib, evi Şahhüseynin adına keçirsin. O zaman Şahhüseyn Rusiyada olmuşdur. Atası öldükdən sonra qardaşı demişdir ki, gəlib anasının yanında qalsın, bütün xərci çəkəcək. Ev təmirini, kommunal pulunu, zibil pulunu, hər şeyin xərcini qardaşı çəkmişdir. Anası öldükdən sonra Şahhüseyn gəlmişdir. Azad onu aparıb, ölüm kağızını alıb gətirmişdirlər. Şahhüseyn etibarnaməni Savatın adına vermişdir ki, o gedir bütün işləri bacısı Savat görsün.Nə iş görmüşdürsə, Savat etmişdir. Şahhüseynin xəbəri olmamışdır. Söhbət 2022-ci ildən başlamışdır.Şahhüseynin 2 oğlu, Savatında 2 qızı var idi. Savatın qızını Şahhüseynə istəmişdirlər, verməmişdir. O biri bacı qardaşlar yığışıdlar ki, evdən haqlarını tələb etsinlər. O, isə razı olmamış və bildirmişdir ki, Şahhüseynin haqqıdır.Şahhüseyn digər bacı qardaşlarına da pul vermişdir. 2023-cü ildə Şahhüseyn Azadın ürək əməliyyatına 5000 dollar pul vermişdir.O vaxt qız söhbətinə görə Savatla danışmamışdır.2012-ci ildən 2020-ci ilə qədər o ev boş qalmışdır.Şahhüseyn pulu göndərmiş, o da evin xərclərini ödəmişdir. 2020-ci ildə Şahhüseynin göstəişi ilə kirayəyə vermişdir. 2024-cü il 5 dekabr tarixdə bildiriş gəldi ki, evə həbs qoyulmuşdur.Söhbət ondan sonra başlamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, mübahisələndirilən şəhadətnamələrdən 11 sentyabr 2012-ci il tarixdə 2V-1509 reyestr nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik şəhadədətməsinə əsasən Musayev Elbəy Musa oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilə cavabdehin tam vərəsəlik hüququ tanınaraq mənzil tam mülkiyyətimə keçmişdir.Miras qoyan xx.xx.2007-ci ildə vəfat etmişdir.Yəni mirasın açılmasından artıq 18 (on səkkiz) il müddət keçmişdir. Qanunverici mirasın qəbulu üçün 6 ay müddət müəyyən etmişdir ki,vərəsə miras qalmış əmlaka həmin müddətdə faktiki sahiblik etsin və ya notariat orqanına ərizə ilə müraciət etmiş olsun.İddiaçılar miras açılandan sonra həmin mirasın faktiki qəbulu ilə bağlı hər hansı hərəkət etməmişlər və ya rəsmi notariat orqanına ərizə ilə müraciət etmişdirlər. Vərəsəlik işində iddiaçılar tərəfindən mirasın qəbulu faktını təsdiq edəcək hər hansı sübut müəyyən olunmur.Miras açılan zaman və vərəsəlik həyata keçirilən vaxt iddiaçıların həmin miras qalan mənzildə qeydiyyatları olmamış nə də ki,orada yaşamışdırlar.Mirasın qəbul faktını təsdiq edəcək hər hansı bir sübüt ( mənzilin kommunal xərclərinin ödənişi,əmlak vergisi və ya mənzilin saxlanması il bağlı hər hansı bir qəbz,arayış və sair sənəd ) iddiaçılar məhkəməyə təqdim etməmişlər.Məhkəməyə təqdim etdiyimiz miras qalan mənzilə dair əmlak vergisi, kommunal xərclərinin ödənilməsinə dair qəbzlərdən və mənzil kommunal idarəsi tərəfində qonşuların iştirakı ilə tərtib edilmiş akt göstərir ki,miras mənzil faktiki olaraq cavabdeh tərəfindən qəbul edilmiş və onun mülkiyyətindədir.Vərəsəlik işindən həmçinin müəyyən olunur ki, miras qalmış mənzilə dair vərəsəlik hüququ cavabdehin adından etibarnamə ilə məhz iddiaçılardan İddiaçı2 tərəfindən həyata keçirilmişdir.Eyni zamanda iddia ərizəsinə əlavə olunmuş miras əmlaka dair cavabdehin adına dövlət qeydiyyatına alınmış xx.xx.2012-ci il tarixli çıxarış sübut edir ki,iddiaçıların miras əmlak üzərində cavabdeh tərəfindən vərəsəlik hüququnun həyata keçirilməsindən xəbərdar olmuşdurlar.Bu barədə iddiaçılar bildikləri halda hər hansı etiraz və ya məhkəmə mübahisəsi açmamışlar.Vərəsəlik şəhadətnaməsi verilən vaxtdan 12 ildən sonra onu mübahisələndirmişlər.Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən olunur ki,tərəflər arasında miras əmlakla bağlı hər hansı ixtilaf olmamışdır.İddiaçılar ilə cavabdeh arasında münasibətlər 2022-ci ildə pisləşmişdir.Belə ki,İddiaçı2 oğlu ilə cavabdehin qızı arasında nikahın bağlanması baş tutmamışdır.Bu səbəbdən iddiaçılar mirasa dair mübahisə açmaq qərarına gəlmişlər.Həmçinin işdə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cavabdeh təfəfində iştirak edən şəxs Tovuz Musayevanı da mübahisəyə iddiaçı qismində qoşulmağı təklif etmişlər.İddiaçılar tərəfindən iddianın hüququ əsası kimi AR Mülki Məcəllənin 1133.2-ci maddəsinə istinad etməsinə gəldikdə,qeyd edim ki,cavabdeh tərəfindən miras əmlak üzərində hüquququn vəsiyyət üzrə vərəsəlik qaydasında deyil qanun üzrə vərəsəlik qaydasında həyata keçirməsi iddiaçıların vərəsəliklə bağlı hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmamış və ya onları miras əmlakda paydan məhrum etməsinə əsas yaratmamışdır.Mirasın qəbulu ilə bağlı əsas iddiaçılar üçün qanun üzrə vərəsə olaraq mirasın açıldığı vaxtdan yaranmışdır ki,onlarda mirasın tam şəkildə cavabdehin adına müəyyən olunmasına etiraz etməmiş, qanunvericiliklə müəyyən olunmuş müddətdə mirası nə formal nə də ki,faktiki qəbul etmişlər.Mirasın açılmasından xəbərləri olmuşdur.Belə ki,hər üç iddiaçı Sumqayıt şəhərində yaşadıqlarını,miras qoyanın dəfnində və yas mərasimlərində iştirak etmələrini məhkəmə zamanı bildirmişlər. Bu hal işdə mübahisə doğurmamışdır.Cavabdehin adından mirasın qəbulu ilə bağlı notariat hərəkətlərində bilavasitə İddiaçı2 iştirak etmişdir.Tərəflər arasında mübahisənin olmamasını bu hal bir daha təsdiq edir.Tərəflər arasında mübahisə olmuş olsa idi, cavabdeh hüququnun məhz vəsiyyət üzrə həyata keçirilməsində maraqlı olardı ki, onunla bərabər mirasda pay hüququna malik olan iddiaçıları həmin hüquqdan məhrum etməklə onları yalnız məcburi pay hüququna möhtac qoyardı.Göründüyü kimi, iddiaçılar miras əmlakda pay hüququna cavabdehlə bərabər şəkildə malik olduğu halda miras paylarını qəbul etməmişlər,susmuşdurlar. Hazırda isə cavabdehin adına qoyulan vəsiyyətnamənin mövcud olmasını bəhanə gətirərək guya vərəsəlik hüquqlarının pozulduğunu əsas gətirirlər. Bir sözlə cavabdehin miras üzərində hüququnun qanun üzrə rəsmiləşdirilməsi iddiaçıların vərəsə olaraq mirası qəbul etmə imkanlarını məhdudlaşdırmamış, vərəsəlik hüquqlarının həyata keçirilməsinə xələl gətirməmişdir.Odur ki,AR Mülki Məcələsininin 1133.2-ci maddəsində nəzərdə tululan tələb iddiaçıların hüquq və maraqların qorunması baxımınnan hazırki iş üzrə əhəmiyyət kəsb etmir.Heasab edirəm ki,həmin maddi normaya əsasən vərəsəlik şəhadətnaməsinin ləğv edilməsinə iddaiçıların hazırki mübahisə üzrə subyektiv hüquqları yoxdur.Vəsiyətnamə iddiaçılardan hər hansı birinə verilmiş olsaydı iş üçün əhəmiyyət kəsb edərdi.Əlavə olaraq bildirirəm ki,vərəsəlik şəhadətnaməsinin həmin hüquqi əsasa istinadən ləğvi mahiyyətcə mirasın qəbul faktına təsir göstərməyəcəkdir.Çünki iddiaçılar qanuni vərəsə olaraq mirasın qəbulunu hazırki mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan qanunvericikdə nəzərdə tutulmuş müddətdə qəbul etməmişlər.Eyni zamanda mirasın cavabdeh tərəfindən qəbul edilərək miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsindən xəbərdar olmuşlar,qanunvericikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişlər. Hazırki işin halları ilə müəyyən olunur ki,iddiaçılar vərəsəlik haqqında şəhadətnamənin verilməsindən xəbərdar olmuşlar,hətta vərəsəlik işi ilə bağlı notariat hərəkətlərində cavabdehin adından verilmiş etibarnamə ilə İddiaçı2 iştirak etmişdir.Həmçinin iddiaçılar iddia ərizəsinə həmin vərəsəlik şəhadətməsinə əsasən cavabdehin adına dövlət qeydiyyatına alınmış mənzilə dair xx.xx.2012-ci il tarixli çıxarışı və texniki pasportu əlavə etmişlər.Odur ki,bu hallar sübüt edir ki,iddiaçılar cavabdeh tərəfindən mirasın qəbul edilməsini və vərəsəlik haqqında şəahadətnamənin verilməsini bildikləri halda həmin gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malik olduğu halda mübahisəni 12 ildən sonra açmışlar. Həmin müddət keçdiyindən hesab edirəm iddiaçılar bu hüququ artıq itirmişlər. İddia tələbəni əsassız hesab edir və məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Dövlət Notariat Kontoru, Cavabdeh2 iştirak etməmişdirlər və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan Cavabdeh2 tərəfindən verilən ərizədən görünür ki, mərhum anası X2 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakının ona çatan hissəsini qəbul etməmiş, etmir və bu barədə gələcəkdə də hər hansı bir iddia qaldırmayacaqdır. İş materiallarında olan 16 fevral 2025-ci il tarixli, 408 nömrəli AR Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Notariat ofisindən Vəkil1 ünvanlanan ərizəyə cavabdan görünür ki, vərəsəlik hüququ haqqında şəhadətnamə notarius tərəfindən ləğv edilə bilməz. Belə ki, qanunvericiliklə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi və ya etibarsız hesab edilməsi məhkəmənin səlahiyyətidir. Bu səbəbdən məhkəməyə müraciət eməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 550890 nömrəli, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 29 iyul 2012-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2012 ilin 08 ayının 08 günündə 1215 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 279211 nömrəli, Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Musayev Elbəy Musa oğlu xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2007 ilin okyabr ayının 23 günündə 1538 № ilə qeyd edilmişdir. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seryalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1, 17 nömrəli mənzil Cavabdeh2 adına əsmiləşdirilmişdir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 189 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Ərazi İdarəsinin texniki pasportundan görünür ki, ünvan 1, 17 nömrəli mənzil Cavabdeh2 adınadır. İş materiallarında olan xx.xx.2024-cı il tarixli bildirişindən görünür ki, ünvan 1, 17 nömrəli mənzilin vergi ödəyicisi Cavabdeh2dur. İş materiallarında olan AR Ədliyyə Nazirliyinin Sumqayı regional Vəkil bürosuna ünvanlanan müraciətə cavabdan görünür ki, elektron notariat informasiya sistemindəki araşdırma nəticəsində müəyyən olunmuşur ki, mərhum E.Musayev barəsində xx.xx.2012-ci il tarixində və mərhum Y.Musayeva barəsində isə xx.xx.2013-cü il tarixində Sumqayıt şəhər 1 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci ildə vəfat etmiş, ünvan 1, 17 nömrəli mənzildə yaşamış Musayev Elbəy Musa oğlunun vərəsəsi ünvan 1, 17 nömrəli mənzildə qeydiyyatda olan oğlu Cavabdeh2 miras əmlakdan tam pay irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt şəhər Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli, 14/4404 №-li arayışına və AR Sumqayıt şəhər texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş reyestr kitabı № 14, invertar iş №-si 9151 olan qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi-59.69 kv.m, yaşayış sahəsi 47.05 kv.m, yardımçı sahəsi-12.64 kv.m olan 3 otaqlı 17 nömrəli mənzildən ibarətdir. İş materiallarında olan ƏN-İ sriyalı, 312170 nömrəli etibarnamədən görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, məhəllə 18, ev 6/27 B, mənzil 3-də yaşayan İddiaçı2 harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hərəkətləri etmək barədə etibarnamə vermişdir. İş materiallarında olan daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışdan görünür ki, İddiaçı2 ünvan 1, 17 nömrəli mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan arayışdan görünür ki, mərhum Musayev Elbəy Musa oğlu ünvan 1, 17 nömrəli mənzildə yaşayır. Mənzil 3 otaqlıdır, sahəsi 47.05 kv.metrdir. İş materiallarında olan BA seriyalı, 156886 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadənaməsinin surətindən görünür ki, Cavabdeh2 adına ünvan 1, 17 nömrəli mənzil "xxxx" sığorta şirkəti ASC tərəfindən sığorta olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər 2 saylı Notariat Kontorunun Musayev Elbəy Musa oğlunun vəsiyyətnaməsindən görünür ki, ünvan 1, 17 nömrəli mənzildə qeydiyyatda olan Musayev Elbəy Musa oğlu ölən günədək ona məxsus olan, bütün əmlakı oğlu X11 oğluna vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 5 saylı MKS-nin sahə ustası X1, ünvan 1, 23 nömrəli mənzildə qonşu X8, ünvan 1, 16 nömrəli mənzildə qonşu X4 təsdiq etmişdilər ki, ünvan 1, 17 nömrəli mənzildə Cavabdeh2, Musayev Elbəy Musa oğlu, X6 göstərilən ünvanda 1988-ci ildən yaşamışdırlar.X9, qızı X5, oğlu X10 göstərilən ünvanda Musayev Elbəy Musa oğlu vəfat etdikdən sonra X6 ilə birlikdə yaşamışdırlar. X2 vəfatından bir müddət sonra X9 uşaqları ilə birlikdə köçüb öz evlərinə getmişdir. Həmin vaxtdan mənzildə daim yaşayan olmamışdır.Mənzilə Tovuz nəzarət etmişdir.Son 4-5 ildir ki, mənzil kirayədədir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir.Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29cu maddəsinin İİİ hissəsindən irəlı gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Musayev Elbəy Musa oğlu ünvan 4 ünvanında yerləşən 17 nömrəli mənzilini Cavabdeh2 vəsiyyət etmiş, nəticədə Cavabdeh2 xx.xx.2007-ci il tarixli vəsiyyətnamə verilmiş, mübahisə yaranmamış, daha sonra qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Hazırda iddiaçılar həmin qanun üzrə vərəsəlik şəhadətnaməsini mübahisələndirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Vərəsəlik haqqında mülki qanunvericiliyin müddəalarına görə miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanılması üçün xərc çəkilməsi, vergi ödənilməsi və sair aid etmək olar. Nəzərə alınmalıdır ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 19 fevral 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir (Konstitusiya Məhkəməsainin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarı). Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçılar tərəfindən miras əmlakın mövcudluğundan, ən əsası vəsiyyətnamə və miras əmlakın kim tərəfindən fakitiki qəbulundan məlumatlı olduqları halda, həmin miras əmlakla bağlı mübahisə yaratmadıqları, üzərindən uzun müddət keçdikdən sonra qardaş və bacılar arasında narazılıqların yaranması səbəbindən mübahisələndirmələri məhkəmə tərəfindən əsaslı və qanunvericiliyin tələbinə uyğun sayılmır.İddiaçılar bundan əlavə miras əmlakın fakitiki qəbul etməyərək, miras əmlak cavabdeh tərəfindən qəbul edildikdən, ən əsası şəxsi narazılıq yarandıqdan sonra mübahisələndirmişlər. İş materiallarında olan İddiaçı2 Cavabdeh2 tərəfindən verilmiş ƏN-İ sriyalı, 312170 nömrəli etibarnamədən görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, məhəllə 18, ev 6/27 B, mənzil 3-də yaşayan İddiaçı2 harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hərəkətləri etmək barədə etibarnamə vermişdir. Məhkəmənin qənaətinə görə tərəflər arasında münasibətin yaxşı olduğu vaxtda mübahisə etmədikləri, verilmiş etibarnamə ilə bir daha iddia tələbinin əsassızlığına dəlalət edir. Belə ki, cavabdeh tərəfindən verilmiş etibarnamə ilə bütün əmlakın idarə edilməsi, onun tərəfindən hüquqlarının idarə edilməsinin tapşırılması, sonuncunun belə bir niyyəti olsa belə həmin etibarnamə verilməməsi və ya əksinə iddiaçı istədiyi formada hərəkət etmək imkanın olması müəyyən edilmiş olardı. Məhkəmə hesab edir ki, qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Vərəsəlik haqqında mülki qanunvericiliyin müddəalarına görə miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanılması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aid etmək olar. Nəzərə alınmalıdır ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə hesab edir ki, mülki işdə olan sübutlarla iddiaçıların tələbinin əsaslı olması, mirası faktiki olaraq qəbul etməsi təsdiq edilmədiyindən, verilmiş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi haları sübut etməlidir. Göründüyü kimi, MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci madəssinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən AR Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontorunun notariusu Bünyatov Ə.İ tərəfındən 11 sentyabr 2012-ci il tarixdə Cavabdeh2 adına verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında" Şəhadətnamənin ləğv edilməsi və sair tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında" Şəhadətnamənin ləğv edilməsi və sair tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-2510/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2510/2025
01.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver