Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2512/2025 18.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddiasına diar mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 171,9 manat əsas, 25,7 manat cərimə, cəmi 197,6 manat borc, xx.xx.2024-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 415,9 manat əsas, 62,3 manat cərimə, cəmi 478,2 manat borc, xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 198,5 manat əsas, 29,7 manat cərimə, cəmi 228,2 manat borc, xx.xx.2024ci il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 301,9 manat əsas, 45,2 manat cərimə, cəmi 347,1 manat borc, xx.xx.2024-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 224,9 manat əsas, 33,7 manat cərimə, cəmi 258,6 manat borc, ümumilikdə beş müqavilə üzrə 1313,1 manat əsas, 196,6 manat cərimə, 1509,7 manat cəmi borcun və 35,09 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2024-cü il tarixli, ********* saylı, xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2024-cü il tarixli, ********* saylı və xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilələr bağlanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə alqı-satqı qiyməti 329,90 manat olan smart saat, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə «Honor» markalı mobil telefon, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə «Honor» markalı mobil telefon, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə «Honor» markalı mobil telefon və xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə smart saat almışdır. Tərəflər xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 18 ay müddətində hər ay 19 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 12 ay müddətində hər ay 42 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 18 ay müddətində hər ay 20 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 18 ay müddətində hər ay 18 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 12 ay müddətində hər ay 25 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişdirlər. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024cü il tarixində 19 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixində 42 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixində 42 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixində 18 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə xx.xx.2025-ci il tarixində 25 manat məbləğində son ödəniş edilmişdir. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 171,90 manat ödənilməmiş hissə, 257 manat cərimə, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 415,90 manat ödənilməmiş hissə, 623 manat cərimə, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 198,50 manat ödənilməmiş hissə, 297 manat cərimə, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 301,90 manat ödənilməmiş hissə, 452 manat cərimə, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 224,90 manat ödənilməmiş hissə, 337 manat cərimə borcu yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə 90% güzəşt olunaraq cavabdeh tərəfindən ödənilməli cərimə məbləği beş müqavilə üzrə 25,70 manat, 62,30 manat, 29,70 manat, 45,20 manat, 33,70 manat müəyyən edilmişdir. Cavabdehdən tutulmalı olan cəmi məbləğ 197,60 manat, 478,20 manat, 228,20 manat, 347,10 manat və 258,60 manat təşkil edir.
Tədqiq olunan sübutlar:
3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2024-cü il tarixli, ********* saylı, xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2024-cü il tarixli, ********* saylı və xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələrindən görünür ki, İddiaçı MMC Cavabdeh smart saatlar və «Honor» markalı mobil telefonlar satmağı, Cavabdeh isə bunun müqabilində həmin əşyaların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2023-cü il tarixli məhsulların təhvil-təslim aktından görünür ki, Cavabdeh smart saatı təhvil almışdır.
5. xx.xx.2024-cü il tarixli məhsulların təhvil-təslim aktından görünür ki, Cavabdeh «Honor» markalı mobil telefonu təhvil almışdır.
6. xx.xx.2023-cü il tarixli məhsulların təhvil-təslim aktından görünür ki, Cavabdeh «Honor» markalı mobil telefonu təhvil almışdır.
7. xx.xx.2024-cü il tarixli məhsulların təhvil-təslim aktından görünür ki, Cavabdeh «Honor» markalı mobil telefonu təhvil almışdır.
8. xx.xx.2024-cü il tarixli məhsulların təhvil-təslim aktından görünür ki, Cavabdeh smart saatı təhvil almışdır.
9. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün 13 dekabr 2023-cü il tarixdən 13 aprel 2025-ci il tarixədək hər ay 19 manat, 13 may 2025-ci il tarixində isə 6,99 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişdirlər.
10. xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün 30 iyun 2024-cü il tarixdən 30 aprel 2025-ci il tarixədək hər ay 42 manat, 30 may 2025-ci il tarixində isə 37,99 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişdirlər.
11. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün 13 dekabr 2023-cü il tarixdən 13 aprel 2025-ci il tarixədək hər ay 20 manat, 13 may 2025-ci il tarixində isə 19,09 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişdirlər.
12. xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün 14 iyul 2024-cü il tarixdən 14 noyabr 2025-ci il tarixədək hər ay 18 manat, 14 dekabr 2025-ci il tarixində isə 13,99 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişdirlər.
13. xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün 02 iyun 2024-cü il tarixdən 02 aprel 2025-ci il tarixədək hər ay 25 manat, 02 may 2025-ci il tarixində isə 24,99 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişdirlər.
14. İddiaçı MMC tərəfindən tərtib edilmiş 12 fevral 2025-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 171,9 manat əsas borc, 257 manat cərimə olmaqla, cəmi 428,90 manat borc, xx.xx.2024cü il tarixli alqı-satqı müqaviləsi üzrə 415,9 manat əsas borc, 623 manat cərimə olmaqla, cəmi 1038,90 manat borcu, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 198,5 manat əsas borc, 297 manat cərimə, cəmi 495,50 manat borc, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 301,9 manat əsas borc, 452 manat cərimə olmaqla, cəmi 753,90 manat borc, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 224,9 manat əsas borc, 337 manat cərimə, cəmi 561,90 manat borcu vardır.
15. 17.02.2025-ci il tarixdə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh müqavilələr üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
Məhkəmə baxışının hədləri:
16. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :
- 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
19. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur.
20. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
21. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
22. Hazırki işdə də iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələrin predmeti olan əşyalar cavabdehə təhvil verilmiş, tərəflər ödəniş müddəti və məbləği barədə razılığa gəlmişdirlər.
23. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir.
24. Beləliklə, satıcı, yəni iddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilənin predmeti olan əşyanı cavabdehə təhvil vermiş və onlar öz aralarında ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin alıcı Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyanın dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
25. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
27. Məhkəmə iddianın cavabdehdən cərimələrin tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əlavənin 3-cü bəndində qeyd edilmişdir ki, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir.
28. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək cərimə məbləğinin 60 (altmış) manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.
29. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 171,9 manat, cərimə borcu qismində 10 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 415,9 manat, cərimə borcu qismində 20 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 198,5 manat, cərimə borcu qismində 10 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 301,9 manat, cərimə borcu qismində 10 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 224,9 manat, cərimə borcu qismində 10 manat olmaqla, cəmi 1373 (min üç yüz yetmiş üç) manat, 10 (on) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat, 73 (yetmiş üç) qəpik pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 171,9 manat, cərimə borcu qismində 10 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 415,9 manat, cərimə borcu qismində 20 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 198,5 manat, cərimə borcu qismində 10 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 301,9 manat, cərimə borcu qismində 10 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borc qismində 224,9 manat, cərimə borcu qismində 10 manat olmaqla, cəmi 1373 (min üç yüz yetmiş üç) manat, 10 (on) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat, 73 (yetmiş üç) qəpik pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva