Məhkəmə qərarları › İş №e-2(060)-2686/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2686/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2686/2022 10.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə İMEİ kodu **********47933 olan “X2 8” markalı telefon, “Samsung” markalı paltaryuyan, «Samsung Led» markalı televizor, “HOFFMANN” markalı soyuducu, İMEİ kodu **********60107 olan “X2 8” markalı telefon üçün ümumilikdə 2201 manat ödənilməmiş hissə və 42,01 manat dövlət rüsumu olmaqla, cəmi 2243,01 manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 24.12.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı satqı qiyməti 606 manat olan İMEİ kodu **********47933 olan “X2 8” markalı telefon üçün 20 ay müddətinə, ilkin ödənişsiz və aylıq 30,3 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 402 manat borcu yaranmışdır. Cavabdehə 108 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 25.08.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı satqı qiyməti 543,6 manat olan «Samsung” markalı paltaryuyanı 18 ay müddətinə, ilkin ödənişsiz və aylıq 629,5 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 402 manat borcu yaranmışdır. Cavabdehə 130,2 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 12.01.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1211,4 manat olan «Samsung Led» markalı televizoru 18 ay müddətinə, ilkin ödənişsiz və aylıq 67,3 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 750 manat borcu yaranmışdır. Cavabdehə 221 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 11.01.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 543,6 manat olan «HOFFMANN” markalı soyuducunu 18 ay müddətinə, ilkin ödənişsiz və aylıq 30,2 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 3517,5 manat borcu yaranmışdır. Cavabdehə 99 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 25.03.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 517,5 manat olan İMEİ kodu **********60107 olan “X2 8” markalı telefonu 17 ay müddətinə, ilkin ödəniş 16 manat olmaqla və aylıq 29,5 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 35 manat borcu yaranmışdır. Cavabdehə 95 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır.Cavabdehin hər 5 müqavilə üzrə cəmi ödədiyi məbləğ 1883,5 manat təşkil edir. Cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilsə də, o, həmin borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 29.03.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iş materiallarında olan ünvanına göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1984-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda Sumqayıt şəhəri, H.Z.Tağıyev qsəbəsi, SKZ-3 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 24.12.2019-cu il tarixli, 01154929 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodu **********47933 olan “X2 8” markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 25.08.2019-cu il tarixli, 00868381 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə “Samsung” markalı paltaryuyanı satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 12.01.2020-ci il tarixli, 20033111 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə «Samsung Led» markalı televizoru satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 11.01.2020-ci il tarixli 20028526 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə HOFFMANN” markalı soyuducu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 25.03.2020-ci il tarixli 20201395 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə İMEİ kodu **********60107 olan “X2 8” markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 24.12.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 20 ay müddətində hər ay 30,3 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 25.08.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 67 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 12.01.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 67,3 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 11.01.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 30,2 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 25.03.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 17 ay müddətində hər ay 29,5 manat iddiaçıya ödəməlidir. İş materiallarına əlavə edilmiş 15.03.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 606 manat olan İMEİ kodu **********47933 olan “X2 8” markalı telefon üçün hazırda ümumilikdə 373 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 233 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 1206 manat olan “Samsung” markalı paltaryuyan üçün hazırda ümumilikdə 402 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 804 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 1211,4 manat olan «Samsung Led» markalı televizor üçün hazırda ümumilikdə 750 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 461,4 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 543,6 manat olan HOFFMANN” markalı soyuducu üçün hazırda ümumilikdə 342 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 201,6 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 517,5 manat olan İMEİ kodu **********60107 olan “X2 8” markalı telefon üçün hazırda ümumilikdə 334 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 183,5 manat təşkil edir. İş materiallarında olan 24.12.2019-cu il, 25.08.2019-cu il, 12.01.2020-ci il, 11.01.2020-ci il və 25.03.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən İMEİ kodu **********47933 olan “X2 8” markalı telefonu, “Samsung” markalı paltaryuyanu, «Samsung Led» markalı televizoru, “HOFFMANN” markalı soyuducunu, İMEİ kodu **********60107 olan “X2 8” markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan 15.02.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 42,01 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 2201 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 2201 manatı tələb etməkdə haqlı olmuşdur. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 42,01 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2201 (iki min iki yüz bir) manat ödənilməmiş hissə və 42 (qırx iki) manat 01 (bir) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar