Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2562/2023 31.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyəti Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********55654 olan “İphone XS”, “X3” kompüteri, İMEİ kodu **********93565 olan “X6 10” markalı telefon üçün 7976,8 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3200 manat olmaqla, İMEİ kodu **********55654 olan “İphone XS” markalı telefon üçün ümumilikdə 2860 manat olmaqla, ondan 2200 manat ödənilməmiş hissə, 660 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2688 manat olan “X4” kompüter üçün ümumilikdə 2620,8 manat olmaqla, ondan 2016 manat ödənilməmiş hissə, 604,8 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2520 manat olmaqla İMEİ kodu **********93565 olan “X6 10” markalı telefon üçün ümumilikdə 2496 manat olmaqla, ondan 1920 manat ödənilməmiş hissə, 576 manat dəbbə pulu təşkil edir. Cavabdehin xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə son ödəniş tarixi xx.xx.2019-cu ildir və cəmi ödədiyi məbləğ 2272 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İmei kodu **********55654 olan “İphone XS” markalı telefon üçün 2200 manat ödənilməmiş hissə, 660 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “X4” kompüter üçün 2016 manat ödənilməmiş hissə, 604,8 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İmei kodu **********93565 olan “X6 10” markalı telefon üçün 1920 manat ödənilməmiş hissə, 576 manat dəbbə pulu, ümumilikdə 7976,8 manat borc və 99,77 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan "xxxx" MMC Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00798588 nömrəli müqavilədən görünür ki, "xxxx" İMEİ kodu **********55654 olan “İphone XS” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 3200 manat pul məbləğini hissə-hissə 16 ay müddətinə hər ay 200 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
8. İş materiallarında olan "xxxx" MMC Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00886705 nömrəli müqavilədən görünür ki, "xxxx" “X3” markalı kompüteri Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 2688 manat pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 224 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
9. İş materiallarında olan "xxxx" MMC Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00952591 nömrəli müqavilədən görünür ki, "xxxx" İMEİ kodu **********93565 olan “X6 10” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 2520 manat pul məbləğini 216 manat ilkin ödəniş etməklə hissə-hissə 12 ay müddətinə hər ay 192 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
10. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 01 mart 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2200 manat əsas, 660 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2016 manat əsas, 604,8 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1920 manat əsas, 576 manat dəbbə pulu olmaqla, ümumilikdə 7976,8 manat ödənilməmiş borcu vardır.
11. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələrüzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyaları cavabdehə vermiş, lakin cavabdeh müqavilələr əsasında müəyyənləşdirilmiş borc məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə Cavabdeh iddiaçı "xxxx" MMC qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
14. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
15. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
16. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
17. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
18. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
19. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
20. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə tələb edilən 660 manat dəbbə pulu azaldılaraq 50 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə tələb edilən 604,8 manat dəbbə pulu azaldılaraq 40 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə tələb edilən 576 manat dəbbə pulu azaldılaraq 30 manat məbləğində dəbbə pulu müəyyən edilməlidir.
21. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, 00798588 nömrəli müqavilə üzrə 2200 (iki min iki yüz) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, cəmi 2250 (iki min iki yüz əlli) manat, xx.xx.2019-cu il tarixli, 00886705 nömrəli müqavilə üzrə 2016 (iki min on altı) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, cəmi 2056 (iki min əlli altı) manat, xx.xx.2019-cu il tarixli, 00952591 nömrəli müqavilə üzrə 1920 (bir min doqquz yüz iyirmi) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, cəmi 1950 (bir min doqquz yüz əlli) manat olmaqla, ümumilikdə 6256 (altı min iki yüz əlli altı) manat məbləğində pul və 99,77 (doxsan doqquz manat, yetmiş yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
22. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
25. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 00798588 nömrəli müqavilə üzrə 2200 (iki min iki yüz) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, cəmi 2250 (iki min iki yüz əlli) manat, xx.xx.2019-cu il tarixli, 00886705 nömrəli müqavilə üzrə 2016 (iki min on altı) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, cəmi 2056 (iki min əlli altı) manat, xx.xx.2019-cu il tarixli, 00952591 nömrəli müqavilə üzrə 1920 (bir min doqquz yüz iyirmi) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, cəmi 1950 (bir min doqquz yüz əlli) manat olmaqla, ümumilikdə 6256 (altı min iki yüz əlli altı) manat məbləğində pul və 99,77 (doxsan doqquz manat, yetmiş yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəbnəm Həxiyeva