Məhkəmə qərarları › İş №e-2(060)-2692/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2692/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2692/2022 10.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə “Rondel” markalı qazan dəsti, Nevresim takımı, yorgan, battaniye, 2 ədəd yastıq, yastık kılıfı, “Samsung” markalı tozsoran, “Braun” markalı ütü, İMEİ kodu **********96977 olan “Samsung Galaxy A20” markalı telefon, 2 ədəd aksesuar, İMEİ kodu **********62321 olan «Samsung Galaxy A20s» markalı telefon, İMEİ kodu **********48287 olan “Samsung Galaxy A20s” markalı telefon, üçün ümumilikdə 1239 manat ödənilməmiş hissə və 27 manat dövlət rüsumu olmaqla, cəmi 1271,39 manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 19.11.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 238 manat olan «Rondel” markalı qazan dəsti üçün 12 ay müddətinə, ilkin ödəniş 46 manat olmaqla və aylıq 16 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 162 manat borcu yaranmışdır. Cavabdehə 19 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 07.12.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 639 manat olan Nevresim takımı, yorgan, battaniye, 2 ədəd yastıq, yastık kılıfını 12 ay müddətinə, ilkin ödəniş 75 manat olmaqla və aylıq 27 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 162 manat borcu yaranmışdır. Cavabdehə 48 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 18.11.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 486 manat olan «Samsung” markalı tozsoran, “Braun” markalı ütünü 12 ay müddətinə, ilkin ödəniş 90 manat olmaqla və aylıq 33 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 198 manat borcu yaranmışdır. Cavabdehə 59 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 02.09.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 639 manat olan İMEİ kodu **********96977 olan “Samsung Galaxy A20” markalı telefon, 2 ədəd aksesuarı 12 ay müddətinə, ilkin ödəniş 87 manat olmaqla və aylıq 46 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 230 manat borcu yaranmışdır. Cavabdehə 69 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 03.03.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 443,2 manat olan İMEİ kodu **********62321 olan «Samsung Galaxy A20s» markalı telefonu 12 ay müddətinə, ilkin ödəniş 82 manat olmaqla və aylıq 30,1 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 270 manat borcu yaranmışdır. Cavabdehə 81 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 21.03.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 514,8 manat olan İMEİ kodu **********48287 olan “Samsung Galaxy A20s” markalı telefonu 12 ay müddətinə, ilkin ödəniş 126 manat olmaqla və aylıq 32,4 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 323 manat borcu yaranmışdır. Cavabdehə 96 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. Cavabdehin hər 6 müqavilə üzrə cəmi ödədiyi məbləğ 1481 manat təşkil edir. Cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilsə də, o, həmin borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 29.03.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iş materiallarında olan ünvanına göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1972-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 19.11.2019-cu il tarixli, 01062894 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə “Rondel” markalı qazan dəsti satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 07.12.2019-cu il tarixli, 01108168 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə Nevresim takımı, yorgan, battaniye, 2 ədəd yastıq, yastık kılıfı satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 18.11.2019-cu il tarixli, 01060514 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə «Samsung” markalı tozsoran, “Braun” markalı ütü satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 02.09.2019-cu il tarixli 00885065 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə İMEİ kodu **********96977 olan “Samsung Galaxy A20” markalı telefon, 2 ədəd aksesuar satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 03.03.2020-ci il tarixli 20141378 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə İMEİ kodu **********62321 olan «Samsung Galaxy A20s» markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 21.03.2020-ci il tarixli 20193721 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə İMEİ kodu **********48287 olan “Samsung Galaxy A20s” markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 02.09.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 46 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 19.11.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 16 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 07.12.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 27 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 18.11.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 33 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 03.03.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 30,1 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 21.03.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 32,4 manat iddiaçıya ödəməlidir. İş materiallarına əlavə edilmiş 23.03.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 238 manat olan «Rondel” markalı qazan dəsti üçün hazırda ümumilikdə 56 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 182 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 399 manat olan Nevresim takımı, yorgan, battaniye, 2 ədəd yastıq, yastık kılıf üçün hazırda ümumilikdə 162 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 237 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 486 manat olan «Samsung” markalı tozsoran, “Braun” markalı ütü üçün hazırda ümumilikdə 198 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 288 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 639 manat olan İMEİ kodu **********96977 olan “Samsung Galaxy A20” markalı telefon, 2 ədəd aksesuar üçün hazırda ümumilikdə 230 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 409 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 443,2 manat İMEİ kodu **********62321 olan «Samsung Galaxy A20s» markalı telefon üçün hazırda ümumilikdə 270 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 173,2 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 514,8 manat olan İMEİ kodu **********48287 olan “Samsung Galaxy A20s” markalı telefon üçün hazırda ümumilikdə 323 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 191,8 manat təşkil edir. İş materiallarında olan 19.11.2019-cu il, 07.12.2019-cu il, 18.11.2019-cu il, 02.09.2019-cu il və 03.03.2020-ci il, 21.03.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən “Rondel” markalı qazan dəsti, Nevresim takımı, yorgan, battaniye, 2 ədəd yastıq, yastık kılıfı, “Samsung” markalı tozsoranı, “Braun” markalı ütünü, İMEİ kodu **********96977 olan “Samsung Galaxy A20” markalı telefonu, 2 ədəd aksesuarı, İMEİ kodu **********62321 olan «Samsung Galaxy A20s» markalı telefonu, İMEİ kodu **********48287 olan “Samsung Galaxy A20s” markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan 13.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 32,39 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 1239 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 1239 manatı tələb etməkdə haqlı olmuşdur. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32,39 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1239 (min iki yüz otuz doqquz) manat ödənilməmiş hissə və 32 (otuz iki) manat 39 (otuz doqquz) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar