Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2587/2022 17.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə S3K4552913 saylı müqavilə üzrə 368 (üç yüz altmış səkkiz) manat əsas borc, 110 (bir yüz on) manat faiz borcu, S3K4552995 saylı müqavilə üzrə 529 (beş yüz iyirmi doqquz) manat əsas borcu. 158 (bir yüz əlli səkkiz) manat faiz borcu, S3K4577808 saylı müqavilə üzrə 349 (üç yüz qırx doqquz) manat əsas borc, 105 (bir yüz beş) manat faiz borcu və 37(otuz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla olmaqla, ümumilikdə 1656 (bir min altı yüz əlli altı) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 14 noyabr 2018-ci il. 21 noyabr 2018-ci il və 08 yanvar 2019-cu il tarixlərində "Alqı-satqı" müqavilələri bağlanmışdır. Cavabdeh 14 noyabr 2018-ci il tarixli S3K4552913 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 844 (səkkiz yüz qırx dörd) manat olan 1 ədəd "Samsung Galaxy A6" almış, ilkin ödəniş etməmiş, nəticədə 844(səkkiz yüz qırx dörd) manat borc yaranmışdır. 21 noyabr 2018-ci il tarixli S3K4552995 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 909 (doqquz yüz doqquz) manat olan 1 ədəd "Samsung Galaxy A6" markalı telefon almış, ilkin ödəniş olaraq 100 (bir yüz) manat ödəniş etmiş, nəticədə 809 (səkkiz yüz doqquz) manat borc yaranmış və 08 yanvar 2019- cu il tarixli.S3K4577808 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 629 (altı yüz iyirmi doqquz) manat olan 1 ədəd "Samsung Galaxy A3“almış ilkin ödəniş olaraq 30(otuz) manat ödəniş etmiş, nəticədə 599 ( beş yüz doxsan doqquz.) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 14 noyabr 2018-ci il tarixli S3K4552913 saylı müqavilə üzrə sonuncu dəfə 15.10.2019-cu il tarixdə 50 (əlli) manat ödəniş edilmiş, 21 noyabr 2018-ci il tarixli S3K4552995 saylı müqavilə üzrə sonuncu dəfə 27.04.2019-cu ildə 76 (yetmiş altı) manat və 08 yanvar 2019-cu il tarixli S3K4577808 saylı müqavilə üzrə sonuncu dəfə 15.10.2019cu ildə 50(əlli) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə edilən yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və S3K4552913 saylı müqavilə üzrə alqı- satqı qiyməti 844(səkkiz yüz qırx dörd) manat olan 1 ədəd "Samsung Galaxy A6" üçün ümumilikdə 368 (üç yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 110 (bir yüz on) manat faiz borcu, S3K4552995 saylı müqavilə üzrə alqı-satqı qiyməti 909(doqquz yüz doqquz) manat olan 1 ədəd “Samsung Galaxy A6” markalı telefon üçün ümumilikdə 529(beş yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 158 (bir yüz əlli səkkiz) manat faiz borcu və S3K4577808 saylı müqavilə üzrə alqı-satqı qiyməti 629(altı yüz iyirmi doqquz) manat olan 1 ədəd "Samsung Galaxy A3" üçün ümumilikdə 349 (üç yüz qırx doqquz) manat ödənilməmiş hissə, 105 (bir yüz beş) manat faiz borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı iştirak etməmişdir. 26 mart 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini, Cavabdeh cəmi 1656 manat pulun iddiaçının xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, keçən ay və bu ay 50 manat olmaqla 2 dəfə ödəniş etmişdir. Maddi çətinlik çəkdiyi üçün ödənişləri gecikmişdir. Hissə-hissə ödəyə biləcəyini bildirdi. Nəzərə alınmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14.11.2019-cu il, 21.11.2019-cu il və 08.01.2019-cu tarixli müqavilələrdən görünür ki, həmin müqavilələrə əsasən Samsung Galaxy A6 markalı iki ədəd və Samsung Galaxy A3 markalı mobil telefonlar almışdır. - ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı tərəfindən cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 14 noyabr 2018-ci il. 21 noyabr 2018-ci il və 08 yanvar 2019-cu il tarixlərində "Alqı-satqı" müqavilələri bağlanmışdır. Cavabdeh 14 noyabr 2018-ci il tarixli S3K4552913 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 844 (səkkiz yüz qırx dörd) manat olan 1 ədəd "Samsung Galaxy A6" almış, ilkin ödəniş etməmiş, nəticədə 844(səkkiz yüz qırx dörd) manat borc yaranmışdır. 21 noyabr 2018-ci il tarixli S3K4552995 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 909 (doqquz yüz doqquz) manat olan 1 ədəd "Samsung Galaxy A6" markalı telefon almış, ilkin ödəniş olaraq 100 (bir yüz) manat ödəniş etmiş, nəticədə 809 (səkkiz yüz doqquz) manat borc yaranmış və 08 yanvar 2019cu il tarixli.S3K4577808 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 629 (altı yüz iyirmi doqquz) manat olan 1 ədəd "Samsung Galaxy A3“almış ilkin ödəniş olaraq 30(otuz) manat ödəniş etmiş, nəticədə 599 ( beş yüz doxsan doqquz.) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 14 noyabr 2018-ci il tarixli S3K4552913 saylı müqavilə üzrə sonuncu dəfə 15.10.2019-cu il tarixdə 50 (əlli) manat ödəniş edilmiş, 21 noyabr 2018-ci il tarixli S3K4552995 saylı müqavilə üzrə sonuncu dəfə 27.04.2019-cu ildə 76 (yetmiş altı) manat və 08 yanvar 2019-cu il tarixli S3K4577808 saylı müqavilə üzrə sonuncu dəfə 15.10.2019cu ildə 50(əlli) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə edilən yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və S3K4552913 saylı müqavilə üzrə alqı- satqı qiyməti 844(səkkiz yüz qırx dörd) manat olan 1 ədəd "Samsung Galaxy A6" üçün ümumilikdə 368 (üç yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 110 (bir yüz on) manat faiz borcu, S3K4552995 saylı müqavilə üzrə alqı-satqı qiyməti 909(doqquz yüz doqquz) manat olan 1 ədəd “Samsung Galaxy A6” markalı telefon üçün ümumilikdə 529(beş yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 158 (bir yüz əlli səkkiz) manat faiz borcu və S3K4577808 saylı müqavilə üzrə alqı-satqı qiyməti 629(altı yüz iyirmi doqquz) manat olan 1 ədəd "Samsung Galaxy A3" üçün ümumilikdə 349 (üç yüz qırx doqquz) manat ödənilməmiş hissə, 105 (bir yüz beş) manat faiz borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh X1 iddiaçıdan nisyə alqısatqı müqaviləsinə əsasən aldığı məhsul üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 14.11.2018-ci il, 21.11.2018-ci il və 08.01.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən öhdəliklərini icra etməyərək həmin müqavilələrin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərin surətindən görünür ki, cavabdeh 100 manat ödəniş etmişdir. Odur ki, həmin 100 manat məbləğ əsas borc məbləğindən silinməli, iddia tələbi qalan hissədə təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 1556 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 37 manat dövlət rüsumunun 35,56 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 1,81 manat iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh S3K4552913 saylı müqavilə üzrə 368 (üç yüz altmış səkkiz) manat əsas borc, 110 (bir yüz on) manat faiz borcu, S3K4552995 saylı müqavilə üzrə 529 (beş yüz iyirmi doqquz) manat əsas borcu,158 (bir yüz əlli səkkiz) manat faiz borcu, S3K4577808 saylı müqavilə üzrə 249 (iki yüz qırx doqquz) manat əsas borc, 105 (bir yüz beş) manat faiz borcu və 35,19 (otuz beş manat, on doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla olmaqla, ümumilikdə 1554,19 (bir min beş yüz əlli dörd manat, on doqquz qəpik) manat alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh S3K4552913 saylı müqavilə üzrə 368 (üç yüz altmış səkkiz) manat əsas borc, 110 (bir yüz on) manat faiz borcu, S3K4552995 saylı müqavilə üzrə 529 (beş yüz iyirmi doqquz) manat əsas borcu,158 (bir yüz əlli səkkiz) manat faiz borcu, S3K4577808 saylı müqavilə üzrə 249 (iki yüz qırx doqquz) manat əsas borc, 105 (bir yüz beş) manat faiz borcu və 35,19 (otuz beş manat, on doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla olmaqla, ümumilikdə 1554,19 (bir min beş yüz əlli dörd manat, on doqquz qəpik) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rsumunun 1,81 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-2587/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2587/2022
17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver