Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2584/2022 08.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə BSK4706812 saylı müqavilə üzrə 215 (iki yüz on beş) manat əsas borc, 65 (altmış beş) manat faiz borcu, BSK4707147 saylı müqavilə üzrə 396 (üç yüz doxsan altı) manat əsas borc, 143 (bir yüz qırx üç) manat faiz borcu və 30 (otuz) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu, olmaqla ümumilikdə 849 (səkkiz yüz qırx doqquz) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 05 iyun 2018-ci il və 05 mart 2019-cu il tarixlərində “Alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdeh 05 iyun 2018-ci il tarixli BSK4706812 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 706 (yeddi yüz altı) manat olan 1 ədəd “Altus” markalı soyuducu almış, ilkin ödəniş olaraq 61 (altmış bir) manar ödəniş etmiş, nəticədə 645 (altı yüz qırx beş) manat borc yaranmış və 05 mart 2019-cu il tarixli BSK4707147 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 462 (dörd yüz altmış iki) manat olan 1 ədəd “Samsung Galaxy J4” markalı telefon almış, ilkin ödəniş olaraq 30 (otuz) manat ödəniş etmiş, nəticədə 432 (dörd yüz otuz iki) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 05 iyun 2018-ci il tarixli BSK4706812 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 43 (qırx üç) manat və 05 mart 2019-cu il tarixli BSK4707147 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 36 (otuz altı) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və BSK4706812 saylı müqavilə üzrə alqı- satqı qiyməti 706 (yeddi yüz altı) manat olan 1 ədəd “Altus” markalı soyuducu üçün ümumilikdə 215 (iki yüz on beş) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat faiz borcu yaranmış və BSK4707147 saylı müqavilə üzrə alqı-satqı qiyməti 462 (dörd yüz altmış iki) manat olan 1 ədəd “Samsung Galaxy J4” markalı telefon üçün ümumilikdə 396 (üç yüz doxsan altı) manat ödənilməmiş hissə, 143 (bir yüz qırx üç) manat faiz borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı xeyrinə BSK4706812 saylı müqavilə üzrə 215 (iki yüz on beş) manat əsas borc, 65 (altmış beş) manat faiz borcu, BSK4707147 saylı müqavilə üzrə 396 (üç yüz doxsan altı) manat əsas borc, 143 (bir yüz qırx üç) manat faiz borcu və 30 (otuz) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu, olmaqla ümumilikdə 849 (səkkiz yüz qırx doqquz) manat tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək səhhətində olan probləmlərlə bağlı olaraq məhkəmə iclasında iştirak etməyi mümkün olmayacaqdır. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsasldır və təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli № ******* saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 706 manat olan 1 ədəd “REF Altus ALK 280” markalı soyuducunu Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı soyuducunun qiymətini 15 ay müddətinə ayda 43 manat olmaqla ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № ******* saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 462 manat olan 1 ədəd “Samsung Galaxy J4” markalı mobil telefonu Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı mobil telefonun qiymətini 12 ay müddətinə ayda 36 manat olmaqla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh BSK4706812 saylı müqavilə üzrə 215 (iki yüz on beş) manat əsas borc, 65 (altmış beş) manat faiz borcu, BSK4707147 saylı müqavilə üzrə 396 (üç yüz doxsan altı) manat əsas borc, 143 (bir yüz qırx üç) manat faiz borcu və 30 (otuz) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu, olmaqla ümumilikdə 849 (səkkiz yüz qırx doqquz) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh BSK4706812 saylı müqavilə üzrə 215 (iki yüz on beş) manat əsas borc, 65 (altmış beş) manat faiz borcu, BSK4707147 saylı müqavilə üzrə 396 (üç yüz doxsan altı) manat əsas borc, 143 (bir yüz qırx üç) manat faiz borcu və 30 (otuz) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu, olmaqla ümumilikdə 849 (səkkiz yüz qırx doqquz) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-2584/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2584/2022
08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver