Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2863/2022 21.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 524,4 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1375,2 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 179,8 manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1458,6 manat ödənilməmiş hissə, ümumilikdə 3538 manat borc və 55,38 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçı ilə bağladığı xx.xx.2021-Cİ il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********94391 olan Samsung Galaxy A12 markalı telefon, Lenovo notebook, HOFFMANN Mini soba, Samsung Soyuducu üçün 3538 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixii müqaviləsinə əsasən, alqı-satqı qiyməti 524.4 manat olan İMEİ kodu **********4391 olan Samsung Galaxy A12 markalı telefon üçün ümumilikdə, 524.4 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1399.2 manat olan Lenovo notebook üçün ümumilikdə, 1375.2 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 190.8 manat olan HOFFMANN Mini soba üçün ümumilikdə179.8 manat olmaqla, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1544.4 manat olan Samsung Soyuducu üçün ümumilikdə 1458.6 manat borcu vardır. Tərəflər arasında telefon danışığı, həmçinin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda nübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı ilə bağlı müvafiq qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1986-cı ildə, Zəngilan şəhərində anadan olmuş, hazırda Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 2, otaq 12 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2021 il tarixli, 22375633 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə “Lenovo” markalı notebook satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 76,40 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “Lenovo” markalı notebooku iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22258489 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə “Samsung” markalı soyuducu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 85,80 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “Samsung” markalı soyuducu nu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22270207 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə “Hoffman” markalı mini soba satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 10,60 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “Hoffman” markalı mini sobanı iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22454196 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə “Samsung Galaxy A12” markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “Samsung Galaxy A12” markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdeh alqı-satqı qiyməti 524,4 manat olan “Samsung Galaxy A12” markalı telefon üçün ödəniş etməmiş və 524,4 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 1399,2 manat olan “Lenovo” markalı notebook üçün ilkin ödəniş 24 manat olmaqla, 24 manat ödəniş etmişdir. Cavabdehin 1375,2 borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 190,8 manat olan “Hoffman” markalı mini soba üçün ilkin ödənişsiz, 11 manat ödəniş etmişdir. Cavabdehin 179,8 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 1544,4 manat olan “Samsung” markalı soyuducu üçün ilkin ödənişsiz, 858 manat ödəniş etmişdir. Cavabdehin 1458,6 manat borcu qalmışdır. Ümumilikdə cavabdehin 3538 manat borcu qalmışdır. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 55,38 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin müddəti xx.xx.2022-ci ildə, xx.xx.2021-ci il tarixli müqavilənin müddəti xx.xx.2022-ci ildə, xx.xx.2021-ci il tarixli müqavilənin müddəti xx.xx.2022-ci ildə, xx.xx.2021-ci il tarixli müqavilənin müddəti isə xx.xx.2023-cü ildə bitəcəkdir. Həmin müqavilələrdə cavabdehin müqavilə şərtlərinə əməl etmədiyi təqdirdə iddiaçının bütün müqavilə dövrü üçün hesablanmış borcu tələb edə bilmək hüququ təsbit edilməmişdir. Lakin iddiaçı cavabdehdən müqavilə üzrə əsas borc məbləğini bütövlükdə tələb edir. Belə olan halda iddiaçı müqavilənin ləğv edilməsi tələbini irəli sürmədən bütün müqavilə müddəti üçün nəzərdə tutulmuş əsas borcu tələb edə bilməz. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Belə ki, cavabdehin iddiaçıya olan borcu məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixə kimi hesablanmalı, əsas borca ödənilmiş məbləğlər əsas borcdan çıxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2362,6 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 55,38 manat dövlət rüsumunun 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2362 (iki min üç yüz altmış iki) manat 60 (altmış) qəpik ödənilməmiş hissə və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-2863/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2863/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver