Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2898/2022 02.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü il təvəllüdlü Vəliyev Rafael Süleyman oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1973-cü il təvəllüdlü Vəliyev Rafael Süleyman oğlu onun doğma qardaşıdır. xx.xx.1973-cü il təvəllüdlü Vəliyev Rafael Süleyman oğlu Sumqayıt şəhər 2 nömrəli Xəstəxananın PŞ-nin psixiatrik kabinetində qeydiyyatdadır. Onun diaqnozu belədir: Paranoid şizofreniya fasiləsiz gedişli dərin psixi qüsur halı. Ona görə də xx.xx.1973-cü il təvəllüdlü Vəliyev Rafael Süleyman oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd edir ki, atası Vəliyev Süleyman Fərman oğlu xx.xx.2022-ci ildə, anası X2 xx.xx.2020-ci ildə dünyasını dəyişmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən, ərizəçi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizə ilə eyni məzmunlu izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (SS781159567AZ saylı poçt göndərişinin təqdim olunması barədə xəbərnaməyə əsasən) məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının qarşısının alınması, iddiaçının hüquqlarının vaxtında təmin edilməsinin yubanmaması məqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. X5 Süleyman oğlunun səhhəti buna yol vermədiyindən, o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan AZ İİ 058370 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərinə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 144 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan AZ İİ 243121 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Vəliyev Süleyman Fərman oğlu xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərinə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 60 nömrə ilə qeydə alınmışdır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının xx.xx.2022-ci il tarixli, V-12-099 nömrəli məktubundan görünür ki, X1 qardaşı xx.xx.1973-cü il təvəllüdlü Vəliyev Rafael Süleyman oğlunun üzərində qəyyum təyin edilməsi məqsədəuyğun hesab edilməmişdir. İşdə olan AZE seriyalı 08722842 nömrəli şəxsiyyət vəqisəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Vəliyev Rafael Süleyman oğlu xx.xx.1973-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli, 2107 saylı rəyinə əsasən, Vəliyev Rafael Süleyman oğlunda şizofreniya paranoid forma, psixi qüsur əlamətləri ilə (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar - erkən yaşından psixi xəstəlikdən əziyyət çəkməsi, dəfələrlə Sumqayıt Ruhi Əsəb Xəstəlikləri Dispanserində müalicədə olması, “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində “Paranoid şizofreniya fasiləsiz gedişli dərin psixi qüsur halı” diaqnozu ilə qeydiyyatda olması, İİ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloqik olması, autikliyi, sayıqlama fikirləri aşkar edilməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual üzrə: Vəliyev Rafael Süleyman oğlu psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 2-ci sual üzrə: Vəliyev Rafael Süleyman oğlufəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Vəliyev Rafael Süleyman oğlu psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Qeyd edilən hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli, 2107 saylı rəyi ilə və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1973-cü il təvəllüdlü Vəliyev Rafael Süleyman oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü Vəliyev Rafael Süleyman oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-2898/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2898/2022
02.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver