Məhkəmə qərarları › İş №e-2(060)-2586/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2586/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2586/2022 10.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə “HOFFMANN” markalı kondisioner, “Apple” markalı saat, “Samsung Galaxy” markalı saat, “Remington” markalı fen, “Remington” markalı ütü, “Xiaomi” markalı saat, İMEİ kodu **********76697 olan “İphone 11 Pro” markalı telefon üçün ümumilikdə 4147 manat ödənilməmiş hissə və 110,3 manat dövlət rüsumu olmaqla, cəmi 4208,47 manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 04.07.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı satqı qiyməti 1710 manat olan «HOFFMANN» markalı kondisioner üçün 18 ay müddətinə, ilkin ödənişsiz və aylıq 51,3 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 331 manat borcu yaranmışdır. Cavabdehə 57 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 16.01.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı satqı qiyməti 217,2 manat olan «Apple» markalı saatı 12 ay müddətinə, ilkin ödənişsiz və aylıq 110,3 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 331 manat borcu yaranmışdır. Cavabdehə 132 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 31.01.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 615,6 manat olan «Samsung Galaxy» markalı saatı 12 ay müddətinə, ilkin ödənişsiz və aylıq 51,3 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 154 manat borcu yaranmışdır. Cavabdehə 61,2 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 18.02.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqısatqı qiyməti 217,2 manat olan «Remington» markalı feni və «Remington» markalı ütü feni 12 ay müddətinə, ilkin ödənişsiz və aylıq 18,1 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 55 manat borcu yaranmışdır. Cavabdehə 21,6 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 01.10.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 120 manat olan «Xiaomi» markalı saatı 12 ay müddətinə, ilkin ödənişsiz və aylıq 10 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 100 manat borcu yaranmışdır. Cavabdehə 30 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 12.10.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 3511,8 manat olan İMEİ kodu **********76697 olan «İphone 11 Pro» markalı telefonu 18 ay müddətinə, ilkin ödənişsiz və aylıq 195,1 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 3317 manat borcu yaranmışdır. Cavabdehə 936 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. Cavabdehin hər 6 müqavilə üzrə cəmi ödədiyi məbləğ 3351,2 manat təşkil edir. Cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilsə də, o, həmin borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 18.03.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 04.07.2019-cu il tarixli, 00759546 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə «HOFFMANN» markalı kondisioner satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 16.01.2020-ci il tarixli, 20040275 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə «Apple» markalı saatı satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 31.01.2020-ci il tarixli, 20071853 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə «Samsung Galaxy» markalı saatı satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 18.02.2020-ci il tarixli 20111984 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə «Remington» markalı feni və «Remington» markalı ütü feni satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 01.10.2020-ci il tarixli 21219741 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə «Xiaomi» markalı saatı satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 12.10.2020-ci il tarixli 21242816 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə İMEİ kodu **********76697 olan «İphone 11 Pro» markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 04.07.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 95 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 16.01.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 110,3 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 31.01.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 51,3 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 18.02.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 18,1 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 01.10.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 10 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 12.10.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 195,1 manat iddiaçıya ödəməlidir. İş materiallarına əlavə edilmiş 11.03.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 1710 manat olan «HOFFMANN» markalı kondisioner üçün hazırda ümumilikdə 190 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 1520 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 1323,6 manat olan “Apple” markalı saat üçün hazırda ümumilikdə 331 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 992,6 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 615,6 manat olan «Samsung Galaxy » markalı saat üçün hazırda ümumilikdə 154 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 461,6 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 217,2 manat olan «Remington» markalı fen və «Remington» markalı ütü feni üçün hazırda ümumilikdə 55 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 162,2 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 120 manat olan «Xiaomi» markalı saat üçün hazırda ümumilikdə 100 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 20 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 3511,8 manat olan İMEİ kodu **********76697 olan «İphone 11 Pro» markalı telefon üçün hazırda ümumilikdə 3317 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 194,8 manat təşkil edir. İş materiallarında olan 04.07.2019-cu il, 16.01.2020-ci il, 31.01.2020-ci il, 18.02.2020-ci il və 01.10.2020-ci il, 12.10.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən “HOFFMANN” markalı kondisioner, “Apple” markalı saat, “Samsung Galaxy” markalı saat, “Remington” markalı fen, “Remington” markalı ütü, “Xiaomi” markalı saat, İMEİ kodu **********76697 olan “İphone 11 Pro” markalı telefon iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan 14.02.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 61,47 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 4147 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 4147 manatı tələb etməkdə haqlı olmuşdur. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 61,47 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4147 (dörd min yüz qırx yeddi) manat ödənilməmiş hissə və 61 (altmış bir) manat 47 (qırx yeddi) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar