Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3077/2025 12.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyəti Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, “Apple 20W USB-C adapter” markalı əşya, paket XXXL xidməti, qızıl zəmanət ultra 2 il xidməti, 2 ədəd plyonka istehsalı, İMEİ kodu **********18218 olan “İphone 15 Pro Max” markalı telefon, 2 ədəd “Loft Gold” markalı yataq-tumba, yatak örtüsü - tekstil - sv - dustin yatak ortusu seti, matras - morbido pedli, “Loft Gold” markalı yataqtermo, “Loft Gold” markalı yataq-çarpayı almış və nəticədə 9343,96 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4208,58 manat olan “Apple 20W USB-C adapter” markalı əşya, paket XXXL xidməti, qızıl zəmanət ultra 2 il xidməti, 2 ədəd plyonka istehsalı, İMEİ kodu **********18218 olan “İphone 15 Pro Max” markalı telefon üçün ümumilikdə 4395,84 manat olmaqla, ondan 3974,76 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 397,48 manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 3726,96 manat olan 2 ədəd “Loft Gold” markalı yataq-tumba, yatak örtüsü tekstil - sv - dustin yatak ortusu seti, matras - morbido pedli, “Loft Gold” markalı yataqtermo, “Loft Gold” markalı yataq-çarpayı üçün ümumilikdə 4099,66 manat olmaqla, ondan 3726,96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 372,70 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 749,88 manat olan paket XL xidməti, İmei kodu **********31250 olan “Oppo Reno 12F” markalı telefon almış üçün ümumilikdə 848,47 manat olmaqla, ondan 749,88 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 74,99 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 233,82 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Apple 20W USB-C adapter” markalı əşya, paket XXXL xidməti, qızıl zəmanət ultra 2 il xidməti, 2 ədəd plyonka istehsalı, İMEİ kodu **********18218 olan “İphone 15 Pro Max” markalı telefon üçün 3974,76 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 397,48 manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, 2 ədəd “Loft Gold” markalı yataq-tumba, yatak örtüsü - tekstil - sv - dustin yatak ortusu seti, matras - morbido pedli, “Loft Gold” markalı yataqtermo, “Loft Gold” markalı yataq-çarpayı üçün 3726,96 manat ödənilməmiş hissə, 372,70 manat dəbbə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, paket XL xidməti, İmei kodu **********31250 olan “Oppo Reno 12F” markalı telefon üçün 749,88 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 74,99 manat dəbbə, ümumilikdə 9343,96 manat borc, 113,44 manat manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim edilərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.
4. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilədən görünür ki, "xxxx" MMC “Apple 20W USB-C adapter” markalı əşya, paket XXXL xidməti, qızıl zəmanət ultra 2 il xidməti, 2 ədəd plyonka istehsalı, İMEİ kodu **********18218 olan “İphone 15 Pro Max” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 4208,57 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 233,81 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
9. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04089922 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC paket XL xidməti, İmei kodu **********31250 olan “Oppo Reno 12F” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 749,95 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 41,66 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
10. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03866925 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC 2 ədəd “Loft Gold” markalı yataq-tumba, yatak örtüsü - tekstil - sv - dustin yatak ortusu seti, matras - morbido pedli, “Loft Gold” markalı yataqtermo, “Loft Gold” markalı yataqçarpayını Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 3726 manat pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 155,29 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
11. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 17 mart 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3974,76 manat ödənilməmiş hissə, 23,6 manat innovativ layihələr mərkəzi rüsumu, 397,48 manat dəbbə pulu, ümumilikdə 4395,84 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 749,8 manat ödənilməmiş hissə, 23,6 manat innovativ layihələr mərkəzi rüsumu, 74,99 manat dəbbə pulu, ümumilikdə 848,47 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3726,96 manat ödənilməmiş hissə, 372,70 manat dəbbə pulu olmaqla, ümumilikdə 4099,66 manat, cəmi 9343,96 manat ödənilməmiş borcu vardır.
12. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyaları cavabdehə vermiş, lakin cavabdeh müqavilələr əsasında müəyyənləşdirilmiş borc məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə Cavabdeh iddiaçı "xxxx" MMC qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
15. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
16. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
17. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
18. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Məhkəmə iddia tələbinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh məhkəmə xərci olaraq İnnovativ Layihələr Mərkəzi rüsumu 23,6 (cəmi 47,20 manat) manatın cavabdehdən alınıb ona verilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 115.0 və 115.0.9-cu maddələrinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
21. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı sözügedən iş üzrə tələb etdiyi 23,6 (cəmi 47,20 manat) manat İnnovativ Layihələr Mərkəzi rüsumunu malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İmei kodunun deaktiv olunması ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi, məhdudiyyətin aradan qaldırılması üçün ödənildiyi halda tələb edə bilər.
22. Hazırki vəziyyətdə isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin malın istifadəsini mümkünsüz etdiyini və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir və iddiaçı sözügedən işlə bağlı həmin xərci çəkməmişdir. Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.
23. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
24. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu ilə bağlı hissədə qismən təmin edilərək, dəbbə pulu xx.xx.2024-cü il tarixli müqavilə üzrə 100 (bir yüz) manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 100 (bir yüz) manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 30 (otuz) manat məbləğində müəyyən edilməlidir.
25. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 106,81 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
27. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 3974,76 (üç min doqquz yüz yetmiş dörd manat, yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, cəmi 4074,76 (dörd min yetmiş dörd manat, yetmiş altı qəpik) manat, xx.xx.2024-cü il tarixli, 03866925 nömrəli müqavilə üzrə 3726,96 (üç min yeddi yüz iyirmi altı manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, cəmi 3826,96 (üç min səkkiz yüz iyirmi altı manat, doxsan altı qəpik) manat, xx.xx.2024-cü il tarixli, 04089922 nömrəli müqavilə üzrə 749,88 (yeddi yüz qırx doqquz manat, səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, cəmi 779,88 (yeddi yüz yetmiş doqquz manat, səksən səkkiz qəpik) manat, ümumilikdə 8681,6 (səkkiz min altı yüz səksən bir manat, altmış qəpik) manat məbləğində pul və 106,81 (bir yüz altı manat, səksən bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
28. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi:
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 3974,76 (üç min doqquz yüz yetmiş dörd manat, yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, cəmi 4074,76 (dörd min yetmiş dörd manat, yetmiş altı qəpik) manat, xx.xx.2024-cü il tarixli, 03866925 nömrəli müqavilə üzrə 3726,96 (üç min yeddi yüz iyirmi altı manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu, cəmi 3826,96 (üç min səkkiz yüz iyirmi altı manat, doxsan altı qəpik) manat, xx.xx.2024-cü il tarixli, 04089922 nömrəli müqavilə üzrə 749,88 (yeddi yüz qırx doqquz manat, səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, cəmi 779,88 (yeddi yüz yetmiş doqquz manat, səksən səkkiz qəpik) manat, ümumilikdə 8681,6 (səkkiz min altı yüz səksən bir manat, altmış qəpik) manat məbləğində pul və 106,81 (bir yüz altı manat, səksən bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva