Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3090/2022 11.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********82121 X1 7 markalı telefon üçün 130 manat ödənilməmiş hissə, 30.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********07215 Samsung galaxy A10 markalı telefon üçün 60 manat ödənilməmiş hissə, 14.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********24577 Samsung GalaxyA20s markalı telefon üçün 442.6 manat ödənilməmiş hissə, 06.03.2020-ci il tarixli müqaviləyə əsasən, Soft mebel əşyası üçün 919.4 manat ödənilməmiş hissə, 10.03.2020-ci il tarixli müqaviləyə əsasən, 0208 kodlu Mətbəx mebeli üçün 1230 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə, 2782 manat borcun və 47.82 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 17.08.2019-cu il, 30.12.2019-cu il, 14.02.2020-ci il, 06.03.2020-ci il və 10.03.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********82121 X1 7 markalı telefon, İMEİ Kodu **********07215 Samsung galaxy A10 markalı telefon, İMEİ Kodu **********24577 Samsung Galaxy A20s markalı telefon, Soft mebel əşyası,0208 kodlu Mətbəx mebeli almış və nəticədə mağazaya 2782 (iki min yeddi yüz səksən iki) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.08.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 600 (altı yüz) manat (10 ay x 60 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********82121 olan X1 7 markalı telefon üçün ümumilikdə, 130 (yüz otuz) manat olmaqla ondan, 130 (yüz otuz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, 30.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 343 (üç yüz qırx üç) manat (6 ay x 55 manat + 13 manat ilkin ödəniş) İMEİ Kodu **********07215 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 60 (altmış) manat olmaqla ondan, 60 (altmış) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, 14.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 516.6 (beş yüz on altı manat, altmış qəpik) manat (14 ay x 36.9 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********24577 olan Samsung Galaxy A20s markalı telefon üçün ümumilikdə, 442.6 (dörd yüz qırx iki manat, altmış qəpik) manat olmaqla ondan, 442.6 (dörd yüz qırx iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, 06.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 968 (doqquz yüz altmış səkkiz) manat (20 ay x 48.4 manat + 0 manat ilkin ödəniş) Soft mebel əşyası üçün ümumilikdə, 919.4 (doqquz yüz on doqquz manat, qırx qəpik) manat olmaqla ondan, 919.4 (doqquz yüz on doqquz manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, 10.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1298 (min iki yüz doxsan səkkiz) manat (20 ay x 64.9 manat + 0 manat ilkin ödəniş) olan 0208 kodlu Mətbəx mebeli üçün ümumilikdə, 1230 (min iki yüz otuz) manat olmaqla ondan, 1230 (min iki yüz otuz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 943.6 manat təşkil edir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış 17.08.2019-cu il, 30.12.2019-cu il, 14.02.2020-ci il, 06.03.2020-ci il və 10.03.2020-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 05.08.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.08.2019-cu il tarixli, 00852686 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********82121 X1 7 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30.12.2019-cu il tarixli, 01177341 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********07215 Samsung galaxy A10 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.02.2020-ci il tarixli, 20101011 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********24577 Samsung Galaxy A20s markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06.03.2020-ci il tarixli, 20148736 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Soft mebel əşyası almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.03.2020-ci il tarixli, 20165504 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 0208 kodlu Mətbəx mebeli almışdır. İş materiallarında olan 05.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə beş müqavilə üzrə cəmi 2782 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İşdə olan 05.08.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 17.08.2019cu il, 30.12.2019-cu il, 14.02.2020-ci il, 06.03.2020-ci il və 10.03.2020-ci il tarixli alqısatqı müqavilələri bağlanmış, iddiaçı tərəf hər müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mA 11arda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallarıarı sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələri üzrə yaranmış 2782 (130+60+442,6+919,4+1230) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 47,82 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 17.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********82121 olan X1 7 markalı telefon üçün 130 (bir yüz otuz) manat ödənilməmiş hissə, 30.12.2019cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********07215 olan Samsung galaxy A10 markalı telefon üçün 60 (altmış) manat ödənilməmiş hissə, 14.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********24577 olan Samsung Galaxy A20s markalı telefon üçün 442,6 (dörd yüz qırx iki manat, altmış qəpik) manat ödənilməmiş hissə, 06.03.2020-ci il tarixli müqaviləyə əsasən, Soft mebel əşyası üçün 919,4 (doqquz yüz on doqquz manat, qırx qəpik) manat ödənilməmiş hissə, 10.03.2020-ci il tarixli müqaviləyə əsasən, 0208 kodlu Mətbəx mebeli üçün 1230 (bir min iki yüz otuz) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 2782 (iki min yeddi yüz səksən iki) manat borc və 47,82 (qırx yeddi manat səksən iki qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-3090/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3090/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver