Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2555/2024 10.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı-cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh-iddiaçı Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair” və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi zərər tələbi” barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 386,50 manat borcun (abonent kodu: **********370) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı "xxxx" ASC'-nin ilkin iddia üzrə Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 386.50 manat borcun (abonent kodu: **********370) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə iddiasının rədd edilməsinə, qarşılıqlı iddia üzrə cavabdeh "AZƏRSU“ ASC-dən vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin, cəmi 1000 (min) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh "AZƏRSU“ ASC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu **********370) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2024-cü il tarixinə 386 (üç yüz səksən altı) manat 50 (əlli) qəpik borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında, ona məxsus ev-mənzildə xx/xx/2021-ci il tarixdə quraşdırılmış İSS-15 tipli, 507164 nömrəli, C483952 plomblu su sayğacının göstəricilərinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. İddiaçı-cavabdehin nümayəndəsi X3 məhkəmədə iştirak edən zaman eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmədə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil ilkin iddia tələbini qəbul etməyərək qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, ilkin iddia üzrə iddiaçı "AZƏRSU” ASC-nə qarşı qarşılıqlı iddia verərək ilkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin ilkin iddia üzrə Cavabdeh qarşı "borcun ödənilməsi“nə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməli və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASCdən 500 manat maddi zivanın və 30 manat dövlət rüsumunun, cəmi 530 manat pulun tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, ev 29, 37 nömrəli mənzilin ona heç bir aiddiyyatı yoxdur. Həmin mənzil X1 məxsusdur. Bundan başqa həmin mənzilə görə Elmanla "xxxx" ASC-nin arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə heç bir müqavilə olmamış, mənzilə görə müqavilə bağlanılması ilə bağlı iddiaçıya heç vaxt müraciət etməmişdir. "Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Beləliklə qanunvericiliyin istinad edilən normalarından göründüyü kimi suyun verilməsi ilə bağlı ilk öncə istehlakçı tərəfindən yazılı şəkildə müraciət edilməli, su təhcizatı müəssisəsi bu barədə razılıq verməli nə bundan sonra isə su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-salqısı müqavilə əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qanunvericiliyin digər tələbinə görə isə su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu su təchizatı sisteminə qoşarkən istehlakçının mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olması tələbini qoymuşdur. Yəni hər hansı bir şəxsin ona aid olmayan obyektə su çəkilməsi ilə bağlı müraciət etmək hüququ olmadığı kimi su təhcizatı müəssisəsinin müraciət edən şəxsin obyektin sahibi olub-olmamasını araşdırmalıdır. Qanunvericiliyin digər tələbi isə ondan ibarətdir ki, tərəflər arasında müqavilə olmadığı halda xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Beləliklə iş materiallarında ilkin iddia üzrə iddiaçı ilə ilkin iddia üzrə cavabdeh arasında heç bir müqavilə mövcud olmamış, ilkin iddia üzrə Cavabdeh bununla bağlı qeyd olunan mənzilin su ilə ləhciz olunmasına görə heç bir müraciət etməmiş, digər yandan qeyd olunan mənzilin Cavabdeh heç bir aidiyyəti olmamaqla yanaşı, onun həmin mənzildə yaşaması, mənzilin icarəçisi olması və ya onun tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə etməsi faktı mövcud olmamışdır. Eyni zamanda iddia ərizəsindən də göründüyü kimi tərəfər arasında hər hansı bir müqavilənin bağlanılması ilə bağlı heç bir sübut əlavə olunmamışdır ki, bütün bunlar bir daha tərəfər arasında müqavilənin olmadığını iddianın əsassız olduğunu sübut etmiş olur. Beləliklə qanunvericliyin sadalanan normalarına görə öhdəliyin yaranması üçün ilk öncə müqavilə bağlanmalı, həmin hər iki tərəfin iradə ifadəsi öz əksini tapmalı, müqavilə onu bağlayan şəxslər tərəfindən imzalanmalıdır ki, iş materiallarında tərəflər arasında imzalanmış hər hansı bir müqavilə olmadığından ilkin iddia üzrə cavabdehin ilkin iddia üzrə cavabdehin ilkin iddia üzrə iddiaçı qarşısında heç bir öhdəliyi mövcud deyildir. Oxşar iddialarla İddiaçı ASC tərəfindən Cavabdeh qarşı iddia qaldırılmış, həmin iddialar Sumqayıt Şəhər Məhkəməsi tərəfindən rədd edilmişdir. İddiaçı ASC Cavabdehla aralarında alqı-satqı müqaviləsinin olmadığını bildiyi halda ona qarşı hal-hazırda qeyd olunan mənzilə dair iddia qaldırmaqla kobud şəkildə onun hüquqlarını pozmuşdur. Hüquqlarının bərpa olunması və məhkəmədə müdafiə etməsi üçün onunla müqavilə bağlamış və 500 manat pul ödənilmişdir. Eyni zamanda qarşılıqlı iddia ərizəsi verilməsi üçün 30 manat dövlət rüsumu da ödənilməklə ona 530 manat miqdarında maddi ziyan dəymişdir. Bundan başqa ilkin iddia üzrə iddiaçı tərəfindən ona qarşı bilə-bilə məhkəmədə əsassız çoxsaylı iddiaların qaldırılması cavabdehin hüquqlarını kobud surətdə pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Ona görə hesab edir ki, ilkin iddia üzrə iddiaçının bilə-bilə cavabdehə qarşı əsassız iddia qaldırılması nəticəsində mənəvi iztirab çəkməyinə görə 500 (beş yüz) manat məbləğində mənəvi ziyan tutulmalıdır. Məhkəmədə cavabdeh-iddaçının nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi rədd edilməlidir. İşdə olan “abonent kartı”ndan görünür ki, Abşeron, Abşeron Gənclər şəhərciyi, ev 29, mənzil 37 ünvanı üzrə Cavabdeh su və kanalizasiya xidmətləri üzrə yaranmış borcu 386,50 manat təşkil edir. İşə əlavə olan Azərbaycan Respublikası İddiaçı ASC tərəfindən Abşeron, Abşeron Gənclər şəhərciyi, ev 29, mənzil 37–də yaşayan Cavabdeh ünvanladıqları xəbərdarlıq məktubundan müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə su və tullantı su xidmətlərindən istifadəyə görə İddiaçı ASC-yə 386,50 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu yaranmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-412/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-427\2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İşə əlavə olan “X7” MMC-nin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksində ev 29, mənzil 37 ünvanı X1 məxsusdur. İşdə olan xx.xx.2017-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, həmin müqavilə ünvan 5 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə İddiaçı ASC ilə Cavabdeh Bayramşərif oğlu arasında bağlanılmışdır, müqavilə Cavabdeh Bayramşərif oğlu tərəfindən imzalanmamışdır. İddiaçı-cavabdeh İddiaçı ASC Abşeron rayonu, Gənclər şəhərciyi, ev 29, 37 saylı mənzilin Cavabdeh adına qeydə alındığına istinad edərək həmin mənzildə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış 386,50 manat borcun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. həmin maddənin 3-cü bəndinə əsasən isə su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 30-cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Göründüyü kimi su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödəniş su təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, həmin müqavilə ünvan 5 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə İddiaçı ASC ilə Cavabdeh Bayramşərif oğlu arasında bağlanmış, lakin müqavilə Cavabdeh Bayramşərif oğlu tərəfindən imzalanmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə Cavabdeh ata adı Eminalı olduğu halda, sözügedən müqavilədə istehlakçı kimi qeyd edilən şəxsin ata adı Bayramşərifdir. Mübahisəli ünvana dair məhkəməyə təqdim edilmiş abonent kartında isə abonent kimi Cavabdeh adlı şəxs qeyd edilmiş, həmin şəxsin ata adı qeyd edilməmişdir. Müqavilədə cavabdehin ata adının səhv olması texniki yanlışlıq kimi qəbul edilsə belə, məhkəmə hesab edir ki, sözügedən müqavilə Cavabdeh tərəfindən imzalanmadığından həmin sənəd tərəflər arasında yaranmış münasibətləri tənzimləyən və tərəflərin iradə ifadəsini əks etdirən mötəbər sübut kimi qəbul edilə bilməz. İşin qeyd edilən hallarını nəzərə alan məhkəmə hesab edir ki, hazırki halda İddiaçı ASC-nin Abşeron rayonu, Gənclər şəhərciyi, ev 29, 37 saylı mənzildə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış 386,50 manat borcun Cavabdeh tərəfindən ödənilməsini tələb etmək hüququ yoxdur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən isə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh Abşeron rayonu, Gənclər şəhərciyi, ev 29, 37 saylı mənzilin sahibi olmamaqla həmin mənzildə yaşamadığından, mənzildə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcu istifadə faktına əsasən mənzildə həmin xidmətlərdən istifadə edən şəxs ödəməli olduğundan, o cümlədən cavabdehlə iddiaçı arasında mübahisəli mənzilə dair qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmadığından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbini əsassız hesab edir. Belə ki, məhkəmə iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pul cavabdeh-iddiaçıya göstərildiyi üçün cavabdeh-iddiaçının özünə aid edilməli və iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddiaçının mənəvi ziyana görə 500 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfındən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mənəvi zərərin ödənilməsi üçün iddiaçı-cavabdeh cəmiyyətin bilə-bilə cavabdeh-iddiaçıya qarşı əsassız iddia qaldırılması nəticəsində mənəvi iztirab çəkməyi arasında səbəbli əlaqənin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz cavbdeh-iddiaçının üzərinə düşür. Cavabdeh-iddiaçı iddia tələbində cəmiyyətin bilə-bilə ona qarşı əsassız iddia qaldırılması nəticəsində mənəvi iztirab çəkməyi göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz cavabdeh-iddiaçının vəzifəsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,qarşılqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı-cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh-iddiaçı Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair” ikin iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi zərər tələbi” barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu cavabdeh-iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-2555/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2555/2024
10.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver