Məhkəmə qərarları › İş №e-2(060)-3053/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3053/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3053/2025 14.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG 25W COMPACT CHARGER , İMEİ KODU **********73020 SAMSUNG GALAXY A24 markalı telefon üçün 539.74 (beş yüz otuz doqquz manat, 74 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 53.97 (əlli üç manat,97 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********59638 SAMSUNG GALAXY A05S markalı telefon üçün 412.50 (dörd yüz on iki manat, 50 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 41.25 (qırx bir manat, 25 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, JBL WAVE qulaqlıq üçün 179..29 (yüz yetmiş doqquz manat, 29 qəpik) manat ödənilməmiş hissə, 17.93 (on yeddi manat,93 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, TAÇ QAZAN DƏSTİ üçün 71.40 (yetmiş bir manat,40 qəpik) manat ödənilməmiş hissə, 7.14 (yeddi manat,14 qəpik) manat cərimə olmaql, ümumilikdə 1370.42 manat borcun və 33.71 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, SAMSUNG 25W COMPACT CHARGER , İMEİ KODU **********73020 SAMSUNG GALAXYA24 markalı telefon, İmei kod **********59638 SAMSUNG GALAXY A05S markalı telefon, JBL WAVE qulaqlıq, TAÇ QAZAN DƏSTİ almış və nəticədə 1370.42 (min üç yüz yetmiş manat, 42 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 696.12 (altı yüz doxsan altı manat,12 qəpik) manat (12 ay x 58.01 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG 25W COMPACT CHARGER , İMEİ KODU **********73020 SAMSUNG GALAXY A24 markalı telefonüçün ümumilikdə, 617.31 (altı yüz on yeddi manat, 31 qəpik) manat olmaqla ondan, 539.74 (beş yüz otuz doqquz manat, 74 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 53.97 (əlli üç manat,97 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 450 (dörd yüz əlli) manat (12 ay x 37.5 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********59638 SAMSUNG GALAXY A05S markalı telefon üçün ümumilikdə, 477.35 (dörd üyz yetmiş yeddi manat, 35 qəpik) manat olmaqla ondan 412.50 (dörd yüz on iki manat, 50 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 41.25 (qırx bir manat, 25 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 190.08 (yüz doxsan manat,08 qəpik) manat (18 ay x 10.56 manat + 0 manat ilkin ödəniş) olan JBL WAVE qulaqlıq üçün ümumilikdə, 197.22 (yüz doxsan yeddi manat, 22 qəpik) manat olmaqla ondan, 179..29 (yüz yetmiş doqquz manat, 29 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17.93 (on yeddi manat,93 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 95.40 (doxsan beş manat, 40 qəpik) manat (6 ay x 14.40 manat + 9 manat ilkin ödəniş) olan TAÇ QAZAN DƏSTİ üçün ümumilikdə, 78.54 (yetmiş səkkiz manat, 54 qəpik) manat olmaqla ondan, 71.40 (yetmiş bir manat,40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.14 (yeddi manat,14 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 72.29 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

3. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03458741 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən TAÇ QAZAN DƏSTİ almışdır. 4.İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 16952281 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod **********59638 SAMSUNG GALAXY A05S markalı mobil telefon almışdır. 5.İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 19135162 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən JBL WAVE qulaqlıq almışdır. 6.İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05992853 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən SAMSUNG 25W COMPACT CHARGER , İMEİ KODU **********73020 SAMSUNG GALAXY A24 markalı telefon almışdır.

5. İş materiallarında olan 11 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə 1370.42 manat ödənilməmiş hissə məbləğində borcu vardır. 6.İş materiallarında olan 11 mart 2025-ci il tarixli digər maliyyə arayışından görünür ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İMEİ KODU **********73020 SAMSUNG GALAXYA24 markalı telefon, İmei kod **********59638 SAMSUNG GALAXY A05S markalı mobil telefonların açılıb bağlanması ximətinə görə İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23.6 manat olmaqla, cəmi 47.20 manat pul ödənilmişdir.

7. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 03458741 nömrəli, xx.xx.2024-cü il tarixli, 16952281 nömrəli, xx.xx.2024-cü il tarixli, 19135162 nömrəli və xx.xx.2024-cü il tarixli, 05992853 nömrəli müqavilələr bağlanmış, iddiaçı tərəf hər bir müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

10. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

11. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

12. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.

13. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısındaməsuliyyət daşıyır (445.2.1).

14. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsi üzrə yaranmış 1202,93 (539.74+412.5+179.29+71.4) manat borc və 47.20 (23.6+23.6) manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

16. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 120,29 (53.97+41.25+17.93+7.14) manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir.

17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumukimi ödədiyi 33,71 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir.

19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

21. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

Nəticə hissəsi: 22.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 539,74 (beş yüz otuz doqquz manat, yetmiş dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 53,97 (əlli üç manat, doxsan yeddi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********59638 SAMSUNG GALAXY A05S markalı telefon üçün 412,50 (dörd yüz on iki manat, əlli qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 41,25 (qırx bir manat, iyirmi beş qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən JBL WAVE qulaqlıq üçün 179,29 (yüz yetmiş doqquz manat, iyimi doqquz qəpik) manat ödənilməmiş hissə, 17,93 (on yeddi manat, doxsan üç qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən TAÇ QAZAN DƏSTİ üçün 71,40 (yetmiş bir manat, qırx qəpik) manat ödənilməmiş hissə, 7,14 (yeddi manat on qəpik) manat cərimə olmaqla, ümumilikdə 1370,42 (bir min üç yüz yetmiş manat qırx iki qəpik) manat borc və 33,71 (otuz üç manat yetmiş bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar