Məhkəmə qərarları › İş №e-2(060)-2661/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2661/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2661/2022 04.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh Yahya qızına qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.08.2020-ci il tarixli müqavilə üzrə 1126 manat, 25.09.2020-ci il tarixli müqavilə üzrə 17 manat, 08.12.2020-ci il tarixli müqavilə üzrə 151 manat və 27.01.2021-ci il tarixli müqavilə üzrə 604 manat, ümumilikdə 1898 (bir min səkkiz yüz doxsan səkkiz) manat borcun və 38,98 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh Yahya qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış 19.08.2020-ci il tarixli tarixli müqaviləyə əsasən, mobil telefon, noutbuk və çanta, eləcə də qulaqlıq almış və nəticədə mağazaya 1126 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1178 (bir min yeddi yüz yetmiş səkkiz) manat (18 ay x 98,8 manat + 0 manat ilkin ödəniş) olan “Samsung Galaxy A10” markalı mobil telefon, “Acer Aspire 3” markalı noutbuk, “Xiaomi redmi Airdots” markalı qulaqlıq, “Back pack Lenova” markalı çanta üçün ümumilikdə 1126 (bir min yüz iyirmi altı) manat olmaqla, ondan 1126 (bir min yüz iyirmi altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə borcu yaranmışdır. Cavabdeh "xxxx" MMC ilə bağlanmış 25.09.2020-ci il tarixli müqaviləyə əsasən tanometr almış, nəticədə mağazaya 17 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 100,8 (bir yüz manat səksən qəpik) manat ( 6 ay x 16,80+0 manat ilkin ödəniş) olan “Tanometr banurer” üçün ümumilikdə 17 (on yeddi) manat olmaqla, ondan 17 (on yeddi) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 0 manat cərimə borcu yaranmışdır. Cavabdeh "xxxx" MMC ilə bağlanmış 08.12.2020-ci il tarixli müqaviləyə əsasən mobil telefon almış, nəticədə mağazaya 151 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 375,60 (üç yüz yetmiş beş manat altmış qəpik) manat ( 12 ay x 31,3+0 manat ilkin ödəniş) olan “Xiaomi Redmi 9A” markalı mobil telefon üçün ümumilikdə 151 ( bir yüz əlli bir) manat olmaqla, ondan 151 ( bir yüz əlli bir) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 0 manat cərimə borcu yaranmışdır. Cavabdeh "xxxx" MMC ilə bağlanmış 08.12.2020-ci il tarixli müqaviləyə əsasən mobil telefon almış, nəticədə mağazaya 151 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 375,60 (üç yüz yetmiş beş manat altmış qəpik) manat ( 12 ay x 31,3+0 manat ilkin ödəniş) olan “Xiaomi Redmi 9A” markalı mobil telefon üçün ümumilikdə 151 ( bir yüz əlli bir) manat olmaqla, ondan 151 ( bir yüz əlli bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə borcu yaranmışdır. Cavabdeh "xxxx" MMC ilə bağlanmış 27.01.2021-ci il tarixli müqaviləyə əsasən mobil telefon almış nəticədə mağazaya 604 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 658,80 (altı yüz əlli səkkiz manat, səksən qəpik) manat, (12 ay x 54,9 manat + 0 manat ilkin ödəniş) olan “Xiaomi Redmi 9T” markalı mobil telefon üçün ümumilikdə 604 (altı yüz dörd) manat olmaqla, ondan 604 (altı yüz dörd) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə borcu yaranmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1015,6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim güntinə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh Yahya qızı arasında bağlanmış 19.08.2020-ci il tarixli, 21091250 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Yahya qızı "xxxx" MMC-dən “Samsung Galaxy A10” markalı mobil telefon, Acer Aspire 3” markalı noutbuk, “Xiaomi redmi Airdots” markalı qulaqlıq, “Back pack Lenova” markalı çanta almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh Yahya qızı arasında bağlanmış 25.09.2020-ci il tarixli, 21204773 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Yahya qızı "xxxx" MMC-dən “Tanometr Banurer” almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh Yahya qızı arasında bağlanmış 08.12.2020-ci il tarixli, 22114205 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Yahya qızı "xxxx" MMC-dən “Xiaomi Redmi 9A” markalı mobil telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh Yahya qızı arasında bağlanmış 27.01.2021-ci il tarixli, 22235098 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Yahya qızı "xxxx" MMC-dən “Xiaomi Redmi 9T” markalı mobil telefon almışdır İşdə olan 12.02.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh Yahya qızına yazılı bildiriş ünvanlanmışdır. İşdə olan 16 mart 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Yahya qızının "xxxx" MMC-yə qeyd edilən müqavilələr üzrə ümumilikdə 1898 (1126+17+151+ 604) manat ödənilməmiş hissə məbləğində borcu vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 19.08.2020, 25.09.2020, 08.12.2020 və 27.01.2021-ci il tarixli müqavilələr bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələri üzrə yaranmış 1898 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 38,98 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Yahya qızından 19.08.2020-ci il tarixli müqaviləyə əsasən “Samsung Galaxy A10” markalı mobil telefon, “Acer Aspire 3” markalı noutbuk, “Xiaomi redmi Airdots” markalı qulaqlıq, “Back pack Lenova” markalı çanta üçün 1126 (bir min yüz iyirmi altı) manat, 25.09.2020-ci il tarixli müqaviləyə əsasən “Tanometr banurer” üçün 17 (on yeddi) manat, 08.12.2020-ci il tarixli müqaviləyə əsasən “Xiaomi Redmi 9A” markalı mobil telefon üçün 151 (bir yüz əlli bir) manat, 27.01.2021-ci il tarixli müqaviləyə əsasən “Xiaomi Redmi 9T” markalı mobil telefon üçün 604 (altı yüz dörd) manat olmaqla, ümumilikdə 1898 (bir min səkkiz yüz doxsan səkkiz) manat borc və 38,98 (otuz səkkiz manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar