Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2553/2024 11.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi»nə dair eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında e-2(060)-1792/2024 saylı mülki iş olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 289,15 (iki yüz səksən doqquz manat, on beş qəpik) manat ödənilməmiş hissə, 28,85 (iyirmi səkkiz manat, səksən beş qəpik) manat cərimə borcu, cəmi 318 (üç yüz on səkkiz) manat, xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 65,83 (altmış beş manat, səksən üç qəpik) manat ödənilməmiş hissə, 6,17 (altı manat, on yeddi qəpik) manat cərimə borcu, cəmi 72 (yetmiş iki) manat, xx.xx.2022-ci il tarixli, 03771993 saylı müqavilə üzrə 653,82 (altı yüz əlli üç manat, səksən iki qəpik) manat ödənilməmiş hissə, 65,18 (altmış beş manat, on səkkiz qəpik) manat cərimə borcu, cəmi 719 (yeddi yüz on doqquz) manat, ümumilikdə 1109 (bir min yüz doqquz) manat məbləğində pul və ödənilmiş 31,09 (otuz bir manat, doqquz qəpik) manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almamışdır. Odur ki, hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Göründüyü kimi, eyni iddiaçının eyni cavabdehə qarşı eyni predmetlə bağlı irəli sürdüyü tələblərə dair məhkəmənin icraatında iş vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153.2.4, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnəm Həxiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-2553/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2553/2024
11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver