Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3076/2025 02.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyəti Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********51442 olan “İphone 15 Pro Max” markalı telefon, “Apple 20W USB-C adapter”, qızıl zəmanət ultra 2 il xidməti xidməti, İmei kodu **********67577 olan “İphone 15” markalı telefon, L zəmanət ultra 3 il xidməti, İmei kodu **********25095 “Samsung Galaxy S22” markalı telefon, “Acer Aspire 3” markalı komputer, “Canon Pixma” markalı printer, “Offmann Soac” markalı kondisioner, express çatdırılması xidməti, İmei kodu **********23409 olan “X2 12S” markalı telefon, “Delonghi” markalı üyüdən, “Berlinger” markalı 8 parça dayaqlı bıçaq dəsti, İmei kodu **********91847 olan “X1 A8 LTE” markalı planşet, 2ədəd qızıl zəmanət ultra 3 il xidməti almış və nəticədə 8138,16 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3231,90 manat olan İmei kodu **********51442 olan “İphone 15 Pro Max” markalı telefon və zəmanət ultra 2 il xidməti üçün ümumilikdə 3183,13 manat olmaqla ondan, 2872,30 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 287,23 manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2718,92 manat olan “Apple 20W USB-C adapter”, qızıl zəmanət ultra 2 il xidməti xidməti, İmei kodu **********67577 olan “İphone 15” markalı telefon üçün ümumilikdə 2794,41 manat olmaqla, ondan 2518,92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 251,89 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1885,08 manat olan İmei kodu **********25095 “Samsung Galaxy S22” markalı telefon üçün ümumilikdə 765,11 manat olmaqla ondan, 674,10 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 67,41 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1883 manat olan “Acer Aspire 3” markalı komputer, “Canon Pixma” markalı printer üçün ümumilikdə 733,70 manat olmaqla, ondan 667 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 66,70 manat dəbbə xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 600,06 manat olan “Offmann Soac” markalı kondisioner, express çatdırılması xidməti üçün ümumilikdə 423,50 manat olmaqla, ondan 385 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38,50 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 708 manat olan İmei kodu **********23409 olan “X2 12S” markalı telefon üçün ümumilikdə 194,70 manat olmaqla, ondan 177 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17,70 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 980,28 manat olan “Delonghi” markalı üyüdən, “Berlinger” markalı 8 parça dayaqlı bıçaq dəsti, İmei kodu **********91847 olan “X1 A8 LTE” markalı planşet, 2 ədəd qızıl zəmanət ultra 3 il xidməti üçün ümumilikdə 43,60 manat olmaqla, ondan 39,64 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3,96 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4673,28 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********51442 olan “İphone 15 Pro Max” markalı telefon və zəmanət ultra 2 il xidməti üçün 2872,30 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 287,23 manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, “Apple 20W USB-C adapter”, qızıl zəmanət ultra 2 il xidməti xidməti, İmei kodu **********67577 olan “İphone 15” markalı telefon üçün 2518,92 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 251,89 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********25095 “Samsung Galaxy S22” markalı telefon üçün 674,10 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 67,41 manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Acer Aspire 3” markalı komputer, “Canon Pixma” markalı printer üçün 667 manat ödənilməmiş hissə, 66,70 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Offmann Soac” markalı kondisioner, express çatdırılması xidməti üçün 385 manat ödənilməmiş hissə, 38,50 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********23409 olan “X2 12S” markalı telefon üçün 177 manat ödənilməmiş hissə, 17,70 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “Delonghi” markalı üyüdən, “Berlinger” markalı 8 parça dayaqlı bıçaq dəsti, İmei kodu **********91847 olan “X1 A8 LTE” markalı planşet, 2ədəd qızıl zəmanət ultra 3 il xidməti üçün 39,64 manat ödənilməmiş hissə, 3,96 manat dəbbə olmaqla, ümumilikdə 8138,16 manat borc, 101,39 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim edilərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.
4. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, əsas məbləğlərlə razıdır, lakin cərimə məbləğlərini qəbul etmir. İmkanı olsa idi, əsas borc məbləği ilə bağlı ödənişləri edərdi. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərin qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
8. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11984384 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC “Delonghi” markalı üyüdən, “Berlinger” markalı 8 parça dayaqlı bıçaq dəsti, İmei kodu **********91847 olan “X1 A8 LTE” markalı planşet, 2ədəd qızıl zəmanət ultra 3 il xidmətini Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 980,2 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 41,96 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
10. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 14895101 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********25095 “Samsung Galaxy S22” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 1885,08 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 96,36 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
11. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 13865288 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********23409 olan “X2 12S” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 708 manat pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 59 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
12. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilədən görünür ki, "xxxx" MMC “Acer Aspire 3” markalı komputer, “Canon Pixma” markalı printeri Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 1883 manat pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 133,5 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
13. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10748311 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********51442 olan “İphone 15 Pro Max” markalı telefonu və qızıl zəmanət ultra 2 il xidmətini Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 3231,9 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 179,55 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
14. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04156029 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC “Offmann Soac” markalı kondisioner, express çatdırılması xidmətini Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 600,07 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 22,67 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
15. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03288384 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC “Apple 20W USB-C adapter”, qızıl zəmanət ultra 2 il xidməti xidməti, İmei kodu **********67577 olan “İphone 15” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 2719 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 139,94 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
16. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 17 mart 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2872,3 manat ödənilməmiş hissə, 23,6 manat innovativ layihələr mərkəzi rüsumu, 287,23 manat dəbbə pulu, cəmi 3183,13 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2518,92 manat ödənilməmiş hissə, 23,6 manat innovativ layihələr mərkəzi rüsumu, 251,89 manat dəbbə pulu, cəmi 2799,41 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 674,1 manat ödənilməmiş hissə, 23,6 innovativ layihələr mərkəzi rüsumu, 67,41 manat dəbbə pulu, cəmi 765,11 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 667 manat ödənilməmiş hissə, 66,7 manat dəbbə pulu olmaqla, cəmi 733,70 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 177 manat ödənilməmiş hissə, 17,70 manat dəbbə pulu olmaqla, cəmi 194,70 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 39,64 manat ödənilməmiş hissə, 3,96 manat dəbbə pulu olmaqla, cəmi 43,60 manat, ümumilikdə 8138,16 manat ödənilməmiş borcu vardır.
17. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyaları cavabdehə vermiş, lakin cavabdeh müqavilələr əsasında müəyyənləşdirilmiş borc məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə Cavabdeh iddiaçı "xxxx" MMC qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
20. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
21. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
22. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
23. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
24. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
26. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, xx.xx.2024-cü il tarixli müqavilə üzrə dəbbə pulu 50 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə dəbbə pulu 50 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə dəbbə pulu 20 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə dəbbə pulu 20 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə dəbbə pulu 10 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə dəbbə pulu 5 manat məbləğində müəyyən edilməlidir.
27. Məhkəmə iddia tələbinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh məhkəmə xərci olaraq İnnovativ Layihələr Mərkəzi rüsumunun alınıb ona verilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 115.0 və 115.0.9-cu maddələrinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
28. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı sözügedən iş üzrə tələb etdiyi 23,6 (iyirmi üç manat, altmış qəpik) manat, cəmi 70,8 manat İnnovativ Layihələr Mərkəzi rüsumunu malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İmei kodunun deaktiv olunması ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi, məhdudiyyətin aradan qaldırılması üçün ödənildiyi halda tələb edə bilər.
29. Hazırki vəziyyətdə isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin malın istifadəsini mümkünsüz etdiyini və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir və iddiaçı sözügedən işlə bağlı həmin xərci çəkməmişdir. Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.
30. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 94,93 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
32. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 10748311 nömrəli müqavilə üzrə 2872,30 (iki min səkkiz yüz yetmiş iki manat, otuz qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, cəmi 2922,3 (iki min doqquz yüz iyirmi iki manat, otuz qəpik) manat, xx.xx.2024-cü il tarixli, 03288384 nömrəli müqavilə üzrə 2518,92 (iki min beş yüz on səkkiz manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, cəmi 2568,92 (iki min beş yüz altmış səkkiz manat, doxsan iki qəpik) manat, xx.xx.2023-cü il tarixli, 14895101 nömrəli müqavilə üzrə 674,10 (altı yüz yetmiş dörd manat, on qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, cəmi 694,10 (altı yüz doxsan dörd manat, on qəpik) manat, xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 667 (altı yüz altmış yeddi) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, cəmi 687 (altı yüz səksən yeddi) manat, xx.xx.2024-cü il tarixli, 04156029 nömrəli müqavilə üzrə 385 (üç yüz səksən beş) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, cəmi 395 (üç yüz doxsan beş) manat, xx.xx.2023-cü il tarixli, 13865288 nömrəli müqavilə üzrə 177 (bir yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, cəmi 182 (bir yüz səksən iki) manat, xx.xx.2023-cü il tarixli, 11984384 nömrəli müqavilə üzrə 39,64 (otuz doqquz manat, altmış dörd qəpik) manat ödənilməmiş hissə, 3,96 (üç manat, doxsan altı qəpik) manat dəbbə pulu, cəmi 43,6 (qırx üç manat, altmış qəpik) manat, ümumilikdə 7492,92 (yeddi min dörd yüz doxsan iki manat, doxsan iki qəpik) manat məbləğində pul və 94,93 (doxsan dörd manat, doxsan üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
33. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
36. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 10748311 nömrəli müqavilə üzrə 2872,30 (iki min səkkiz yüz yetmiş iki manat, otuz qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, cəmi 2922,3 (iki min doqquz yüz iyirmi iki manat, otuz qəpik) manat, xx.xx.2024-cü il tarixli, 03288384 nömrəli müqavilə üzrə 2518,92 (iki min beş yüz on səkkiz manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, cəmi 2568,92 (iki min beş yüz altmış səkkiz manat, doxsan iki qəpik) manat, xx.xx.2023-cü il tarixli, 14895101 nömrəli müqavilə üzrə 674,10 (altı yüz yetmiş dörd manat, on qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, cəmi 694,10 (altı yüz doxsan dörd manat, on qəpik) manat, xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 667 (altı yüz altmış yeddi) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, cəmi 687 (altı yüz səksən yeddi) manat, xx.xx.2024-cü il tarixli, 04156029 nömrəli müqavilə üzrə 385 (üç yüz səksən beş) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, cəmi 395 (üç yüz doxsan beş) manat, xx.xx.2023-cü il tarixli, 13865288 nömrəli müqavilə üzrə 177 (bir yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, cəmi 182 (bir yüz səksən iki) manat, xx.xx.2023-cü il tarixli, 11984384 nömrəli müqavilə üzrə 39,64 (otuz doqquz manat, altmış dörd qəpik) manat ödənilməmiş hissə, 3,96 (üç manat, doxsan altı qəpik) manat dəbbə pulu, cəmi 43,6 (qırx üç manat, altmış qəpik) manat, ümumilikdə 7492,92 (yeddi min dörd yüz doxsan iki manat, doxsan iki qəpik) manat məbləğində pul və 94,93 (doxsan dörd manat, doxsan üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva