Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2551/2024 11.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi İlkin iddia üzrə iddiaçı - qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı mənəvi zərər və hüquqi xidmətlə əlaqədar çəkilmiş xərc tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1455,73 manat borcun (abonent kodu: **********080) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh(abonent kodu **********080) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2024-cü il tarixinə 1455,73 (min dörd yüz əlli beş manat 73 qəpik) manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında, ona məxsus ev-mənzildə xx/xx/2017-ci il tarixdə quraşdırılmış SSS-15 tipli, 505137 nömrəli, M135003 plomblu və xx/xx/2020-ci ildə quraşdırılmış İSS15M-1 tipli, 713148 nömrəli, C348707 plomblu su sayğaclarının göstəricilərinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Daha sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə İddiaçı ASC-nin ilkin iddia üzrə Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1455,73 manat borcun (abonent kodu: **********080) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ” Azərsu” ASC- nin hesabına ödənilməsi barədə iddiasının rədd edilməsinə, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-dən vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manatın, cəmi 1000 (min) manatın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı “AZƏRSU" ASC-nin ilkin iddia üzrə Cavabdeh qarşı “borcun ödənilməsinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməli və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-dən 500 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun, cəmi 530 manat pulun tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, ilk öncə bildirir ki, Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, ev 48, 8 nömrəli mənzilin özünə heç bir aiddiyyəti yoxdur. Həmin mənzil X2 məxsusdur. Bundan başqa həmin mənzilə görə Cavabdeh ilə “AZƏRSU" ASC-nin arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə heç bir müqavilə olmamış, mənzilə görə müqavilə bağlanılması ilə bağlı iddiaçıya heç vaxt müraciət etməmişdir. Qanunvericiliyin normalarına əsasən suyun verilməsi ilə bağlı ilk öncə istehlakçı tərəfindən yazılı şəkildə müraciət edilməli, su təhcizatı müəssisəsi bu barədə razılıq verməli və bundan sonra isə su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qanunvericiliyin digər tələbinə görə isə su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu su təchizatı sisteminə qoşarkən istehlakçının mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olması tələbini qoymuşdur. Yəni hər hansı bir şəxsin ona aid olmayan obyektə su çəkilməsi ilə bağlı müraciət etmək hüququ olmadığı kimi su təhcizatı müəssisəsinin müraciət edən şəxsin obyektin sahibi olubolmamasını araşdırmalıdır. Qanunvericiliyin digər tələbi isə ondan ibarətdir ki, tərəflər arasında müqavilə olmadığı halda xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri pnların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindın su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Belə ki, iş materiallarında ilkin iddia üzrə iddiaçı ilə ilkin iddia üzrə cavabdeh arasında heç bir müqavilə mövcud olmamış, ilkin iddia üzrə Cavabdeh bununla bağlı qeyd olunan mənzilin su ilə təchiz olunmasına görə heç bir müraciət etməmiş, digər tərəfdən qeyd olunan mənzilin Cavabdeh Heç bir aidiyyəti olmamaqla yanaşı, onun həmin mənzildə yaşaması, mənzilin icarəçisi olması və ya onun tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə etməsi faktı mövcud olmamışdır. Eyni zamanda iddia ərizəsindən də göründüyü kimi tərəflər arasında hər hansı bir müqavilənin bağlanılması ilə bağlı heç bir sübut əlavə olunmamışdır, ki, bütün bunlar bir daha tərəflər arasında müqavilənin olmadığını iddianın əsassız olduğunu sübut etmiş olur. Qanunvericiliyin normalarına görə öhdəlivin yaranması üçün ilk öncə müqavilə bağlanmalı, həmin hər iki tərəfin iradə ifadəsi öz əksini tapmalı, müqavilə onu bağlayan şəxslər tərəfindən imzalanmalıdır ki, iş materiallarında tərəflər arasında imzalanmış hər hansı bır müqavilə olmadığından ilkin iddia üzrə cavabdehin ilkin iddia üzrə iddiaçı qarşısında heç bir öhdəliyi mövcud deyildir. Bundan başqa bildirir ki, oxşar iddialarla İddiaçı ASC tərəfindən Cavabdeh qarşı iddia qaldırılmış, həmin iddialar Sumqayıt Şəhər Məhkəməsi tərəfindən rədd edilmişdir. İddiaçı ASC Cavabdehla aralarında alqı-satqı müqaviləsinin olmadığını bildiyi halda ona qarşı hal-hazırda yuxarıda qeyd olunan mənzilə dair iddia qaldırmaqla kobud şəkildə Cavabdeh hüquqlarını pozmuşdur. Hüquqlarının bərpa olunması və onu məhkəmədə müdafiə etməsi üçün Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil ilə müqavilə bağlamış və tərəfindən 500 (manat) pul ödənilmişdir. Eyni zamanda qarşılıqlı iddia ərizəsi verilməsi üçün 30 manat dövlət rüsumu da ödənilməklə Cavabdeh 530 manat miqdarında maddi ziyan dəymişdir. Bundan başqa ilkin iddia üzrə iddiaçı tərəfindən ona qarşı bilə-bilə məhkəmədə əsassız çoxsaylı iddiaların qaldırılması Cavabdeh hüquqlarını kobud surətdə pozmaqla ona mənəvi sarsıntı, iztirab vermişdir. Ona görə də hesab edir ki, ilkin iddia üzrə iddiaçının bilə-bilə ona qarşı əsassız iddia qaldırması nəticəsində mənəvi iztirab çəkdiyinə görə 500 (beş yüz) manat mənəvi ziyan tutulmalıdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil etirazla məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı - qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X3 ilkin iddia tələbinin təmin edilməklə qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddiaçı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbini qəbul etmədiklərini, qarşılıqlı iddia tələbini müdafiə etdiklərini bildirmiş, qarşılıqlı iddia tələbinin təmin edilməsi və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ilkin iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə qarşılıqlı iddiaçının və onun nümayəndəsi-vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2024-cü il tarixli abonentin kartından görünür ki, Cavabdeh adına olan abonent kartı üzrə ünvan 2 ünvanında 4 nəfər ailə tərkibinə görə sudan istifadəyə görə ümumilikdə 1455,73 manat borc hesablanmışdır. İşdə olan xx.xx.2016-cı il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, həmin müqavilə ünvan 2 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə İddiaçı ASC ilə Cavabdeh Bayramşərif oğlu arasında bağlanılmışdır, müqavilə Cavabdeh Bayramşərif oğlu tərəfindən imzalanmamışdır. Məhkəmə ilkin iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, İddiaçı ASC Abşeron rayonu, Gənclər şəhərciyi, ev 48, 8 saylı mənzilin Cavabdeh adına qeydə alındığına istinad edərək həmin mənzildə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış 1455,73 manat borcun Cavabdeh tutulması barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 5ci maddəsinin 2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. həmin maddənin 3-cü bəndinə əsasən isə su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 30-cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Göründüyü kimi su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödəniş su təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, həmin müqavilə ünvan 2 ünvanında su təchizatı vətullantı sularının axıdılması xidmətlərinə görə İddiaçı ASC ilə Cavabdeh Bayramşərif oğlu arasında bağlanmış, lakin müqavilə Cavabdeh Bayramşərif oğlu tərəfindən imzalanmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə Cavabdeh ata adı Eminalı olduğu halda, sözügedən müqavilədə istehlakçı kimi qeyd edilən şəxsin ata adı Bayramşərifdir. Mübahisəli ünvana dair məhkəməyə təqdim edilmiş abonent kartında isə abonent kimi Cavabdeh adlı şəxs qeyd edilmiş, həmin şəxsin ata adı qeyd edilməmişdir. Müqavilədə cavabdehin ata adının səhv olması texniki yanlışlıq kimi qəbul edilsə belə, məhkəmə hesab edir ki, sözügedən müqavilə Cavabdeh tərəfindən imzalanmadığından həmin sənəd tərəflər arasında yaranmış münasibətləri tənzimləyən və tərəflərin iradə ifadəsini əks etdirən mötəbər sübut kimi qəbul edilə bilməz. İşin qeyd edilən hallarını nəzərə alan məhkəmə hesab edir ki, hazırki halda İddiaçı ASC-nin Abşeron rayonu, Gənclər şəhərciyi, ev 48, 8 saylı mənzildə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış 1455,73 manat borcun Cavabdeh tərəfindən ödənilməsini tələb etmək hüququ yoxdur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun61ci maddəsinin 1-ci bəndinə əsasən isə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh Abşeron rayonu, Gənclər şəhərciyi, ev 48, 8 saylı mənzilin sahibi olmamaqla həmin mənzildə yaşamadığından, mənzildə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcu istifadə faktına əsasən mənzildə həmin xidmətlərdən istifadə edən şəxs ödəməli olduğundan, o cümlədən cavabdehlə iddiaçı arasında mübahisəli mənzilə dair qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmadığından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair ilkin iddiası təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı ərizəsində ilkin iddiaçının ona qarşı iddia qaldırmaqla məhkəməyə müraciət etməsindən ibarət hərəkətləri nəticəsində mənəvi əzab çəkdiyini və bunun nəticəsində ona 500 manat məbləğində mənəvi ziyan dəydiyini bildirsə də, ərizəsinə bu halları təsdiq edən hər hansı sübut əlavə etməmiş, o cümlədən məhkəmə iclasında məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi barədə abonent kimi qeydə alınmış şəxsə qarşı iddia qaldırması cavabdehə mənəvi ziyan vurulmasına gətirib çıxaran təqsirli hərəkət kimi qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Digər tərəfdən məhkəmə cavabdehin iddiaçı ASC tərəfindən ona ayrı-ayrı yeddi ədəd mənzillə bağlı iddia qaldırılması barədə dəlilləri ilə də razılaşmayaraq qeyd edir ki, hazırki mənəvi ziyan tələbinə dair iddia ərizəsi qarşılıqlı iddia formasında verilmişdir. Bu səbəbdən məhkəmə yalnız hazırki ilkin iddia tələbinə münasibətdə mənəvi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsinin qanuni əsaslarını yoxlayıb müvafiq qərar qəbul etmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 500 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir, qarşılıqlı iddiaçı ərizəsində vəkilə hüquqi xidmətə görə ödənilmiş 500 manat pulun da ilkin iddiaçıdan tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh ilkin iddia ilə əlaqədar deyil, məhz qarşılıqlı iddianın verilməsi üçün vəkillə hüquqi yardım haqqında müqavilə bağlamışdır. Belə ki, cavabdehin nümayəndəsi özü də izahatında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmsil etdiyi tərəfə qarşı qaldırılan eyni məzmunlu üç iddianın son nəticədə rədd olunduğunu bildirmişdir. Beləliklə cavabdeh tərəf hazırki ilkin iddia tələbinin uğursuz olma ehtimalını əvvəlcədən bilmiş, buna baxmayaraq vəkillə hüquqi yardım haqqında müqavilə bağlamış və qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilmədiyindən vəkilə hüquqi yardıma görə ödənilən məhkəmə xərci qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbləri təmin edilmədiyindən hər iki iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumları da onların özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1455,73 manat borcun (abonent kodu: **********080) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair ilkin iddia tələbi rədd edilsin. İddiaçı Cavabdeh İddiaçı ASC-dən vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manatın, cəmi 1000 (min) manatın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-2551/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2551/2024
11.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver