Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3106/2025 15.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG 25W COMPACT CHARGER, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL (KONTAKT) xidməti, İMEİ KODU **********11095 SAMSUNG GALAXYA24 markalı telefon üçün 473.84 (dörd yüz yetmiş üç manat, 84 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 47.38 (qırx yeddi manat, 38 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, PAKET L xidməti,PLYONKA İSTEHSALİ, İMEİ KODU **********83000 XİAOMİ REDMİ 13 markalı telefon üçün 547.52 (beş yüz qırx yeddi manat, 52 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 54.75 (əlli dörd manat, 75 qəpik) manat cərimə olmaqla, ümumilikdə 1170.70 manat borcun və 31.71 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh Bakir oğlundan alınaraq alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən SAMSUNG 25W COMPACT CHARGER, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL (KONTAKT) xidməti, İMEİ KODU **********11095 SAMSUNG GALAXY A24 markalı telefon, ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, PAKET L xidməti, PLYONKA İSTEHSALİ, İMEİ KODU**********83000 XİAOMİ REDMİ 13 markalı telefonalmış və nəticədə 1170.70 (min yüz yetmiş manat, 70 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 710.76 (yeddi yüz on manat, 76 qəpik) manat (12 ay x 59.23 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG 25W COMPACT CHARGER, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL (KONTAKT) xidməti, İMEİ KODU **********11095 SAMSUNG GALAXYA24 markalı telefon üçün ümumilikdə, 544.82 (beş yüz qırx dörd manat, 82 qəpik) manat olmaqla ondan, 473.84 (dörd yüz yetmiş üç manat, 84 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 47.38 (qırx yeddi manat, 38 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 615.96 (altı yüz on beş manat, 96 qəpik) manat (18 ay x 34.22 manat + 0 manat ilkin ödəniş) olan ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, PAKET L xidməti,PLYONKA İSTEHSALİ, İMEİ KODU **********83000 XİAOMİ REDMİ 13 markalı telefonüçün ümumilikdə, 625.87 (altı yüz iyirmi beş manat, 87 qəpik) manat olmaqla ondan, 547.52 (beş yüz qırx yeddi manat, 52 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 54.75 (əlli dörd manat, 75 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 305.36 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
3. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13687726 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Ödənişin Təminati Xidməti, Paket L Xidməti, Plyonka İstehsalı, İmei Kodu **********83000 XİAOMİ REDMİ 13 markalı telefon almışdır. 4.İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03248867 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən SAMSUNG 25W COMPACT CHARGER, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL (KONTAKT) xidməti, İMEİ KODU **********11095 SAMSUNG GALAXYA24 markalı telefon almışdır.
5. İş materiallarında olan 27 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə 1170.70 manat ödənilməmiş hissə məbləğində borcu vardır. 6.İş materiallarında olan 27 mart 2025-ci il tarixli digər maliyyə arayışından görünür ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei Kodu **********83000 XİAOMİ REDMİ 13 markalı və İMEİ KODU **********11095 SAMSUNG GALAXYA24 markalı mobil telefonların açılıb bağlanması ximətinə görə İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23.6 manat olmaqla, cəmi 47.20 manat pul ödənilmişdir.
7. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 13687726 nömrəli və xx.xx.2024-cü il tarixli, 03248867 nömrəli müqavilələr bağlanmış, iddiaçı tərəf hər iki müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
10. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
11. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
12. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.
13. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısındaməsuliyyət daşıyır (445.2.1).
14. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsi üzrə yaranmış 1021.36 (473.84+547.52) manat borc və 47.20 (23.6+23.6) manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
16. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 102.13 (47.38+54.75) manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir.
17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumukimi ödədiyi 31.71 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir.
19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
21. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
Nəticə hissəsi: 22.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 473,84 (dörd yüz yetmiş üç manat, səksən dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 47,38 (qırx yeddi manat, otuz səkkiz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 547,52 (beş yüz qırx yeddi manat, əlli iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 54,75 (əlli dörd manat, yetmiş beş qəpik) manat cərimə olmaqla, ümumilikdə 1170,70 (bir min yüz yetmiş manat yetmiş qəpik) manat borc və 31,71 (otuz bir manat yetmiş bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva